Məhkəmə qərarları › İş №2(050)-481/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-481/2023

22.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-481/2023 22.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı «borcun azaldılrması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz İB”-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablanmış sərfiyyatın həcmi azaldılaraq 1556 kub metr müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayır. Fərdi yaşayış eində təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayağacla təmin olunmuşdur. O, da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərimi etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Belə ki, Cavabdeh İB Lənkəran X4 İdarəsinin əməkdaşları ona məxsus yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayağaca baxış keçirmişlər və xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib etmişlər. Akta əsasən o, sayağacdan kənar qeyri qanuni xətt istifadə etmişdir. Buna görə də itirilmiş təbii qazın dəyərinin hesablanması və ödənilməsi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli tələbnamə ilə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 13824 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hazırda hesab edir ki, 13824 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, o, sayğacdan kənar xəttdən istifadə etmiş, lakin göstərilən 180 gün müddətində istifadə etməmişdir. Təqribən 7 gün istifadə etmişdir. Qaz idarəsinin əməkdaşları bunu aşkar etmişlər. Həmçinin həmin kənar müdaxiləni yay fəslində istifadə etmiş (belə ki, yay fəsli sentyabr ayının 20-də bitir və payız girir). Eləcədə yay fəsli olduğu üçün qazdan çox sərf etməmiş, qaz idarəsinin əməkdaşlarıda evinə yaşadığı həyətə baxış keçirdikləri zaman özləridə gördülər, hər bir vətəndaşın evində olduğu kimi onunda evində mətbəxtdə yemək bişirmək üçün ocaq və su isitmək üçün avadanlığı vardır. Bu cərimə qərarında da (tələbnamədə) “X7” kimi qeyd edilmişdir. Bu səbəbdən də cərimə qərarında (tələbnaməsində) göstərildiyi qədər qaz sərf edə bilməz. Həmçinin qaz idarəsinin işçiləri (sahə nəzarətçisi) hər ayda iki dəfə qaz sayağaçına baxaraq işlətmiş olduğu qazın bildirişini verir. Əgər uzun müddət kənar xəttdən istifadə etmiş olsaydı bunu qaz idarəsinin işçiləri (sahə nəzarətçisi) aşkar etmiş olardı. Buda bir daha onu sübut edir ki, o, həmin xətdən uzun müddət istifadə etməmişdir. Lakin cərimə qərarında (tələbnaməsində) onun həmin kənar xətdən 180 gün istifadə etdiyi qeyd edilmişdir ki, bu isə tamamilə yalandır. 13824 kub metr qaz sərfiyyatına görə hesablanmış borc silinməlidir. Belə ki, tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, baxışın keçirilməsi və qeyd olunan nöqsanın aşkar edilməsi 06 sentyabr 2022-ci il tarixə təsadüf edir. Həmçinin “abonentin saldosundan” görünür ki, 2022-ci ilin əvvəlki yay aylarında 4446 manat məbləğində sərfiyyat hesablanmışdır. Bu isə onu deməyə əsas verir ki, eyni ilin sentyabr ayında da istifadəçinin sayğacına baxış keçirilmişdir. Belə olan halda dəymiş ziyan məbləği hesablanarkən 15 gün, yəni kənar müdaxilə aşkar edildiyi vaxtdan öncə sahə nəzarətçisinin sayğaca baxış keçirdiyi vaxtdan müdaxilə aşkar olunduğu vaxta kimi olan hesabat müddəti hesablanmalı olduğu halda, 180 gün hesabat müddəti hesablanmışdır. Bundan başqa dəymiş ziyan məbləği hesablanarkən orta günlük iş rejimi 24 saat olduğu qeyd edilmişdir. Lakin 1 günün 24 saatdan ibarət olması nəzərə alınarsa orta günlük iş rejimi 12 saat hesablamalıdır. Bu da onu sübut edir ki, cərimə qərarında (tələbnaməsində) qeyd olunan məbləğ çox yüksəkdir. Odur ki, göstərilən məbləğ azaldılmalıdır. Ona görə də hazırda xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablanmış sərfiyyatın həcminin azaldılaraq 1556 kub metr müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keşirilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı qanunsuz olaraq qazdan istifadə etmişdir. İddiaçının qazdan qanunsuz olaraq istifadə etməsi idarənin əməkdaşlarının və şahidlərin iştirakı ilə aşkar edilmiş və buna dair çəkiliş aparılmışdır. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddiaçının teleqramını nəzərə alıb, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsassızdır və rədd edilməlidir. İş materiallarında olan Cavabdeh Lənkəran X4 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Masallı rayonu Qızılavar kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir. Qaz işlədicilərinin PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, Qeyri X7sı maksimal saatlıq qaz sərfi 2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 13824 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan Cavabdeh Lənkəran X4 İdarəsinin rəis müavini Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 06 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu Qızılavar kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayağacdan kənar qeyri-qanuni qazdan istifadə aşkar olunmuş, itirilmiş təbii qazın dəyərinin hesablanması və ödəməsinin təmin edilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “X3 saldosu”ndan (Gasper) görünür ki, İddiaçı 2022-ci ilin noyabr ayına 1168.8 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş CD görüntüsündən görünür ki, sayğacdan kənar qaz xətti qoşulması aşkar olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Məhkəmə iddaçı İddiaçı Cavabdehnə qarşı iddiasının əsaslı olmaması qənaətinə gələrkən qeyd edir ki, iş materiallarına əlavə edilmiş “X3 saldosu”ndan İddiaçı 2022-ci il ərzində müəyyən məbləğlərdə qaz sərfiyyatına görə pul vəsaitləri ödəmiş olduğunu, 2022ci ilin noyabr ayına kimi isə ümumiyyətlə heç bir vəsait ödəmədiyi müəyyən edilir. Həmçinin iş materialları ilə o da müəyyən olunur ki, abonent həqiqətən də sayğacının mənfiyə işləmiş olduğunu bildiyini etiraf etmidir. Bundan başqa abonent yaranmış borc məbləğinin əsassız hesablanmış olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddiaçı Cavabdeh İB-nə qarşı «borcun azaldılması» barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar