Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2823/2025 15.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı cavabdeh Masallı Rayon Polis Şöbəsinə qarşı protokolun etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Masallı Rayon Polis Şöbəsinə qarşı protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon X1 əməkdaşı tərəfindən tərtib edilmiş 24 iyun 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol protokolun qanunsuz hesab edilməsi və etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinə “mülki məhkəmə icraatı qaydasında və ya məhkəmədə baxılmalı” deyildir əsası ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir Belə ki, iddiaçı barəsində inzibati xəta haqqında tərtib edilmiş protokolun etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol icraedici sənəd deyildir, protokol inzibati xəta hadisəsinin qeydə alınması barədə prosessusal sənəd olduğundan heç bir hüquqi nəticə yaratmır. Həmin protokolun əsasında səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə qərarı qəbul ediləcəyi halda, hüquqi nəticələr yarandığından həmin qərardan Azərbaycan Respublikası İXM-nin müvafiq normalarına əsasən inzibati xətalar üzrə icraat qaydasında şikayət verilməsi imkanları nəzərdə tutulmuşdur. Hazırda isə şəxs mülki məhkəmə icraatı qaydasında heç bir hüquqi nəticə yaratmayan protokolu mübahisələndirmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, yolverilməzliyə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Həmin məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263, 264, 266-268-ci maddələri rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Masallı Rayon Polis Şöbəsinə qarşı protokolun etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2823/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2823/2025
15.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver