Məhkəmə qərarları › İş №2(050)-374/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-374/2023

08.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-374/2023 08.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə. İddiaçının Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 23 aprel 2016-cı ildə doğulmuş X7 və 16 oktyabr 2017-ci ildə doğulmuş X6 dövlət tərəfindən verilən 6300 manat müavinət pullarının uşaqların saxlanılması üçün alınıb ona verilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, nəvələri Elmir və Emil iki ilə yaxındır ki, onunla yaşayırlar. Onların qayğısına özü qalır. Anaları Cavabdeh onların saxlanılmasında heç bir köməklik etmir, onlara maddi cəhətdən qayğı göstərmir. Uşaqların ataları vəfat etmiş və dövlət tərəfindən verilən müavinət pullarını Cavabdeh öz mənafeyi üçün sərf edir. Həmin pullar uşaqlara səfr edilmir. Cavabdeh hazırda atası ilə bir yerdə yaşayır. Bir neçə dəfə müavinət pullarını ondan tələb etsə də, o, müavinət pullarını vermir. Həmin pulları uşaqlara sərf etmək istəyir. Odur ki, 6300 manat pulun cavadehdən alınaraq ona verilməsi xahiş olunur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X7 23 aprel 2016-cı ildə, X9 16 oktyabr 2017-ci ildə anadan olmuşdur. Uşaqların atası X4, anası Cavabdehdır. Güllütəpə kənd İƏDÜN-nin 13 oktyabr 2022-ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X1 Minəxan Mirzəxan oğlunun ailə tərkibindədirlər. Masallı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-893/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı valideynlik hüquqlarının məhdudlaşdırılması və 23 aprel 2016-cı ildə doğulmuş X3 və 16 oktyabr 2017-ci ildə doğulmuş X5 anası Cavabdeh alınması haqqında iddiası təmin olunmamışdır. Həmin qətnamədən həmçinin görünür ki, Cavabdeh iddiaçının mərhum oğlu Fərrux Niftiyevin arvadı olmuşdur. Onların birgə nikahdan 23 aprel 2016-cı ildə Elmir, 16 oktyabr 2017-ci ildə Emil adlı iki övladı vardır. İddiaçının oğlu oğlu Fərrux Niftiyev 04 avqust 2014-cü il tarixdə avtomobil qəzasında vəfat etmişdir. Masallı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-40/2022 nömrəli qətnaməsinə əsasən 23 aprel 2016-cı ildə doğulmuş X3 və 16 oktyabr 2017-ci ildə doğulmuş X5 cavabdehlər İddiaçı və X2 alınaraq anası Cavabdeh verilməsi haqqında iddiası təmin olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının mərhum oğlu Fərrux Niftiyevin arvadı olmuşdur. Onların birgə nikahdan 23 aprel 2016-cı ildə Elmir, 16 oktyabr 2017-ci ildə Emil adlı iki övladı vardır. İddiaçının oğlu oğlu Fərrux Niftiyev 04 avqust 2014-cü il tarixdə avtomobil qəzasında vəfat etmişdir. Uşaqlar iddiaçıda qalmış, Masallı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-40/2022 nömrəli qətnaməsinə əsasən 23 aprel 2016-cı ildə doğulmuş X3 və 16 oktyabr 2017-ci ildə doğulmuş X5 cavabdehlər İddiaçı və X2 alınaraq anası Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideyinlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin maddənin Vİ-cı bəndinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. BMT-in “Uşaq hüquqları Haqqında” Konvensiyasının 3-cü maddəsində şərh edilir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeyi tam nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideynlər və ya digər şəxslər bu qayğını göstərmirlərsə, onda dövlət uşağı hər bir qayğı ilə təmin etməlidir. Həmin Konvensiyanın 9-cu maddəsində göstərilir ki, uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bir şərtlə ki, bu ən yaxşı halda uşağın mənafeyinə zidd olmasın. Uşaq valideynlərinin hər biri ilə və ya hər ikisi ilə ayrılıqda əlaqə saxlamaq hüququna malikdir. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Avropa İnsan Hüquqları Məhkəməsinin Şahin Almaniyaya qarşı” 08 iyul 2003-cü il tarixli məhkəmə qərarında göstərilir ki, dövlət hakimiyyət orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uyğın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynin maraqlarından üstün tutula bilər. Valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetiriə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Ailə Məcəlləsinin 60.4.-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Hazırkı mübahisənin mahiyyətindən göründüyü kimi, tərəflər arasında uşaq tələbi ilə bağlı məhkəmə mübahisəsi vardır. Həmin mübahisə üzrə nə qədərdir ki, uşaqların Cavabdeh verilməsi barədə məhkəmə qətnaməsi qəbul edilmişdir, iddiaçı tərəf uşaqları anaya verməyə borcludur. Belə vəziyyətdə uşaqlara görə ödənilən müavinəti almaq hüququ da məhz Cavabdeh aiddir. Cavabdeh müavinət almaq hüququnun olmasını və uşaqların İddiaçı alınması barədə məhkəmə qətnaməsinin olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı 23 aprel 2016-cı ildə doğulmuş X7 və 16 oktyabr 2017-ci ildə doğulmuş X6 dövlət tərəfindən verilən 6300 manat müavinət pullarının uşaqların saxlanılması üçün alınıb ona verilməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar