Məhkəmə qərarları › İş №2(050)-2832/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2832/2025

16.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2832/2025 16.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2025-ci il tarixli protokolun və onun əsasında verilmiş xx.xx.2025-ci il tarixli, **********65-06301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokolun və onun əsasında X1 adına verilmiş xx.xx.2025-ci il tarixli, **********65-06301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə hazırlıq iclası 16 sentyabr 2025-ci il tarixə, saat 10:20-ə təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq Cavabdehnə qarşı protokolun və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə 2(050)-2832/2025 saylı mülki iş üzrə iddia tələbindən imtina etdiyini, iddia tələbindən imtinanın hüquqi nəticələrinin ona aydın olduğu, iddiadan imtina etməyi əsasına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 170.1-ci maddəsinə əsasən Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya icraata xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq hesab edir ki, iddiaçı iddiadan imtina edərək bu barədə məhkəməyə ərizə ünvanlamış, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir və tərəflərin hüququnu pozmur, buna görə də iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməli, eyni zamanda iddiaçıya iddiadan imtina etmənin hüquqi nəticələri izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170.1, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı xx.xx.2025-ci il tarixli protokolun və onun əsasında verilmiş xx.xx.2025-ci il tarixli, **********65-06301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar müraciət edilməsinə yol verilmədiyi izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar