Məhkəmə qərarları › İş №2(050)-4173/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-4173/2023

28.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-4173/2023 28.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X2 İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qarşı «torpaq sahəsinin naturada ayrılması və cavabdehlərin onun torpaq sahəsindən çıxarılması» tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun torpaq sahsinin naturada ayrılaraq ona verilməsi və cavabdehlərin onun torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsi İddiaçı tərəfindən imzalanmamışdır. Həmçinin, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunverciliyə görə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə onun icraatı mümkündür. Hazırkı iddia ərizəsinin qanunvericilik ilə müəyyən olunmuş tələblərə riayət edilməmişdir. Buna görə də, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müarciət etməyə mane olmaması izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267- 268-ci maddəsinə əsasən, QƏRARA ALDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qarşı «torpaq sahəsinin naturada ayrılması və cavabdehlərin onun torpaq sahəsindən çıxarılması» tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) işə baxan Masallı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar