Məhkəmə qərarları › İş №2(050)-4111/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-4111/2023

17.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-4111/2023 17.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx"Mənzil Tikinti Kooperativinə qarşı Cavabdeh1 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2005-ci il tarixdə mövcud olmayan və sonradan saxtalaşdırma nəticəsində ərsəyə gəlmiş müqaviləyə əsasən ünvan 1 ünvanında A bloku, 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 159.63 kv.m. mənzilin ümumi dəyəri 60904 ABŞ dollar olan, 17 saylı mənzilə dair tərəflər arasında imzalanmış müqavilənin (xx.xx.2005), bu müqavilənin əsasında Cavabdeh1 adına verilmiş maliyyə arayışının (xx.xx.2013), İddiaçı adından hazırlanmış xx.xx.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh1 və "xxxx"Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2005-ci il tarixdə mövcud olmayan və sonradan saxtalaşdırma nəticəsində ərsəyə gəlmiş müqaviləyə əsasən ünvan 2 ünvanında A bloku, 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 159.63kv.m, mənzilin ümumi dəyəri 60904 ABŞ dollar olan, 17 saylı mənzilə dair tərəflər arasında bağlanmış müqavilənin (xx.xx.2005) etibarsız hesab edilməsini; Cavabdeh1 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2005-ci il tarixdə mövcud olmayan və sonradan saxtalaşdırma nəticəsində ərsəyə gəlmiş müqaviləyə əsasən ünvan 2 ünvanında A bloku, 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 159.63kv.m. mənzilin ümumi dəyəri 60904 ABŞ dollar olan, 17 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş maliyyə arayışının (xx.xx.2013) etibarsız hesab edilməsini; İddiaçı adından hazırlanmış xx.xx.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsini; Dövlət Sərhəd Xidmətinə X3 barəsində məhkəmə sorğusunun verilməsini və bunun nəticəsində, yəni "xxxx" MTK-nın sədri X1 etdiyi zaman (sənədləri imzalayarkən) Azərbaycan Respublikasında olub-olmadığının müəyyənləşdirilməsini; ünvan 3 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 159.63 kv.m., umumi dəyəri 60904 ABŞ dollar olan, 17 saylı mənzilə dair xx.xx.2005-ci il müqavilə üzrə texniki ekspertizanın keçirilməsini; ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 159.63 kv.m., umumi dəyəri 60904 ABŞ dollar olan 17 saylı mənzilə dair xx.xx.2005-ci il müqavilə üzrə Cavabdeh1 adına verilmiş maliyyə arayışına (xx.xx.2013) və həmin (Cavabdeh1 adına) müqaviləyə əsasən əhatə etdiyi dövürlər üzrə xx.xx.2005-xx.xx.2013-cü ilə kimi "xxxx" MTK kassasına (hesabına) illərin hər ayı (8 il 4 ayı ərzində ayrılıqda hansı ay və illər üzrə nəzərə alınmaqla cədvəl şəklində nə qədər pul ödənişi göstərilməklə dollar və ya manatla) üzrə pul ödənişinə dair maliyyə ekspertizasının keçirilməsini; İddiaçı adından hazırlanmış xx.xx.2020-ci il tarixli ərizənin xətti ekspertizasının keçirilməsini; bütün keçiriləcək ekspertizaların (texniki ekspertizanın, maliyyə ekspertizasının, xətti ekspertizanın) xərcləri iş üzrə təqsirli bilinəcək cavabdehlərdən o, cümlədən "xxxx" MTKdən tutulmasını, sənədlərin saxtalaşdırılmasında, saxtalaşdırılmasının təşkilində iştirak etmiş cavabdeh şəxslər (o, cümlədən vəzifəli şəxslər) və maliyyə pozuntularına yol vermiş cavabdeh şəxslərin (o, cümlədən vəzifəli şəxslər) və ümumiyyətlə "xxxx" MTK-nin vəzifəli şəxsləri barəsində xüsusi qərardadının qəbul edilməsini və iddia üzrə məhkəmənin hesabına ödənilmiş 100 manat pul vəsaitinin "xxxx" MTK-dən tutularaq onun hesabına ödənilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, iddiaçı hazırki ərizə ilə bağlı ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunu Masallı Rayon Məhkəməsinin hesabına ödəməli olduğu halda 100 manat dövlət rüsumunu Ali Məhkəmənin hesabına ödəmişdir. MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsi MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmiş, iddia ərizəsinə cavabdehlərin sayına görə iddia ərizəsinin surəti, həmçinin iddia ərizəsində göstərilən yazılı sübutların surətləri işdə iştirak edən şəxslərin sayına görə iddia ərizəsinə əlavə edilməmişdir. MPM-in 149-cu maddəsinə əsasən: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; MPM-in 150.1-ci maddəsinə əsasən: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh1 və "xxxx"Mənzil Tikinti Kooperativinə qarşı Cavabdeh1 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2005-ci il tarixdə mövcud olmayan və sonradan saxtalaşdırma nəticəsində ərsəyə gəlmiş müqaviləyə əsasən ünvan 1 ünvanında A bloku, 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 159.63 kv.m. mənzilin ümumi dəyəri 60904 ABŞ dollar olan, 17 saylı mənzilə dair tərəflər arasında imzalanmış müqavilənin (xx.xx.2005), bu müqavilənin əsasında Cavabdeh1 adına verilmiş maliyyə arayışının (xx.xx.2013), İddiaçı adından hazırlanmış xx.xx.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəmə iddiaçıya izah edir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar