Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2933/2024 12.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə notariat ofisinə qarşı "notariusun icra qeydinin cərimə hissəsində ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: "xxxx" ASC Masallı ASAN xidmət notariat kontoruna müraciət edərək, ondan 12097.55 manat əsas, 5229.43 manat peniya olmaqla, cəmi 17351.98 manat pulun tutulmasından ötrü icra qeydinin verilməsini xahiş etmiş, Masallı ASAN xidmət notariat kontorunun xx.xx.2024-cü il tarixli icra qeydi Masallı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra qeydi çıxarılarkən iddiaçının bundan məlumatı olmamış, ona Masallı rayon İcra və probasiya şöbəsindən məktub gəldiyi vaxt icra şöbəsinə getmiş və orada barəsində icra qeydinin olmasını bilmişdir. O, bankdan kredit götürdükdən sonra vaxtıvaxtında kreditini ödəmiş, lakin bankın hesabladığı peniya məbləğləri çox tələb edildiyindən sonradan ödənişləri tam həcmdə davam etdirə bilməmişdir. Lakin buna baxmayaraq yenə də kredit öhdəliklərini yerinə yetirmişdir. Hazırda "xxxx" ASC-nin ondan tələb etdiyi 5229.43 manat peniya məbləği isə həddindən artıq çox olduğundan o, pulu banka ödəyə bilmir. Bundan əvvəl də krediti ödəməkdə çətinlik çəkməyinin əsas səbəbi artıq məbləğdə ondan peniya tələb edilməsi olmuşdur. Odur ki, Masallı regional “ASAN” xidmət mərkəzinin notarusunun xx.xx.2024-cü il tarixli icra qeydinin qismən yəni cərimə hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının tələbi: Masallı regional “ASAN” xidmət mərkəzinin notarusunun xx.xx.2024-cü il tarixli, 8İ- 7435 reyestr nömrəli icra qeydinin qismən, yəni 5229.43 manat cərimə hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəməmiş, lakin elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, əlavə olaraq ərizəsində qeyd etmişdir ki, "xxxx" ASC ondan 12.097 manat əsas borcun tutulmasını tələb etsə də, 5229 manat cərimənin tutulmasını da tələb etmiş, lakin həmin cərimənin hansı qaydada hesablanmasını konkret yazmamışdır. Eyni zamanda ondan alınması nəzərdə tutulmuş cərimə məbləği həddindən çox olmaqla onun vəziyyətini daha da pisləşdirir. Bankın əsas məbləğini verməkdə cox çətinlik çəkir, əlavə olaraq ondan 5229 manat cərimənin alınması isə onu daha pis vəziyyətə salacaqdır. Odur ki, xx.xx.2024-cü ilə təyin edilmiş məhkəmə baxışı iclasını onun iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsini və cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Masallı Regional Cavabdehndə notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər: "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3nun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/9059 saylı Razılıq ərizəsi imzalanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, PB- OUT-00898-2024/1 saylı bildirişindən görünür ki, sonuncuya 11998,65 manat məbləğində banka əsas kredit borcunu və ona müvafiq olaraq hesablanmış faiz borcunu ödəməməklə müqavilə şərtlərini pozduğu və borcunu 20 gün müddətində ödəmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağına dair xəbərdarlıq edilmişdir. Bildirişin çatdırılmasına dair qaimədən görünür ki, bildiriş İddiaçı tərəfindən 2024-cü ilin mart ayında, saat 17:00-da qəbul edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı banka 11998,65 manat əsas borc, 98,90 manat ödənilməmiş faiz, 5229,43 manat cərimə, cəmi 17326,98 manat borcu vardır. Masallı regional Cavabdeh notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ-7435 nömrəli icra qeydindən görünür ki, Masallı regional "ASAN Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X1 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir ki, həmin sənədlər üzrə AZ1005, ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin /VÖEN:**********/ xeyrinə Masallı, Boradigah Qəs H.Aslanov küç 17 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2016 - Masallı; FİN: xxxxxxx; d/t: xx.xx.1999) DCLT00327590-02 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 12097 manat 55 qəpik tutulsun. Bundan əlavə təklif edir ki, borcludan İddiaçı 5229 manat 43 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 17351 manat 98 qəpik pul tutulsun. İddiaçı Masallı Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icra qeydi ilə bağlı ona məktub gəlmişdir. Həmin icra qeydindən icra şöbəsində məlumatı olmuşdur. İcra qeydinin ona verilməsini xahiş etmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülk hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimafın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz hallarından göründüyü kimi, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3nun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/9059 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq İddiaçı www.pashabank.az saytında yerləşdirilmiş X3nda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Bununla yanaşı qeyd edilən X3 çərçivəsində tərəflər arasında DCLT00327590-02 saylı xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi güzəşt müddəti ərzində ödənildikdə 0%, güzəşt müddəti bitdiyi halda 24%, kreditin faktiki illik faiz dərəcəsi 24%, illik cərimə faizi 33.5% olmaqla, 12,000 (on iki min) manat məbləğində nağdsız qaydada "xxxx" QSC, “Sədəf’ QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədilə plastik kart üzrə kredit xətti açılmışdır. Həmin razılaşmaya əsasən İddiaçı borcu vaxtında qaytarmadığı üçün Masallı regional Cavabdeh notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. Hazırda İddiaçı icra qeydinin cərimə hissəsində ləğv edilməsini tələb edir. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, kredit müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlanmış və hər iki tərəf öz üzərinə öhdəliklər götürmüşdür. Bank müqavilə üzrə razılaşdırılmış kredit məbləğini İddiaçı verməklə öz öhdəliklərini yerinə yetirmiş olsa da, bunun əksi olaraq İddiaçı müqavilə üzrə borcunu vaxtında və lazimi qaydada icra etmədiyinə görə müqavilə üzrə razılaşdırılmış şərtlər pozulmuşdur. Nəticədə bank tərəfindən icra qeydinin verilməsi üçün qanunvericiliyin tələblərinə riayət edilməklə notariat ofisinə ərizə verilmişdir. Bank tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin tələbinə əsasən xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, borc öhdəliyinin 20 gün ərzində yerinə yetirilməyəcəyi halda icra qeydinin verilməsi üçün notariat orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan bildirişin çatmasına dair qaimə ilə bildirişin 2024-cü ilin mart ayında, saat 17:00-da İddiaçı tərəfindən imza edilməklə qəbul edildiyi sübuta yetirilmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixli 8İ-7435 nömrəli icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, icra qeydinin hüquqi statusu "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. Göründüyü kimi icra qeydi qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyildir. Digər tərəfdən "icra qeydinin ləğvi" mümkün olsa belə, icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu hallarda icra qeydi mübahisələndirilə bilər. Hazırki halda isə iddiaçı Banka qarşı olan maddi hüquqi tələbini notariusun icra qeydinin cərimə hissəsində ləğv edilməsi formasında irəli sürmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdeh Masallı Regional Cavabdeh notariusunun “xx.xx.2024-cü il tarixli, 8İ- 7435 reyestr nömrəli icra qeydinin qismən cərimə hissəsində ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2933/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2933/2024
12.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver