Məhkəmə qərarları › İş №2(050)-3645/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3645/2023

05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3645/2023 05.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı cavabdehlər İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Masallı rayon Türkoba Bələdiyyəsinin sədri Nofəl Cəfərova, Masallı rayon Türkoba Ərazi nümayəndəsi Leyla Əzizovaya, Daşınmaz Əmlakın Reyestr və Kadastr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cəlilabad rayon Dövlət Notariatına qarşı 22 oktyabr 2014-cü il tarixli, 2(050)-459/2014 saylı mülki iş üzrə çıxarılan qətnamə və digər qətnamələrdə, qərardadlarda sübutların hakimlər tərəfindən nəzərə alınmadan hüquqlarına və xüsusi mülkiyyətinə qarşı qanunazidd hərəkətlərin aradan qaldırılması və cavabdehlərin təqdim etdiyi sənədlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh3, Sailə Sadıqovanın Məhkəməyə təqdim etdiyi mülki işdə olan Masallı rayon Türkoba bələdiyyəsinin xx.xx.2023-cü il tarixli ilkin torpaq ayırma sənədlərində kötüyü olmadan naturada magistral yolun mühafizə zolağını alqı-satqı etməklə Cavabdeh2 və digər şəxslərə satmaqla Türkoba Ərazi Nümayəndəliyinin islahat zamanı, o cümlədən Türkoba Bələdiyyəsi ilə birgə qanunazidd arayış və qərarlarının ləğv edilməsi, Cəlilabad 2 saylı Notariat Kontorunun Cavabdeh3 və Sailə Sadıqovayla bağlanan alqı-satqı müqaviləsinin ləğv edilməsi, DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Rzayev Solmaza, Cavabdeh2 verilmiş çıxarışların və plan ölçülərinin ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Mülki işin mümkünlüyü məsələsinə baxılarkən mübahisənin mahiyyətini təhlil edərək məhkəmə qeyd edir ki, İddiaçı inzibati akt qəbul etmək səlahiyyəti verilmiş idarələrdən narazılığını ifadə etməklə Cavabdeh3, Sailə Sadıqovaya aid Masallı rayon Türkoba Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli ilkin torpaq ayırma sənədlərində kötüyü olmadan naturada magistral yolun mühafizə zolağını alqı-satqı etməklə Cavabdeh2 və digər şəxslərə satmaqla Türkoba Ərazi Nümayəndəliyinin islahat zamanı, o cümlədən Türkoba Bələdiyyəsi ilə birgə qanunazidd arayış və qərarlarının ləğv edilməsi, Cəlilabad 2 saylı Notariat Kontorunun Cavabdeh3 və Sailə Sadıqovayla bağlanan alqı-satqı müqaviləsinin ləğv edilməsi, DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Rzayev Solmaza, Cavabdeh2 verilmiş çıxarışların və plan ölçülərinin ləğv edilməsini tələb edir. Göründüyü kimi iddiaçı inzibati məhkəmə icraatı qaydasında həmin hazırkı məsələni mübahisələndirməlidir. Belə olan halda məhkəmə aidiyyəti qaydalarına əsasən həmin tələbə mülki icraat qaydasında baxılması yolverilməzdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 40 nömrəli Qərarının 6.1.-ci maddəsində qeyd olunmuşur ki, “ Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 153.2.1 -ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi tələb inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin həlli ilə əlaqədardır. Məhkəmə aidiyyəti Şirvan İnzibati Məhkəməsinə aiddir. Göstərilənlərə əsasən və MPM-in 153, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Masallı rayon Türkoba Bələdiyyəsinin sədri Nofəl Cəfərova, Masallı rayon Türkoba Ərazi nümayəndəsi Leyla Əzizovaya, Daşınmaz Əmlakın Reyestr və Kadastr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cəlilabad rayon Dövlət Notariatına qarşı 22 oktyabr 2014-cü il tarixli, 2(050)-459/2014 saylı mülki iş üzrə çıxarılan qətnamə və digər qətnamələrdə, qərardadlarda sübutların hakimlər tərəfindən nəzərə alınmadan hüquqlarına və xüsusi mülkiyyətinə qarşı qanunazidd hərəkətlərin aradan qaldırılması və cavabdehlərin təqdim etdiyi sənədlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) qərardadı qəbul edən Masallı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Bahmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar