Məhkəmə qərarları › İş №2(050)-515/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-515/2025

10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-515/2025 10.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil, cavabeh Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum yoldaşı X6 məxsus olmuş “Mercedes Benz” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 510 (beş yüz on) manat maddi zərərin, 10000 (on min) manat mənəvi zərərin və 122 (bir yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi, Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək X6 məxsus “Mercedes Benz” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 510 manat zərərin, 10000 manat mənəvi zərərin, 122 manat dövlət rüsumunun və vəkilə hüquqi xidmətə görə 320 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin 3(050)- 147/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarına əsasən inzibati xəta törətmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib dəymiş ziyanın 1.5 misli miqdarında 765 (yeddi yüz altmış beş) manat məbləğində inzibati cərimə edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə mərhum həyat yoldaşı X10 Cavabdeh qardaşıdır. Onların arasında atalarından qalmış mülk üstündə mübahisələri olmuşdur. Lakin bu barədə məhkəmənin qətnamələri mövcuddur və yoldaşı vərəsəlik qaydasında həmin mülkdən payını almışdır. 06 yanvar 2023-cü il tarixdə Nail Abuşov özünə məxsus torpaq sahəsini şumladığı zaman Cavabdeh əlində olan çəkic ilə qardaşı Nailə məxsus “Mercedes Benz” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq, sol qabaq və sol arxa şüşələrini sındırmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində yoldaşının avtomobilinə 510 (beş yüz on) manat məbləğində maddi ziyan dəymişdir. Masallı Rayon Məhkəməsinin 3(050)-147/2023 saylı, 08 fevral 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırkı mülki işdə həmin qərar preyudisal əhəmiyyət daşıyır. Cavabdeh bir qarış torpağa etdiyi qanunsuz hərəkətləri yoldaşına çox pis təsir etmiş və o, dərin mənəvi sarsıntılar keçirtmişdir. Çünki yoldaşı qanunauyğun olaraq atasından qalmış mülkdən vərəsəlik qaydasında payını almışdır. Böyük qardaşı olan Cavabdeh ona qarşı çox haqsızlıqlar etmişdir. Qardaşının etdiyi bu hərəkətləri onun səhhətində çox ciddi problemlərə yol açmışdır. Həmin hadisədən qısa müddət sonra yoldaşı Nail Abuşov kəskin işemik infarkt keçirtmişdir. Müalicə olunmasına baxmayaraq yoldaşı Nail Abuşov 04 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Hal-hazırda mərhum yoldaşının qanun üzrə vərəsəsidir və ona notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi təqdim olunmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehin qanunsuz hərəkətlərinin səbəbi olaraq yoldaşının vəfat etməsindən sonra onun həyatı sönmüşdür. Yoldaşının cavan yaşda həyatını itirməsinə görə keçirdiyi ruhi sarsıntı, iztirab indiyənədək davam edir. O, yetim qalmış, məhv olmuş kimi özünü hiss edir. O, hər birşeydən məhrum olmuş, yaşamaq həvəsi və sevinci yoxdur. Kədərini, düşdüyü vəziyyəti barədə belə bölüşmək üçün heç kimi yoxdur. Bu bir əşya deyil ki, olmadığı halda gedib alıb yerinə qoyasan. Həyat yoldaşının itirilməsi unudulması mümkün olmayan davamlı əzab və iztirab deməkdir. Cavabdehin elə bir tərəzisi var ki, əzizləri itirmək ağırlığı dərəcəsini ölçə bilər? Cavabdeh onun ailəsini qaytara bilər? Sıxıntılarını, yoldaşına qovuşa bilməyəcəyi dərk edərək təklikdən qurtula bilməyən acizliyini, bitməyən qeyri-müəyyənliyi, psixoloji ağrı və əzablarını, ruhi sarsıntı və iztirablarını, həyatının normal ahənginin pozulmasını dəf edə bilər? Ailəni itirdiyinə görə yaşamaq sevinci yox olmuş, cavabdeh mənəvi hüzursuluğa son qoya bilər? Hər gün birlikdə olduğu sevincini-kədərini birlikdə bölüşdüyü, fərəhləndiyi, qürur hissi keçirdiyi əzizini itirdiyinə görə bütün bunlardan məhrum olmuşdur. Həmin həyatı artıq təkrar yaşaya bilməyəcəkdir. Cavabdeh bu qanunsuz hərəkətləri ilə onun fiziki mənəvi əzab çəkməyi səbəbkarı olduğu şübhəsizdir. Əziz insanın ölməsi ilə bağlı yaşadığı məyusluq, streslər iztirab və əzabların bəlkə müəyyən dərəcədə yumşaldar deyə vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməyə qərar vermişdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Bu səbəbdən yuxarıda qeyd halları, tamamilə tək qaldığını nəzərə alaraq İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq 10 000 (on min) manat məbləğində pulun Cavabdeh tərəfindən alınaraq ona ödənilməsi iztirablarının yumşaldılmasına səbəb ola bilər. Bunları nəzərə alaraq hesab edir ki, məhkəmə keçdirdiyi iztirablarının ömür boyu davam edəcəyini nəzərə alaraq mənəvi zərərin miqdarını tam şəkildə təmin etməlidir ki, yox edilmiş hüquqlarının bəlkə bərpası baxımından ədalətli olar.

Tərəflərin izahatları:

3. Məhkəmənin baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkili Vəkil iddia tələbin müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini yalnız maşına yetirdiyi 510 manat məbləğində zərər hissəsində qəbul edir. İddia ərizəsində qeyd olunmuş digər tələbləri ilə razı deyildir. X2 onun qardaşıdır. Mərhuma çox köməklik göstərmişdir. Qardaşı bu hadisə ilə bağlı vəfat etməyib, iddiaçı səhv məlumat verir. Qardaşının ürəyinə üç əvvəl stend qoyulmuş və qardaşı xəstəlikdən ölmüşdür. Onun qardaşımın ölümü ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa qardaşı uzun müddət Bakı şəhərində yaşamış, o isə rayonda yaşayır. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

İş materialları:

5. Masallı Rayon Məhkəməsinin 3(050)-147/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarına əsasən inzibati xəta törətmiş şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək dəymiş ziyanın 1.5 misli miqdarında 765 (yeddi yüz altmış beş) manat məbləğində inzibati cərimə edilmişdir.

6. X11 X8 25 mart 2023-cü il tarixli MRT müayinə protokolun surətindən görünür, X1 təpə payda kortiko-subkortikal DWİ rejimində 7x23mm ölçüsündə hiperintensiv xarakterli sahə qeyd edilir (kəskin işemik infarkt olaraq dəyərləndirilir. Klinik və dinamik müşahidə məsləhətdir).

7. MED Corparation MMC-nin 29 mart 2023-cü il tarixli kompyuter tomoqrafiya KT nəticəsinin surətindən görünür ki, X1 beyin yarımkürəsində parietal kortikosubkortikal nahiyyədə yarımkəskin dövr işemik insultla bağlı sahə olduğu qeyd edilmişdir.

8. Modern Hospital MMC-nin EKQ nəticəsinin surətindən görünür ki, X4 - Sinus taxikardiyası. Ürək vurğularının – 102 vur/dəq. Ürəyin elektrik oxu – sağa meylli vəziyyətdə. EKQ-də spesefik dəyişiklik aşkar olunmur.

9. Masallı Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin 07 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, vəfat etmiş X5 vərəsələri Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyytda olan İddiaçı miras əmlakdan tam hissədə pay almışdır. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən ümumi sahəsi 0.847 ha olan torpaq sahəsindən ibarətdir. Əmlakın ½ hissəsinə mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir.

10. Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 28 avqust 2024-cü il tarixli arayışından görünür ki, X10 və X3 arasında nikah haqqında 09 noyabr 2005-ci il tarixdə 35 nömrəli akt qeyd tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Abuşova” soyadı verilmişdir. Nikaha N.M.Abuşovun 05 aprel 2023-cü ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm 11 aprel 2023-cü ildə 290 nömrəli akt qeyd ilə Masallı rayon qeydiyyat şöbəsində qeydə alınmışdır.

11. AZ-İİ seriyalı 304120 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 05 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 aprel 2023-cü il tarixdə 290 nömrə ilə qeyd edilmişdir.

12. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 20 avqust 1974-cü il tarixdə Masallı rayonu, Köhnə Alvadı kəndində anadan olmuş və Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatdadır.

13. 20 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 120 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir.

14. 17 yanvar 2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, müraciət edən və hüquqi yardım göstərilən (müdafiə edilən) şəxs İddiaçı hüquqi yardım göstərilməsi üçün Vəkil ilə müqavilə bağlamışdır.

15. 25 yanvar 2025-ci il tarixli “mpay” ödəniş aparat vasitəsi ilə ödənilmiş qəbzin surətindən görünür ki, hüquqi yardıma görə 320 manat məbləğində ödəniş etmişdir.

İşin faktiki halları:

16. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçının mərhum əri X6 məxsus “Mercedes Benz” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 510 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də, Abuşov X7 Rayon Məhkəməsinin 3(050)-147/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək 510 manat məbləğində dəymiş ziyanın 1.5 misli miqdarında 765 (yeddi yüz altmış beş) manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda iddiaçı mərhum əri X6 məxsus olmuş “Mercedes Benz” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 510 (beş yüz on) manat maddi zərərin və 10000 (on min) manat mənəvi zərərin Cavabdeh tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh avtomobilə dəymiş 510 (beş yüz on) manat maddi zərəri ödəməyə razıdır. Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı: delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

19. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

Məhkəmə baxışının hədləri:

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

23. Məhkəmə qeyd edir ki X2na məxsus olmuş “Mercedes Benz” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən maddi zərər vurulması, cavabdehin həmin əmələ görə təqsirli bilinərək inzibati qaydada tənbeh olunması, cavabdeh tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. Cavabdeh iddia tələbini avtomobilə vurulmuş 510 manat məbləğində qəbul edir və iddiaçıya dəymiş ziyanın məbləği ilə razıdır.

24. Məhkəmə iclasında işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində X6 maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. X15 ölmüş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı onun vərəsəsi olmaqla ondan qalmış miras əmlakı tam olaraq qəbul etmişdir. Ona görə də, İddiaçı cavabdehin Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən onun mərhum əri Nail Abuşova vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir.

25. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir.

26. Dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, 11 yanvar 2023-cü il tarixli zərər aktından görünür ki, “Mercedes Benz” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 510 manat məbləğində zərər dəymişdir. Cavabdeh iddiaçının mərhum əri Nail Abuşova dəymiş 510 manat məbləğində zərərin məbləği ilə bağlı hər hansı narazılığını ifadə etməmiş və iddia tələbini həmin hissədə qəbul etdiyini bildirmişdir.

27. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə 10000 manat pul məbləğinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu tələbini sübut edə bilməmişdir.

28. Göründüyü kimi, zərərin əvəzinin ödənilməsi üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir.

29. Məhkəmə qeyd edir ki, İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, ona mənəvi ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddia bu hissədə təmin edilə bilməz.

30. Bundan başqa iddiaçı mərhum əri X5 xəstəliyi ilə bağlı sənədlər təqdim etsə də, həmin xəstəliyin nə vaxt yaranması, həmin xəstəliyin cavabdehin hər hansı qanunsuz hərəkətləri nəticəsində yaranması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh bildirmişdir ki, qardaşı Nail Abuşovun ürəyinə üç əvvəl stend qoyulmuş və qardaşı xəstəlikdən ölmüşdür. Cavabdehin bu dəlilinə iddiaçının nümayəndəsi heç bir münasibət bildirməmişdir.

31. Məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin iddia tələbini qismən qəbul etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, maddi zərərin əvəzi olaraq 510 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bındinə əsasən əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində; qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir.

33. Məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 122 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 510 manat tutulduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

34. Məhkəmə iddia tələbinin vəkilin xidmətinə görə ödədiyi 320 (üç yüz iyirmi) manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının özünün məhkəmə vəkillə təmsil olunması üçün seçim xüsusiyyətinə malik olması, daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından məhkəmədə keyfiyyətli hüquqi yardım almaq məqsədi ilə vəkillə müqavilə bağlaması və bu məsələ ilə bağlı cavabdehdən vəsait tələb olunması əsassızdır. Ona görə iddia tələbi həmin hissədə, də təmin edilməmlidir.

Nəticə:

35. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi kimi 510 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissələrdə təmin edilməməlidir.

36. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 510 (beş yüz on) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Məhkəmə xərcləri 92 (doxsan iki) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar