Məhkəmə qərarları › İş №2(050)-3329/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3329/2025

27.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3329/2025 27.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Masallı şəhəri, Həsən Əliyev küçəsində (Dadva küçəsində) yerləşən fərdi yaşayış evindən yataq dəsti, kondisioner, 1 ədəd balaca xalça, 2 ədəd ayaq altı, 1 ədəd taxt döşəyi, 1 ədəd tək döşək, 2 ədəd yorğan, 3 ədəd ədyal, 6 ədəd balış, 1 ədəd güllü nazik yorğan, 2 ədəd stol üstü, 1 ədəd süfrə, 6 ədəd dəsmal + 6 ədəd tək, 7 ədəd mətbəx dəsmalı, 2 ədəd hamam dəsmalı, 6 ədəd çay dəsmaİı + 6 ədəd tək, 1 ədəd uşaq adyalı, 4 ədəd pastel, 1 ədəd milçək öldürən, 3 ədəd balaca zibil qabı, 1 ədəd çüyün vedrə, 1 dəst kofe çaşqası, 2 qutu armudu stəkan, 1 ədəd ləpə qabı, 1 ədəd meyvə qabı, 24 ədəd stəkan, 6 ədəd bulud qaşığı, 6 ədəd bulud, 24 ədəd böyük nəlbəki, 12 ədəd razetka, 12 ədəd şüşə razetka, 24 ədəd böyük boşqab, 36 ədəd balaca boşqab, 12 ədəd böyük dolma qabı + 12 ədəd balaca dolma qabından ibarət əmlaklarının öz hesabına evindən çıxarılması və 100 manat dövlət rüsumuna görə pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Masallı şəhəri, Həsən Əliyev küçəsində (Dadva küçəsi) fərdi yaşayış evi vardır. Cavabdeh onun oğlu X2 ilə xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar və xx.xx.2024-cü ildə nikahları pozulmuşdur. Ayrılmalarına baxmayaraq cavabdehin əmlakları hazırda onun evində qalmışdır və onun mülkiyyət hüquqlarını pozur. Həmin əmlaklar yataq dəsti, kondisioner, 1 ədəd balaca xalça və 2 ədəd ayaq altı, 1 ədəd taxt döşəyi, 1 ədəd tək döşək, 2 ədəd yorğan, 3 ədəd ədyal, 6 ədəd balış, 1 ədəd güllü nazik yorğan, 2 ədəd stol üstü, 1 ədəd süfrə, 6 ədəd dəsmal k + 6 ədəd tək, 7 ədəd mətbəx dəsmalı, 2 ədəd hamam dəsmalı, 6 ədəd çay dəsmalı+6 ədəd tək, 1 ədəd uşaq adyalı, 4 ədəd pastel, 1 ədəd milçək öldürən, 3 ədəd balaca zibil qabı, 1 ədəd çüyün vedrə, 1 dəst kofe çaşqası, 2 qutu armudu stəkan, 1 ədəd ləpə qabı, 1 ədəd meyvə qabı, 24 ədəd stəkan, 6 ədəd bulud qaşığı, 6 ədəd bulud, 24 ədəd böyük nəlbəki, 12 ədəd razetka, 12 ədəd şüşə razetka, 24 ədəd böyük boşqab, 36 ədəd balaca boşqab, 12 ədəd böyük dolma qabı+12 ədəd balaca dolma qabından ibarətdir. Həmin əmlakların çıxarılması barədə cavabdehə xəbərdarlıq etmiş, lakin nəticəsi olmamış və çıxarmamışdır. Nəticədə onun mülkiyyət hüququ pozulmuş, evindən sərbəst istifadə edə bilmir, cavabdehin əmlakları onun evində qaldığı üçün daimi onların qorumaq məcburiyyətindədir və nəticədə həmin əmlaklara görə sərbsət şəkildə mülkiyyətindən istifadə edə bilmir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izhatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1260A, KOD 80501004 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999cu il tarixli, 027 saylı qərarı ilə Masallı şəhər sakini İddiaçı 0.04 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyul 2024-cü il tarixli, 2(050)-940/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiasının təmin edilməsi, X2 ilə Cavabdeh arasında 28 sentyabr 2022-ci il tarixdə Masallı regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 913 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçının oğlu X2 ilə rəsmi nikaha daxil olaraq, iddiaçının yaşadığı evə gəlin köçmüş, cehiz əmlaklarını da həmin evə yerləşdirmişdir. Əmlakların yerləşdiyi fərdi yaşayış evi üzərində hər hansı hüquq rəsmiləşdirilməmişdir. Lakin işdə olan fərdi yaşayış evi iddiaçıya “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1260A, KOD 80501004 saylı şəhadətnamə ilə verilmişdir. Sonradan tərəflər arasında nikah pozulmuş, cavabdeh atasının evinə getmiş, lakin ona məxsus əmlaklar iddiaçının yaşadığı evdə qalmışdır və cavabdeh əmlaklarını könüllü şəkildə aparmır. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3). Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə cavabdehin əmlaklarının iddiaçının sahibliyində olan Masallı şəhərində yerləşən fərdi yaşayış evində qalmasının hüququ əsası yoxdur. Bu hal iddiaçının hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Beləliklə iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia təmin edildiyindən qeyd olunan məbləğ də cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh gəlin köçərkən gətirdiyi yataq dəsti, kondisioner, 1 ədəd balaca xalça, 2 ədəd ayaq altı, 1 ədəd taxt döşəyi, 1 ədəd tək döşək, 2 ədəd yorğan, 3 ədəd ədyal, 6 ədəd balış, 1 ədəd güllü nazik yorğan, 2 ədəd stol üstü, 1 ədəd süfrə, 6 ədəd dəsmal + 6 ədəd tək, 7 ədəd mətbəx dəsmalı, 2 ədəd hamam dəsmalı, 6 ədəd çay dəsmaİı + 6 ədəd tək, 1 ədəd uşaq adyalı, 4 ədəd pastel, 1 ədəd milçək öldürən, 3 ədəd balaca zibil qabı, 1 ədəd çüyün vedrə, 1 dəst kofe çaşqası, 2 qutu armudu stəkan, 1 ədəd ləpə qabı, 1 ədəd meyvə qabı, 24 ədəd stəkan, 6 ədəd bulud qaşığı, 6 ədəd bulud, 24 ədəd böyük nəlbəki, 12 ədəd razetka, 12 ədəd şüşə razetka, 24 ədəd böyük boşqab, 36 ədəd balaca boşqab, 12 ədəd böyük dolma qabı + 12 ədəd balaca dolma qabından ibarət cehiz əmlaklar İddiaçı yaşadığı Masallı şəhəri, Həsən Əliyev küçəsində (Dadva küçəsi) yerləşən fərdi yaşayış evindən Cavabdeh hesabına çıxarılsın. Cavabdeh 100 manat dövlət rüsmu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar