Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-4247/2024 20.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı məlumatların əldə edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdim: İddiaçı Cavabdeh ASC-yə qarşı məlumatların əldə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və iş materiallarına əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin qoşmasında “Masallı rayon Polis şöbəsinin rəsmi cavabı”nın iş materialı kimi əlavə edilməsi göstərilsə də, həmin sənəd faktiki olaraq iş materiallarında aşkar edilməmişdir. Bununla da iddiaçı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3cü maddəsinin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Bundan əlavə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilsə də, iddia ərizəsi üzrə tələb məlumatların əldə edilməsi ilə bağlı olduğundan, yəni qiymətləndirilməyən iddia ərizələri kateqoriyasına aid olduğuna görə hazırki tələb üzrə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsin əlavə edilir. Həmin məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Belə olan halda iddia ərizəsi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.5-ci maddələrinin tələblərinə əsasən geri qaytarılmalıdır. Həmin normalarda qeyd edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1.2-ci maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, iddia verilməsi üçün ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi ********** olan 10 manat və xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi ********** olan 20 (iyirmi) manat cəmi 30 (otuz) manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh ASC-yə qarşı məlumatların əldə edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi ********** olan 10 manat və xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi ********** olan 20 (iyirmi) manat cəmi 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Masallı rayon məhkəməsinə verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-4247/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-4247/2024
20.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver