Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2801/2025 07.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlu, İddiaçı Cavabdeh qarşı atanın uşaqlara görə əlavə xərclərdə iştiraka cəlb olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 müalicə xərclərinə cəlb olunması, nikahın pozulmasından keçən son iki il ərzində uşaqlarının müalicəsinə sərf etdiyi 5000 (beş min) manatın yarı hissəsinin və bundan sonra uşaqların müalicəsinə çəkiləcək xərclərin yarı hissəsinin əvəzi olaraq hər ay 125 manat pulun cavabdehbdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Belə olan halda hazırki iş üzrə iddiaçı tərəfindən 60 (altımış) manat dövlət rüsumu ödənilməlidir. İddiaçı X3 izah edilmədir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin, 152, 263, 264, 266-268-ci maddələri rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı Cavabdeh qarşı atanın uşaqlara görə əlavə xərclərdə iştiraka cəlb olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-2801/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2801/2025
07.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver