Məhkəmə qərarları › İş №2(050)-672/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-672/2025

10.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-672/2025 10.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh gəlin köçərkən gətirdiyi və hal-hazırda ona məxsus olan Masallı rayonu, Qızılavar kəndindəki evdə yerləşən televizor altlığı, ütü mizi, 1 ədəd ütü, künc (uqlavoy və uqlavoy) mizi, kamot, 2 ədəd vaz, 1 ədəd güldan, 2 ədəd qorka, 1 ədəd tək kravat, 6 ədəd balış, 13 ədəd nimdar, 2 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorğan, 2 ədəd taxt balışı, 1 ədəd stol, 6 ədəd stul, 4 ədəd xalça, 1 ədəd lüstr, 1 ədəd pərdə, 12 ədəd souz qabı, 12 ədəd plov qabı, 12 ədəd kabab qoyan, 12 ədəd salat qabı, 3 ədəd qənd qabı, 1 ədəd çapacaq, kafeyni serviz, 8 ədəd şirniyyat qabı, 6 ədəd ləpə qabı, 1 ədəd soğan çəkən, 3 ədəd padnos nabor, 2 ədəd meyvə qabı, 30 ədəd taraş stakan, 6 ədəd mürəbbə qabı, 4 ədəd şirniyyat qabı, 16 ədəd qənd qabı, 2 ədəd nabor şirniyyat qabı, 1 ədəd qafadan altlığı, 2 dəst nabor qaşığı, 1 ədəd mikser, 2 ədəd naçnoy, 8 ədəd meyvə qabı, 6 ədəd bakal, 5 ədəd bulud qaşığı, 24 ədəd böyük qaşıq, 20 ədəd çəngəl, 24 ədəd çay qaşığı, 18 ədəd mürəbbə qaşığı, 6 ədəd yağ bıçağı, 12 ədəd limon çəngəli, 1 ədəd cücə qayçısı, 7 ədəd meyvə bıçağı, 3 ədəd bıçaq iri, 12 ədəd abedni serviz, 12 ədəd çayni serviz, 6 ədəd rumka, 1 ədəd 6 bakal dolça, 1 ədəd vaz, qənd-kanfetqabı, 2 ədəd güldan, mətbəx mebeli, mebel üstü qaz, moyka, paltar asan, pol silən, peçqa, soyuducu, termos, pərdə, 2 dəst kastorka naboru, 1 dəst tava naboru, 2 ədəd samovar tefal, 1 ədəd sok çəkən, 1 ədəd ət çəkən, 1 ədəd bıçaq nabor, 1 ədəd tefal çaynik, 1 ədəd duzqabı nabor, 4 ədəd qafadan, 1 dəst şirniyyat nabor, 2 ədəd çörək qabı, 16 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 30 ədəd xrustal stəkan, 2 dəst çaşqa nəlbəki, 2 dəst dolça bakal, 5 ədəd çaynik, 2 ədəd qənd qabı, 1 ədəd bulud, 6 ədəd kababqoyan, 30 ədəd nəlbəki, taxta qaşıq nabor, 4 ədəd bulud, 12 ədəd kasa, 6 ədəd masqur, 6 ədəd boşqab, 4 ədəd salat qabı, 1 ədəd qozçəkən, 1 ədəd tyorka, 2 dəst duzqabı, 1 dəst aftafa-ləyən, 2 ədəd salfetqaqabı, 2 ədəd zibilqabı, ət doğrayan taxta, tökmə qazan naboru, alminium kasturka naboru, 1 ədəd çüyün vedrə, 2 ədəd dəmir vedrə, 1 ədəd lak vedrə, 6 ədəd kalçuk ləyən, 1 ədəd alminium teşt, 1 ədəd balaca teşt, 1 ədəd iri asinkovy, 3 ədəd asinkovy padnus, 2 ədəd kalçuk padnus, 1 ədəd çüyün ləyən, 2 ədəd aş süzən, 2 ədəd tualet şotqası, 1 dəst kartofqabı, 1 ədəd çömçə, 1 ədəd kəpkir, 10 ədəd şiş, 1 ədəd yuxa açan taxta, 1 ədəd oxlov, 1 ədəd asılqan, 1 ədəd uşaq tumbuçqası, 1 ədəd səbət, şifoner, taxt, uşaq kravatı, termo güzgülü və termo stolu, taxt sandığı, 1 ədəd televizor, 1 ədəd pərdə, 1 ədəd lüstr, ventilyator, 2 ədəd çamadan, 1 ədəd lampa, 1 ədəd piletqa, 6 ədəd adyal, 1 dəst taxt üstü, 3 dəst pastel, 33 ədəd şpilka, 2 ədəd lüstr, 3 ədəd pərdə, divar saatı və 3 ədəd balaca lüstrdən ibarət olan cehiz əmlakların ona məxsus evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Qızılavar kəndində yaşayan Cavabdeh ilə oğlu X6 el adəti qaydasında ailə həyatı qurmuşlar. Onların nikahlarından bir övladları olmuşdur. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulduğu üçün ayrılmışlar. Nikahları məhkəmə tərəfindən pozulmuş və Aydan valideynlərinin yanına getmişdir. Cavabdeh onun Masallı rayonu, Qızılavar kəndində yerləşən evinə gəlin köçərkən özünə məxsus cehiz əşyalarınıda onun evində yerləşdirmişdir. Cavabdeh çıxıb getsədə özünə məxsus cehiz əmlaklarını özü ilə aparmamışdır, həmin əmlaklar hazırdada ona məxsus evdə qalmaqdadır və cavabdeh həmin əmlakları çıxarmır. Cavabdehin cehiz əmlaklarının ona məxsus evdə qalması rahatlıqlarını pozur, narahat edir, hüquqlarını kobud şəkildə pozur. Əgər cavabdeh ayrılmışdırsa əmlaklarınıda özü ilə aparsın. Həmin əşyaların əlindən evdə rahat hərəkət edə bilmir. Onları harada yerləşdirəcəyini bilmir, onlarla nə edəcəyini bilmir. Cavabdeh isə həmin əmlakları evdən çıxarmır. Cavabdeh artıq ona məxsus evdə yaşamır. Lakin buna baxmayaraq özünə məxsus əmlakları çıxarmır. Cavabdehin cehiz əmlaklarının siyahısı aşağıda qeyd etdikləridir: televizor altlığı, ütü mizi, 1 ədəd ütü, uqlavoy və uqlavoy mizi, kamot, 2 ədəd vaz, 1 ədəd güldan, 2 ədəd qorka, 1 ədəd tək kravat, 6 ədəd balış, 13 ədəd nimdar, 2 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorğan, 2 ədəd taxt balışı, 1 ədəd stol, 6 ədəd stul, 4 ədəd xalça, 1 ədəd lüstr, 1 ədəd pərdə, 12 ədəd souz qabı, 12 ədəd plov qabı, 12 ədəd kabab qoyan, 12 ədəd salat qabı, 3 ədəd qənd qabı, 1 ədəd çapacaq, kafeyni serviz, 8 ədəd şirniyyat qabı, 6 ədəd ləpə qabı, 1 ədəd soğan çəkən, 3 ədəd padnos nabor, 2 ədəd meyvə qabı, 30 ədəd taraş stakan, 6 ədəd mürəbbə qabı, 4 ədəd şirniyyat qabı, 16 ədəd qənd qabı, 2 ədəd nabor şirniyyat qabı, 1 ədəd qafadan altlığı, 2 dəst nabor qaşığı, 1 ədəd mikser, 2 ədəd naçnoy, 8 ədəd meyvə qabı, 6 ədəd bakal, 5 ədəd bulud qaşığı, 24 ədəd böyük qaşıq, 20 ədəd çəngəl, 24 ədəd çay qaşığı, 18 ədəd mürəbbə qaşığı, 6 ədəd yağ bıçağı, 12 ədəd limon çəngəli, 1 ədəd cücə qayçısı, 7 ədəd meyvə bıçağı, 3 ədəd bıçaq iri, 12 ədəd abedni serviz, 12 ədəd çayni serviz, 6 ədəd rumka, 1 ədəd 6 bakal dolça, 1 ədəd vaz, qənd-kanfetqabı, 2 ədəd güldan, mətbəx mebeli, mebel üstü qaz, moyka, paltar asan, pol silən, peçqa, soyuducu, termos, pərdə, 2 dəst kastorka naboru, 1 dəst tava naboru, 2 ədəd samovar tefal, 1 ədəd sok çəkən, 1 ədəd ət çəkən, 1 ədəd bıçaq nabor, 1 ədəd tefal çaynik, 1 ədəd duzqabı nabor, 4 ədəd qafadan, 1 dəst şirniyyat nabor, 2 ədəd çörək qabı, 16 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 30 ədəd xrustal stəkan, 2 dəst çaşqa nəlbəki, 2 dəst dolça bakal, 5 ədəd çaynik, 2 ədəd qənd qabı, 1 ədəd bulud, 6 ədəd kababqoyan, 30 ədəd nəlbəki, taxta qaşıq nabor, 4 ədəd bulud, 12 ədəd kasa, 6 ədəd masqur, 6 ədəd boşqab, 4 ədəd salat qabı, 1 ədəd qozçəkən, 1 ədəd tyorka, 2 dəst duzqabı, 1 dəst aftafa-ləyən, 2 ədəd salfetqaqabı, 2 ədəd zibilqabı, ət doğrayan taxta, tökmə qazan naboru, alminium kasturka naboru, 1 ədəd çüyün vedrə, 2 ədəd dəmir vedrə, 1 ədəd lak vedrə, 6 ədəd kalçuk ləyən, 1 ədəd alminium teşt, 1 ədəd balaca teşt, 1 ədəd iri asinkovy, 3 ədəd asinkovy padnus, 2 ədəd kalçuk padnus, 1 ədəd çüyün ləyən, 2 ədəd aş süzən, 2 ədəd tualet şotqası, 1 dəst kartofqabı, 1 ədəd çömçə, 1 ədəd kəpkir, 10 ədəd şiş, 1 ədəd yuxa açan taxta, 1 ədəd oxlov, 1 ədəd asılqan, 1 ədəd uşaq tumbuçqası, 1 ədəd səbət, şifoner, taxt, uşaq kravatı, termo güzgülü və termo stolu, taxt sandığı, 1 ədəd televizor, 1 ədəd pərdə, 1 ədəd lüstr, ventilyator, 2 ədəd çamadan, 1 ədəd lampa, 1 ədəd piletqa, 6 ədəd adyal, 1 dəst taxt üstü, 3 dəst pastel, 33 ədəd şpilka, 2 ədəd lüstr, 3 ədəd pərdə, divar saatı və 3 ədəd lüstr balaca. Qeyd olunan cehiz əmlaklar onun deyil, cavabdeh gəlin köçərkən gətirmişdir. Artıq cavabdehlə oğlu ayrıldığı üçün cavabdeh həmin cehiz əmlakları evdən çıxarıb aparmalıdır. Cavabdeh gəlib həmin cehiz əmlakları evdən çıxarmır. Odur ki, qeyd edilən cehiz əmlaklar ona məxsus evdən çıxarılmalıdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izhatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: “Torpağın mülkiyyətə verilməsinə” dair JN-069A, KOD 80514029 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998ci il tarixli, 01 saylı qərarı ilə Masallı rayonu, Dəlləkoba yaşayış massivinin sakinləri İddiaçı, X1, X7 və X5 0.07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(050)-1108/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin edilməsi, X6 ilə Cavabdeh arasında 17 avqust 2019-cu il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, 559 saylı nikahın pozulması, 22 yanvar 2021-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması, 14 avqust 2023-cü il tarixdən başlayaraq 22 yanvar 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçının oğlu X6 ilə rəsmi nikaha daxil olaraq iddiaçının yaşadıqları evə gəlin köçmüş, cehiz əmlaklarını da həmin evə yerləşdirmişdir. Əmlakların yerləşdiyi fərdi yaşayış evi üzərində hər hansı hüquq rəsmiləşdirilməmişdir. Lakin fərdi yaşayış evi iddiaçıya və onun ailə üzvlərinə “Torpağın mülkiyyətə verilməsinə” dair JN-069A, KOD 80514029 saylı şəhadətnamə ilə verilmişdir. Sonradan tərəflər arasında nikah pozulmuş, cavabdeh atası evinə getmiş, lakin ona məxsus əmlaklar iddiaçının yaşadığı evdə qalmışdır və cavabdeh əmlaklarını könüllü şəkildə aparmır. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3). Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə cavabdehin əmlaklarının iddiaçının sahibliyində olan Masallı rayonu, Qızılavar kəndində yerləşən fərdi yaşayış evində qalmasının hüququ əsası yoxdur. Bu hal iddiaçının hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Beləliklə iddia əsaslı olduğu üçün təmin edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh gəlin köçərkən gətirdiyi və hal-hazırda Masallı rayonu, Qızılavar kəndində İddiaçı məxsus fərdi yaşayış evində yerləşən televizor altlığı, ütü mizi, 1 ədəd ütü, künc (uqlavoy və uqlavoy mizi), kamot, 2 ədəd vaz, 1 ədəd güldan, 2 ədəd qorka, 1 ədəd tək çarpayı (kravat), 6 ədəd balış, 13 ədəd nimdar, 2 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorğan, 2 ədəd taxt balışı, 1 ədəd stol, 6 ədəd stul, 4 ədəd xalça, 1 ədəd lüstr, 1 ədəd pərdə, 12 ədəd souz qabı, 12 ədəd plov qabı, 12 ədəd kabab qoyan, 12 ədəd salat qabı, 3 ədəd qənd qabı, 1 ədəd çapacaq, kafeyni serviz, 8 ədəd şirniyyat qabı, 6 ədəd ləpə qabı, 1 ədəd soğan çəkən, 3 ədəd padnos nabor, 2 ədəd meyvə qabı, 30 ədəd taraş stəkan, 6 ədəd mürəbbə qabı, 4 ədəd şirniyyat qabı, 16 ədəd qənd qabı, 2 ədəd nabor şirniyyat qabı, 1 ədəd qəfadan altlığı, 2 dəst nabor qaşığı, 1 ədəd mikser, 2 ədəd gecə işığı (naçnoy), 8 ədəd meyvə qabı, 6 ədəd bakal, 5 ədəd bulud qaşığı, 24 ədəd böyük qaşıq, 20 ədəd çəngəl, 24 ədəd çay qaşığı, 18 ədəd mürəbbə qaşığı, 6 ədəd yağ bıçağı, 12 ədəd limon çəngəli, 1 ədəd cücə qayçısı, 7 ədəd meyvə bıçağı, 3 ədəd bıçaq iri, 12 ədəd (abedni) nahar serviz, 12 ədəd çay servizi, 6 ədəd rumka, 1 ədəd 6 bakal dolça, 1 ədəd vaz, qənd-kanfet qabı, 2 ədəd güldan, mətbəx mebeli, mebel üstü qaz, moyka, paltar asan, pol silən, peç, soyuducu, termos, pərdə, 2 dəst kastorka naboru, 1 dəst tava naboru, 2 ədəd samovar tefal, 1 ədəd sok çəkən, 1 ədəd ət çəkən, 1 ədəd bıçaq nabor, 1 ədəd tefal çaynik, 1 ədəd duzqabı nabor, 4 ədəd qəfədan, 1 dəst şirniyyat nabor, 2 ədəd çörək qabı, 16 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 30 ədəd xrustal stəkan, 2 dəst çaşqa nəlbəki, 2 dəst dolça bakal, 5 ədəd çaynik, 2 ədəd qənd qabı, 1 ədəd bulud, 6 ədəd kababqoyan, 30 ədəd nəlbəki, taxta qaşıq nabor, 4 ədəd bulud, 12 ədəd kasa, 6 ədəd masqur, 6 ədəd boşqab, 4 ədəd salat qabı, 1 ədəd qozçəkən, 1 ədəd tyorka, 2 dəst duzqabı, 1 dəst aftafa-ləyən, 2 ədəd salfet qabı, 2 ədəd zibil qabı, ət doğrayan taxta, tökmə qazan naboru, alminium kasturka naboru, 1 ədəd çüqün vedrə, 2 ədəd dəmir vedrə, 1 ədəd lak vedrə, 6 ədəd kalçuk ləyən, 1 ədəd alminium teşt, 1 ədəd balaca teşt, 1 ədəd iri asinkovu, 3 ədəd asinkovu padnos, 2 ədəd kalçuk padnos, 1 ədəd çüyün ləyən, 2 ədəd aş süzən, 2 ədəd tualet şotqası, 1 dəst kartofqabı, 1 ədəd çömçə, 1 ədəd kəpkir, 10 ədəd şiş, 1 ədəd yuxa açan taxta, 1 ədəd oxlov, 1 ədəd asılqan, 1 ədəd uşaq tumbuçqası, 1 ədəd səbət, şifoner, taxt, uşaq çarpayısı, termo güzgülü və termo stolu, taxt sandığı, 1 ədəd televizor, 1 ədəd pərdə, 1 ədəd lüstr, ventilyator, 2 ədəd çamadan, 1 ədəd lampa, 1 ədəd qızdırıcı-piletqa, 6 ədəd adyal, 1 dəst taxt üstü, 3 dəst pastel, 33 ədəd şpilka, 2 ədəd lüstr, 3 ədəd pərdə, divar saatı və 3 ədəd lüstr balaca cehiz əmlaklar İddiaçı yaşadığı Masallı rayonu, Qızılavar kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh tərəfindən çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar