Məhkəmə qərarları › İş №2(050)-3619/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3619/2025

25.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3619/2025 25.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X30 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər “Masallı rayon Mərkəzi Xəstəxanası” X31 və “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X20rşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X21 30000 (otuz min) manat maddi ziyan və 50000 (əlli min manat) mənəvi ziyan, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X21 isə 20000 (iyirmi min) manat maddi ziyan və 50000 (əlli min manat) mənəvi ziyan və ödənilmiş dövlət rüsumuna görə 440 (dörd yüz qırx) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, X12 onun doğma qızıdır. X32 bir neçə il əvvəl Elnur Alıyevlə el adəti qaydasında toy etdirməklə ailə həyatı qurmuşdur. Onlar bu evliliklərindən X25 və X26 adlı iki övladları dünyaya gəlmişdir. X32 ikinci övladını xx.xx.2024-cü il tarixdə dünyaya gətirmişdir. Həmin vaxt doğuş “Keysəriyyə” cərrahi əməliyyatı ilə həyata keçirilmişdir. Aparılmış “Keysəriyyə” cərrahi əməliyyatı zamanı qızının vəziyyəti qəflətən pisləşmiş qıcolmaları olmuş və nəticədə koma vəziyyətinə düşmüşdür. Qeyd olunan vəziyyətlə bağlı qızı Elnurə xx.xx.2024-cü il tarixədək Masallı Rayon X15 Hüquqi Şəxsdə müalicə olunmuşdur. Lakin, vəziyyəti düzəlmədiyindən ağır vəziyyətdə xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına təxliyyə edilmişdir. Həmin xəstəxanada qızı Elnurəyə tibbi yardım göstərilməsinə baxmayaraq, qızının vəziyyəti stabilləşməmiş və nəticədə qızı xx.xx.2024-cü il tarixdə həmin xəstəxanada vəfat etmişdir. Bundan sonra qızının ölüm səbəbini müəyyənləşdirmək məqsədi ilə bir çox tibbi ekspertizalar keçirilmişdir. Keçirilmiş tibbi ekspertizaların nəticəsində qızının ölüm səbəbi kimi spinal anesteziyanın olması göstərilmişdir. Dəqiqliyi ilə desək “spinal anesteziya zamanı əməliyyatdan sonra orqanizmin ümumi intoksikasiyası ilə bağlı kəskin ürək-ağciyər çatışmazlığı nəticəsində inkişaf etmiş komatoz vəziyyət fonunda irinli metroendometritlə əlaqədar inkişaf etmiş yayılmış pritonit” diaqnozu qoyulmuşdur. Bunun nəticəsində Masallı Rayon X15 X5, reanimasiya və intensiv terapiya şöbəsində həkim reanimatoloq-anestezioloq işləyən X16 barəsində cinayət işi başlanılmış və sonda X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ittiham olunaraq barəsində toplanılmış cinayət işi Masallı Rayon Məhkəməsinə göndərilmişdir. X2 Elnurə İntiqam qızının üzərində icra edilmilş “Kesar kəsiyi" cərrahiyyə əməliyyatı zamanı işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək spinal anesteziyanı texniki cəhətdən qüsurlu icra etməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlığa yol vermişdir. Məhkəmədə işə baxılaraq X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(050)-68/2025 saylı hökmü ilə 02(iki) il müddətə həkim-anestezioloq peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən X10 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə üzərində 01(bir) il 06(altı) ay müddətə sınaq müddəti müəyyən edilmişdir. Qızı Elnurənin ölümünün səbəbkarı olaraq anestezioloq X16 göstərilmiş olsa da, əslində isə təkcə X16 deyil, həm Masallı Rayon X15 Hüquqi Şəxsi, Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki X18 Şəxsi də günahkardır. Belə ki, qeyd etdiyi bu hal verilmiş tibbi ekspertizaların rəyində də qeyd edilmişdir. Həmin rəylərdə qeyd olunur ki, “X19 RMX-sı PHŞ-də və Akad. M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası PHŞ-də göstərilmiş tibbi xidmətlərdə, yəni müalicə taktikasında qüsurlar vardır” göstərilmiş tibbi tədbirlər adekvat olmamışdır”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X30 xx.xx.2024-cü il tarixli, MEŞ-94 nömrəli rəyindən görünür ki, X6 ölümünün bilavasitə səbəbi spinal anesteziya zamanı “Kesar kəsiyi” cərrahiyyə əməliyyatından sonra orqanizmin ümumi intoksikasiyası ilə bağlı kəskin ürək-ağciyər çatışmazlığı nəticəsində inkişaf etmiş komatoz vəziyyət fonunda (baş beynin dekortikasiyası, beynin hipoksik ensefalitik yumşalması) irinli metroendometritlə əlaqədar inkişaf etmiş yayılmış peritonit olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə, saat 13:50-də Respublika Klinik Xəstəxanasında baş vermişdir. iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" X30 komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, KEŞ-1052 nömrəli rəyindən görünür ki, spinal anestaziya ilə əlaqədar zahının vəziyyəti ağırlaşmışdır. Elnurə Kərimlinin üzərində “Kesar kəsiyi” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyatdan əvvəl aparılmış ilkin müayinələr və göstərilmiş tibbi tədbirlər hamilənin vəziyyətinə uyğun olmuşdur. X19 RMX PHŞ-də və Akademik M.Ə.Mirqasımov adına Respublika Kiniki Xəstəxanası PHŞ-də göstərilmiş tibbi xidmətdə, yəni müalicə taktikasında qüsurlar vardır. X19 RMX-sı PHŞ-də “Kesar kəsiyi” cərrahiyyə-əməliyyatı ilə əlaqədar aparılmış spinal anesteziya zamanı arterial hipertenziya baş vermiş və bunun nəticəsində zahının vəziyyəti ağırlaşmışdır. Zahıya Masallı RMX-sı PHŞ-də göstərilmiş tibbi tədbirlərə baxmayaraq, vəziyyəti stabilləşməmiş və daha sonra o, ağır vəziyyətdə xx.xx.2024-cü il tarixdə Akad. M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası PHŞyə təxliyyə edilmişdir. Zahı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilsə də, göstərilmiş tibbi tədbirlər adekvat olmamışdır. Zahıda anuriyanın (kəskin böyrək çatmazlığı) olmasına baxmayaraq, venadaxili infuziya ilə bədəndən xaric olan maye arasında balans gözlənilməmişdir və hipervolemiya nəticəsində kəskin anasakra inkişaf etmişdir. Bu da meyitin məhkəmə-tibbi ekspertizası zamanı öz təsdiqni tapmışdır, yəni meyitin daxili müayinəsi zamanı qarın boşluğunda 5 litr, sağ döş boşluğunda 300 ml, sol döş boşluğunda 750 ml və ürək kisəsində isə 150 ml mayenin olduğu qeyd edilmişdir. İddiaçı hesab edir ki, X4, onun qədər qızı Elnurənin ölümündə Masallı Rayon X15 Hüquqi Şəxsi və Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki X18 Şəxsinin də günahları böyükdür. Əgər həmin xəstəxanalarda işləyən həkim heyəti vaxtında və doğru müalicə taktikası seçmiş olsaydı bu gün qızı həyatda olardı. Qeyd etdiyi hadisə ilə bağlı ona həm maddi və həmdə mənəvi ziyan dəymişdir. O, dəymiş maddi və mənəvi ziyanın əslində həddi hüdudu yoxdur. Keçirdiyi əsəb gərginliyi, stress, həyəcan, psixi sarsıntını sözlə ifadə etmək mümkün deyildir. Maddi ziyana gəldikdə isə maddi ziyan bu gün qızının müalicəsinə çəkilən xərclər deyil. Bir valideyn kimi bu günə qədər çəkdiyi əzab-əziyyətlər və eləcədə bundan sonrada qızının balalarının böyüməsi ilə bağlı çəkiləcək xərclər nəzərə alınmalıdır. Lakin, belə hesab edir ki, cavabdeh təşkilatlar bu gün cinayət məsuliyyətinə cəlb olunmasalar da, lakin baş vermiş hadisədə onlarında məsuliyyəti böyükdür. Bu səbəbdən həmin hüquqi şəxslər cinayət məsuliyyətinə cəlb olunmasalar da, mülki məsuliyyətə cəlb olunmalıdırlar. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, qızının ölümü ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs X10 cəza verilmişdir. Cinayət işi məhkəmədə baxılarkən Nofəl Səlimovun yaşına görə ondan şikayətçi olmamışdır. X24 məhkəmədə ona 6000 manat ziyana görə pul ödəmiş, məhkəmədə də ondan şikayətinin olmamasını bildirmişdir. Lakin hesab edir ki, qızının ölümündə hər iki xəstəxananın təqsiri olmuşdur. Sözügedən Xəstəxanalar ona təzminat ödəməlidir. Ekspertizanın rəyində də xəstəxanaların adekvat davranmaması qeyd edilmişdir. Cinayət işinə baxılarkən ona bildirilmişdir ki, Xəstəxanalar barədə hər hansı bir tələbi olarsa məhkəməyə müraciət edə bilər. Odur ki, maddi və mənəvi ziyanın ödənilməsi barədəə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərin mövqeyi: Cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X23 direktoru İlqar Ramiz oğlu iddia ərizəsinə etirazla müraciət edərək etirazında göstərmişdir ki, iddiaçı Kərimov X17 rayon Mərkəzi X1rşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia qaldırmışdır, iddia tələbini qəbul etmir, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixdə X12 övladını dünyaya gətirmək üçün hamilə vəziyyətdə xəstəxanaya gətirilmişdir. Normal doğuş olmadığından onu keysəriyyə cərrahı əməliyyat ilə azad etmişlər. Əməliyyat normal keçmiş, əməliyyatdan sonra xəstənin halı pisləşmiş, xəstənin yaxınları onu Bakı şəhərində yerləşən Akademik M.Ə.Mİrqasımov adına Respublika Kliniki Xəstəxanasına köçürmüşlər. xx.xx.2024-cü il tarixdə xəstə Bakı şəhərində vəfat etmişdir. Hadisə ilə əlaqədar cinayət işi açılmış, Masallı rayon X15 X5, reanimasiya və intensiv terapiya şöbəsinin həkim reanimotoloq-anestezioloqu, reanimasiya və intensiv terapiya şöbəsinin həkim reanimatoloq-aneştezioloqu vəzifəsində işləyən X16 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Ona CM-nin 314.2-ci maddəsi ilə ittiham verilmişdir. Masallı rayon məhkəməsinin hakimi Firdovsi Əliyev işə baxmış, məhkəmə iclasında təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hüquqi varisi barışmışdır. Məhkəmə barışığı nəzərə alaraq təqsirləndirilən şəxsə CM-nin 70-ci maddəsini tətbiq etmişdir. Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsin hüquqi varisənə barışıq üçün maddi və mənəvi ziyani tam şəkildə ödəmişdir. Hazırki iddia ilə iddiaçı publik hüquqi şəxslərdən maddi və mənəvi zərər tələb edir. Maddi və mənəvi zərər bir iş üzrə bir dəfə yaranır və bir dəfə də tələb edilir, iddiaçıya dəymiş maddi və mənəvi zərər tam şəkildə ödənilmişdir. İddia ərizəsində iddiaçı qeyd edir ki, ona dəymiş maddi və mənəvi zərərin həddi-hüdudu yoxdur. Hadisədə insan ölmüş, bəli böyük bir faciədir. Lakin, X30 hadisə ilə heç bir əlaqəsi yoxdur. Hadisə olmamalı idi, hadisə olubsa cinayətkarda maddi və mənəvi olaraq cəzalandırılmışdır, iddia ərizəsində qeyd olunmuş maddi hüquq normalarının bizim işlə heç bir əlaqəsi yoxdur. İşin faktiki hallarına baxdıqda da tam şəkildə görmək olur ki, hadisə ilə əlaqədar ekspertizalar təyin olunmuş, rəylər verilmiş və nəticədə məhkəmənin hökmü çıxarılmışdır. Həmçinin, cinayət işinə publik hüquqi şəxs olaraq onlar cəlb olunmamış, iş üzrə hadisə ilə əlaqədar izahatları alınmasına baxmayaraq, onların barəsində cinayət işi başlanmamışdır. Səbəli əlaqə olaraq da onların əməlində maddi və mənəvi ziyanla bağlı qarşılıqlı əlaqə olmamışdır. Hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstə Xəstəxanası” X23 direktoru Əlviz Qasımov iddia ərizəsinə etirazla müraciət edərək etirazında göstərmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək Masallı rayon Mərkəzi Xəstəxanası PHŞ-dən 30.000(otuz min) manat maddi ziyan və 50.000 (əlli min) mənəvi ziyan və “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ- dən isə 20.000 (iyirmi min) manat maddi ziyan və 50.000 (əlli min) manat mənəvi ziyan və ödənilmiş dövlət rüsumuna görə 440 (dörd yüz qırx) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, mərhum X12 29,10.2024-cü il tarixdə saat 05:10 radələrində “Akademik M.Ə.Mirqsımov adına Respublika Klinik Xəstəxanası" PHŞ “Zahılıq dövrünün ağırlaşması” diaqnozu ilə çox ağır halda Reanimasiya şöbəsinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə Xəstəxanada konsilium keçirilmiş və “Qeysəriyyə əməliyyatında sonrakı vəziyyəti. Poliorqan çatışmazlığı (2-ci sutka). Sistem iltihaba qarşı cavab reaksiyası (SİCR)" diaqnozu qoyulmuş və müalicəyə başlanılmışdır. Mərhuma Şöbədə bütün lazımi müalicə və müayinə tədbirləri görülməsinə baxmayaraq, 04.11,2024-cü il tarixdə saat 13:50 bioloji ölüm qeydə alınmış, meyit morqa göndərilmişdir, ölüm səbəbi- Keysəriyyə əməliyyatından sonrakı vəziyyət 38 həftəlik hamiləlik. Ürək-damar çatışmazlığı. Qaraciyər, böyrək çatışmazlığı. Hadisə ilə əlaqədar Masallı Rayon Prokurorluğunda Masallı rayon X15 X5, reanimasiya və intensiv terapiya şöbəsinin həkim reanimotoloqanestezioloqu X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi açılmışdır. Masallı Rayon Məhkəməsinin 1(050)- 68/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmdən də göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və və Pataloji Anatomiya Birliyi" X30 komisyon məhkəmə- tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, KEŞ-1052, xx.xx.2025-ci il tarixli KEŞ-31, xx.xx.2025-ci il tarixli, 544/KEŞ nömrəli rəylərindən də göründüyü kimi, mərhum X6 ölümünün bilavasitə səbəbi spinal anesteziyanın texniki qüsurla icra edilmiş anesteziyadan sonra geridönməz fəsadların yaranması olmuşdur. Məhkəmə istintaqının nəticəsi olaraq, X3 Rayon Məhkəməsinin 1(050)-68/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2(iki) il müddətə həkim-anestezioloq peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan mərhum edilməklə 2 (iki) il (altı) ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmişdir. X16 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş və ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti tətbiq edilməklə hökümlə təyin edilmiş azadlıqdan mərhumetmə cəzası şərti hesab edilmişdir. Mövcud tibbi sənədlər və araşdırma materiallarından göründüyü kimi, xəstə ilkin olaraq Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə almış, lakin orada həkim tərəfindən ciddi tibbi qüsur və ağır səhv buraxılmışdır. Həmin səhvin nəticəsində xəstənin vəziyyəti kəskin ağırlaşmışdır. Həkim tərəfindən yol verilmiş səhvləri və ağır fəsadları aradan qaldırmaq məqsədilə Respublika Klinik Xəstəxanasının həkimləri xəstəyə bütün mümkün tibbi yardımı göstərmiş, vəziyyətin stabilləşməsi üçün əlindən gələni etmişlər. Lakin xəstənin orqanizmində yaranmış dərin və geri dönməz dəyişikliklər nəticəsində görülən bütün tədbirlər baxmayaraq, onu xilas etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddianın hüquqi və faktiki əsasları olmadığı üçün İddiaçı maddi və mənəvi zərərin ödənilməsi barədə iddiasının təmin olunmaması və iş üzrə tələbin rədd olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X30 nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstə Xəstəxanası” X27 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X30 əlavə komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2025 ci il tarixli, 544/KEŞ nömrəli rəyindən görünür ki, X8 Masallı RMX-sı PHŞ-də və Akad. M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası PHŞ-də göstərilmiş tibbi xidmətdə, yəni müalicə taktikasında qüsurlar vardır. Belə ki, X19 RMX-sı PHŞ-də “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı ilə əlaqədar aparılmış spinal anesteziya zamanı arterial hipotenziya baş vermiş və bunun nəticəsində zahının vəziyyəti ağırlaşmışdır. Zahıya Masallı RMX-sı PHŞ-də göstərilmiş tibbi tədbirlərə baxmayaraq, vəziyyəti stabilləşməmiş və daha sonra o, ağır vəziyyətdə xx.xx.2024-cü il tarixdə Akad. M.Ə.Mİrqasımov adına Respublika Kliniki Xəstəxanası PHŞ-nə təxliyyə edilmişdir. Zahı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilsə də göstərilmiş tibbi tədbirlər adekvat olmamışdır. Zahıda anuriyanırı (kəskin böyrək çatışmazlığı) olmasına baxmayaraq, venadaxili infuziya ilə bədəndən xaric olan maye arasında balans gözlənilməmişdir və hipervolemiya nəticəsində kəskin anasarka inkişaf etmişdir. Bu da, meyitin məhkəmə-tibbi ekspertizası zamanı öz təsdiqini tapmışdır, yəni meyitin daxili müayinəsi zamanı qarın boşluğunda 5 litr, sağ döş boşluğunda 300 ml, sol döş boşluğunda 750 ml və ürək kisəsində isə 150 ml transsudat mayenin olduğu qeyd edilmişdir. X6 ölümünün bilavasitə səbəbi spinal anesteziya zamanı "Kesar kəsiyi” cərrahiyyə əməliyyatından sonra orqanizmin ümumi intoksikasiyası ilə bağlı kəskin ürəkağciyər çatışmazlığı nəticəsində inkişaf etmiş komatoz vəziyyət fonunda (baş beynin dekortikasiyası, beynin hipoksik ensefalitik yumşalması) irinli metroendomeritlə əlaqədar inkişaf etmiş yayılmış peritonit olmuşdur. Ölüm 04.11,2024-cü il tarixdə, saat 13:50-də Respublika Klinik Xəstəxanasında baş vermişdir. X6 hər iki tibb müəssisələrində onun müalicəsi zamanı qüsurlara yol verilmişdir. Lakin əsas texniki qüsur Masallı RMX-sı PHŞdə doğuşun “Kesar kəsiyi" cərrahiyyə əməliyyatının icrası zamanı spinal anesteziyada istifadə edilmiş dərman preparatlarının hamilənin onurğa kanalına düzgün inyeksiya edilməməsi olmuşdur. Spinal anesteziyanın texniki qüsuru ilə hamilənin vəziyyətinin ağırlaşması və sonda ölümün baş verməsi arasında səbəbli əlaqə vardır. Buna məsul şəxs həkim-anestezioloqdur Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(050)-68/2025 saylı hökmündən görünür ki, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 02(iki) il müddətə həkim-anestezioloq peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən X10 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə üzərində 01(bir) il 06(altı) ay müddətə sınaq müddəti təyin edilmişdir. Dövlət Rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 400 manat rüsum ödəmişdir. Əsaslandırıcı hissə: İşin faktiki halları ilə müəyyən edilmişdir ki, mərhum X12 hamilə vəziyyətdə doğuş üçün Masallı Rayon Mərkəzi xəstəxanasına müraciət etmiş, doğuş “Keysəriyyə” cərrahi əməliyyatı ilə həyata keçirilmişdir. Aparılmış “Keysəriyyə” cərrahi əməliyyatı zamanı onun vəziyyəti qəflətən pisləşmiş qıcolmaları olmuş və nəticədə koma vəziyyətinə düşmüşdür. Sonradan Bakı şəhərində yerləşən Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına təxliyyə edilmiş, həmin xəstəxanada tibbi yardım göstərilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixdə həmin xəstəxanada vəfat etmişdir. Mərhumun ölümü ilə bağlı aparılmış araşdırma nəticəsində xəstəxanada işləyən həkim reanimatoloqanestezioloq X16 barəsində cinayət işi başlanılmış və baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı mərhumun hüquqi varisi kimi tanınmış İddiaçı təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi və mənəvi zərərin tam olaraq ödənilməsi ilə bağlı ərizə təqdim etmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mərhum qızının ölümündə Masallı Rayon Mərkəzi Xəstəxanası və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının da təqsirinin olması səbəbindən həmin müəssisələrin də maddi və mənəvi zərər ödəməli olmalarını tələb etmişdir. Cavabdehlər iddia tələbini qəbul etməyərək, baş vermiş hadisədə onların təqsirinin olmadığını, hadisənin baş verməsində təqsirli olan həkimin maddi və mənəvi zərəri tam şəkildə ödədiyini əsas götürərək iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd edərək iddia tələbinə hüquqi qiymət verməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı plenum qərarında əks edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Yuxarıda qeyd edilən hüquq normalarının mənasına görə iddia tələbinin irəli sürüldüyü cavabdehlərin mərhum X6 ölümündə birbaşa təqsirli olması sübuta yetiriləcəyi halda, iddiaçınını onlardan maddi və mənəvi zərər tələb etməsi hüququ yaran bilərdi. İddia tələbinin məzmununa əsasən müəyyən edilir ki, iddiaçı cinayət əməli nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müəraciət etmişdir. Belə olan təqdirdə cavabdehlərin cinayət əməli ilə ziyan vurub-vurmaması məsələsinə aydınlıq gətirilməlidir. Qeyd ediləməlidir ki, baş vermiş ölüm hadisəsi ilə bağlı ilkin olaraq kimin təqsirli olması məsələsi araşdırma aparma səlahiyyətlərinə malik olan hüquq mühafizə orqanları və məhkəmələrə məxsusdur. Məhz cinayət xarakterli əməllərlə bağlı vurulmuş zərərin müəyyən edilməsi araşdırma aparan orqanlar tərəfindən qəbul edilən qərarlarla müəyyən edilir. Hazırki iddia tələbinin əsasını təşkil edən X6 ölümü ilə də bağlı ilkin olaraq prokurorluq orqanı tərəfindən araşdırma aparılmış və şəxsin ölümündə təqsiri olan həkim reanimatoloq-anestezioloq X11 ittiham elan edilərək, cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, Məhkəmənin hökmü ilə o, təqsirli bilinərək cəza təyin edilmişdir. Göründüyü kimi, prokurorluq orqanı tərəfindən ümumilikdə X6 ölümü ilə bağlı aparılmış araşdırma nəticəsində publik hüquqi şəxs kimi xəstəxanaların hər hansı məsuliyyəti müəyyən edilməmiş, həkimin birbaşa təqsirli olması qənaətinə gəlinmişdir. Belə olan halda həmin müəssisələrin maddi və mənəvi zərərlə bağlı mülki məsuliyyətə cəlb edilməsi mümkünsüzdür. Həm də qeyd edilməlidir ki, təqsirkar X9 barəsində məhkəmədə cinayət işinə baxılarkən mərhumun hüquqi varisi kimi tanınmış İddiaçı qızının ölümü nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzinin iş üzrə təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini bildirmişdir. Düzdür, o, maddi və mənəvi zərərin ona tam şəkildə ödənildiyini ərizəsində göstərsə də, müəyyən zaman keçməsi zərərin yaratmasını istisna etmir. Çünki şəxsin keçirdiyi mənəvi sarsıntı və əzablarının konkret vaxt ərzində aradan qaldırılması mümkün deyil, davam edən zaman kəsiyində yenidən yaranması halı ola bilər. Lakin, iddia tələbinin irəli sürüldüyü cavabdehlərin məhkəmənin yuxarıda qeyd etdiyi səbəblərdən hər hansı təqsiri müəyyən edilmədiyindən həmin tibb müəssisələrinin İddiaçı qarşısında hər hansı maddi və mənəvi zərərə görə məsuliyyətinin müəyyən edilməsi mümkünsüzdür. Həmçinin, qeyd edilməlidir ki, ölüm hadisəsi ilə bağlı X9 barəsində xx.xx.2025-ci il tarixdə hökm qəbul edilmiş, təxminən 2 ay sonra iddiaçı məhkəməyə müraciət etmiş, qısa müddət ərzində əlavə maddi və mənəvi zərərin yaranmasını təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasasən İddiaçı iddiası rədd edilməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar