Məhkəmə qərarları › İş №2(050)-3153/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3153/2023

29.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3153/2023 29.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı. İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Masallı rayonu Xırmandalı kəndində 0,23 ha torpaq sahəsində 2 mərtəbəli evi vardır. X2 Cavabdeh ilə 2012-ci ildə ailə qurmuş və həmin evdə yaşamışlar. Cavabdeh evə gəlin köçərkən cehiz əmlakları gətirmişdir. Hal-hazırda X2un Cavabdeh ilə ailə münasibətləri pozulmuş və Cavabdeh valideynləri ilə bilrikdə yaşayır. Ona görə də cavabdehə aid olan əmlakların evdən çıxarılması xahiş olunur. Həmin əmlaklar 3 ədəd kreslo, 1 ədəd taxt, 1ədəd jurnal stolu, 1 ədəd balaca şkaf, 1 ədəd termo, 1 ədəd servant, 1 ədəd şifoner, 1 ədəd lüstur, 9 ədəd balış, 1 ədəd taxt döşəyi, 2 ədəd taxt üstlüyü, 3 ədəd kreslo üstlüyü, 3 ədəd süfrə, 4 ədəd kasturka, 1 ədəd podnis, 1 ədəd meyvə qabı, qaşıq çamadan dəsti, 16 ədəd su qabları dəsti, çaynik dəsti, 6 ədəd bakal, 3 ədəd adyal, 21 ədəd boşqab, 11 ədəd kasa, 6 ədəd balaca kasa, 5 ədəd duz qabı, 4 ədəd ləpə qabı, 2 ədəd salfetka qabı, 1 ədəd çaynik, 6 ədəd nəlbəki, 1 ədəd ütü, 2 ədəd konfet qabı, 1 ədəd güldan, servis dəsti, 2 ədəd şirniyyat qabı, 1 ədəd bakal dəsti, 1 ədəd ləpə qabı, 1 ədəd kəpkir, 1 ədəd yekə çömçə, 1 ədəd balaca çömçə, 2 ədəd qəndqabı, 1 ədəd ləpə qabı (çini), 2 ədəd elektrik lampası, 4 ədəd razetka, 4 ədəd rumka, 1 ədəd yekə stol, 1 ədəd əl-üz yuyan, 1 ədəd televizor altlığı, 6 ədəd stol, 2 ədəd balaca şkaf, 1 ədəd zibil qabı, 1 ədəd fətir yayan, 1 ədəd termos, 6 ədəd şiş, 1 ədəd boşqab qabı, 1 ədəd soğan qabı, 2 ədəd podnis, 2 ədəd kruşka, 1 ədəd krosnu, 1 ədəd soyuducu, 2 ədəd qarniz, 2 ədəd çaynik, 1 ədəd kamot uşaq üçün, 4 ədəd ləyən, 2 ədəd döşək, 5 ədəd balış, 10 ədəd nalça, 2 ədəd xalça, 2 ədəd göy keçə, 1 ədəd stolüstü qaz, 1 ədəd çörək qabı, 1 ədəd ütü masası, 1 ədəd un qabı, 3 ədəd qazan, 9 ədəd kasturkadan ibarətdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia ərizində qeyd olunanlara uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul edərək siyahıda göstərilən əmlakların götürülməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. Masallı rayon İcra Hakimiyyətinin Xırmandalı kənd İƏRD üzrə nümayəndəsinin 17 avqust 2023-cü il tarixli, 1130 saylı arayışından görünür ki, İddiaçı Masallı rayonu Xırmandalı kəndində yaşayır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinı riayət edərək iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb emək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən mülkiyyətə qəsd və ya başqa maneələr əşyanın götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirlidik də, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-240.3-cü maddələrinə görə torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.https://e-qanun.az/framework/46944 Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Məcəllənin 59-cu maddəsinə görə yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr digər məqsədlərlə yanaşı, həmçinin fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə verilir. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir edir ki, iddiaçının qeyd etdiyi ev daşınmaz əmlakın dövlət reyesr xidmətində qeydiyyata alınmasa da, evin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ üzrə ona məxsusdur. Mülki Məcəllənin 240-cı maddəsinin tələbinə uyğun olaraq, onun həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək hüququ, o cümələdən inşa edilmiş evə mülkiyyət əldə etmək hüququ vardır. Göründüyü kimi, iddiaçı evə mülkiyyət hüququ əldə etmək üçün “qanuni gözləntiyə” malikdir. Belə olan halda, onun evin boşaldırlmasını tələb etmək hüququ da vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus 3 ədəd kreslo, 1 ədəd taxt, 1ədəd jurnal stolu, 1 ədəd balaca şkaf, 1 ədəd termo, 1 ədəd servant, 1 ədəd şifoner, 1 ədəd lüstur, 9 ədəd balış, 1 ədəd taxt döşəyi, 2 ədəd taxt üstlüyü, 3 ədəd kreslo üstlüyü, 3 ədəd süfrə, 4 ədəd kasturka, 1 ədəd podnis, 1 ədəd meyvə qabı, qaşıq çamadan dəsti, 16 ədəd su qabları dəsti, çaynik dəsti, 6 ədəd bakal, 3 ədəd adyal, 21 ədəd boşqab, 11 ədəd kasa, 6 ədəd balaca kasa, 5 ədəd duz qabı, 4 ədəd ləpə qabı, 2 ədəd salfetka qabı, 1 ədəd çaynik, 6 ədəd nəlbəki, 1 ədəd ütü, 2 ədəd konfet qabı, 1 ədəd güldan, servis dəsti, 2 ədəd şirniyyat qabı, 1 ədəd bakal dəsti, 1 ədəd ləpə qabı, 1 ədəd kəpkir, 1 ədəd yekə çömçə, 1 ədəd balaca çömçə, 2 ədəd qəndqabı, 1 ədəd ləpə qabı (çini), 2 ədəd elektrik lampası, 4 ədəd razetka, 4 ədəd rumka, 1 ədəd yekə stol, 1 ədəd əl-üz yuyan, 1 ədəd televizor altlığı, 6 ədəd stol, 2 ədəd balaca şkaf, 1 ədəd zibil qabı, 1 ədəd fətir yayan, 1 ədəd termos, 6 ədəd şiş, 1 ədəd boşqab qabı, 1 ədəd soğan qabı, 2 ədəd podnis, 2 ədəd kruşka, 1 ədəd krosnu, 1 ədəd soyuducu, 2 ədəd qarniz, 2 ədəd çaynik, 1 ədəd kamot uşaq üçün, 4 ədəd ləyən, 2 ədəd döşək, 5 ədəd balış, 10 ədəd nalça, 2 ədəd xalça, 2 ədəd göy keçə, 1 ədəd stolüstü qaz, 1 ədəd çörək qabı, 1 ədəd ütü masası, 1 ədəd un qabı, 3 ədəd qazan, 9 ədəd kasturkadan ibarət əmlaklar İddiaçı mülkiyyətində olan Masallı rayonu Xırmandalı kəndində 0,23 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli evdən çıxarılsın. Ödənilmiş dövlət rüsumuna görə 100 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar