Məhkəmə qərarları › İş №2(050)-776/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-776/2023

14.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-776/2023 14.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X11, iddiaçı və digər iddiaçıların nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 Həsənali oğlunun, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 oğluna, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı payın naturada müəyyən edilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 Həsənali oğlu, İddiaçı4 cavabdehlərə qarşı payın naturada müəyyən edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********13 reyestr nömrəli, **********, **********, **********, ********** qeydiyyat nömrəli Çıxarışlarla iddiaçılarla cavabdehlərin mülkiyyətində olmaqla Masallı rayonu Mahmudavar kəndində yerləşən payıbəlli torpaq sahəsindən iddiaçılara 4/22 payların naturada bölünərək ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərlə onun birgə mülkiyyətlərində Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli qərarı ilə verilmiş və Torpağa mülkiyyət hüququna dair JN 310 Kod 80515018 saylı Dövlət Aktında qeyd edilən Masallı rayonu Mahmudavar kəndində 3,68 ha payıbəlli torpaq sahəsi vardır. Masallı Rayon Məhkəməsinin müvafıq qətnaməsi ilə yuxarıda göstərilən torpaq sahəsində ümumi birgə mülkiyyət hüququna xitam verilərək həmin torpaq sahəsində hər bir mülkiyyətçinin payı 1/22 hissədə müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və bunun əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən onlara xx.xx.2021-ci il tarixli, **********13 reyestr nömrəli, **********, **********, **********, ********** qeydiyyat nömrəli Çıxarışlar verilməklə qeyd edilən Masallı rayonu Mahmudavar kəndində 3,68 ha payıbəlli torpaq sahəsi ümumi birgə nülkiyyətdə olmaqla hər birinin 1/22 payı qeyd edilmişdir. Yəni sözügedən torpaqda hər birinə düşən torpağın norması aydındır. Lakin həmin normanın konkret olaraq torpağın hansı hissəsindən olması məlum olmamaqla, payın ayrılması ilə bağlı bölgü planı isə digər payçılar olan cavabdehlər imzalamadığından torpaqda olan paylarının naturada ayrılması mümkün olmamışdır. Nəticədə isə torpağının mülkiyyətində olan hissəsi naturada ayrılmadığından həmin yerdən faktiki olaraq istifadə edə bilmirlər. Yuxarıda göstərilən torpaq sahəsi islahat zamanı hər şəxsə müəyyənləşdirilmiş norma əsasında verilməklə və torpaqda paylarının müəyyənləşdirilməklə torpaq sahəsi paylı mülkiyyətləri hesab edilir. Lakin həmin paylı mülkiyyətdə olan torpaq sahəsinin paylarına uyğun bölünməsi ilə bağlı aralarında razılıq əldə edilmədiyindən torpağın naturada bölünməsi mümkün olmamışdır. İddiaçı və digər iddiaçıların nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və digər iddiaçılar nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan: JN-0310 Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı Rayonu Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X9, Cavabdeh5, X6, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh12, X3, İddiaçı2, İddiaçı3 Həsənağa oğluna, X7, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh16, Cavabdeh17 3.68 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli 2(050)-2413/2018 nömrəli qətnaməsindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN 0310 nömrəli kod 80515018 torpağa mülkiyyət hüququna dair dövlət aktının 2-ci səhifəsində 14-cü sırada qeyd edilmiş X1 Nümayəndə Səfərli oğlu ilə, dövlət aktının 2-ci səhifəsində 16-cı sırada qeyd edilmiş İddiaçı3 Həsənağa oğlunun İddiaçı3 Həsənəli oğlu ilə, dövlət aktının 2-ci səhifəsində 17-ci sırada qeyd edilmiş X5 X14 ilə eyni şəxs olmaqla hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(050)-2261/2020 nömrəli qətnaməsindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 saylı qərarı ilə verilmiş JN 310, KOD 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında adları qeyd edilmiş Cavabdeh1, X15, X17, Cavabdeh4, X13, Cavabdeh5, Cavabdeh13 oğlu, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh12, Nümayəndə, İddiaçı2, İddiaçı3 Həsənəli oğlu, İddiaçı4, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh16 və Cavabdeh17 hər birinin 1/22 payları müəyyən olunması qət edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 nömrəli çıxarışdan görünür ki, İddiaçı3 Həsənali oğluna, Nümayəndə, İddiaçı2, İddiaçı4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X9, Cavabdeh5, Cavabdeh13 oğluna, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh12, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh16, Cavabdeh17 Masallı rayonu, Mahmudavar kəndində xüsusi mülkiyyətlərində 3.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində **********, **********, **********, ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 nömrəli çıxarışdan görünür ki, İddiaçı2, İddiaçı3 Həsənali oğluna, Nümayəndə, İddiaçı4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X9, Cavabdeh5, Cavabdeh13 oğluna, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh12, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh16, Cavabdeh17 Masallı rayonu, Mahmudavar kəndində xüsusi mülkiyyətlərində 3.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində **********, **********, **********, ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 nömrəli çıxarışdan görünür ki, İddiaçı3 Həsənali oğluna, Nümayəndə, İddiaçı2, İddiaçı4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X9, Cavabdeh5, Cavabdeh13 oğluna, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh12, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh16, Cavabdeh17 Masallı rayonu, Mahmudavar kəndində xüsusi mülkiyyətlərində 3.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində **********, **********, **********, ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 nömrəli çıxarışdan görünür ki, İddiaçı4, İddiaçı3 Həsənali oğluna, Nümayəndə, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X9, Cavabdeh5, Cavabdeh13 oğluna, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh12, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh16, Cavabdeh17 Masallı rayonu, Mahmudavar kəndində xüsusi mülkiyyətlərində 3.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində **********, **********, **********, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış **********09 saylı, xx.xx.2022ci il tarixli məktubda tərəflərin qarşılığı razılığı olmadığı təqdirdə payçılar tərəfindən naturada payların bölgüsü üçün müvafiq olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin tələblərinə əsasən məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21/3-44/2-3477/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, bölgüsü nəzərdə tutulan 310 (**********13 reyestr) nömrəli 3,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal istiqamətindən gediş-gəliş yoluna çıxışı vardır. Mübahisə predmeti olan 3,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun bölgü planı tərtib edilərək payçıların razılıqları əsasında notariat qaydasında təsdiqindən sonra iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 Həsənəli oğlunun və X10 4/22 hissədə paylarının naturada ayrılması mümkündür. Qanunvericiliklə müəyyən edilmiş formada payın naturada ayrılması mümkündür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun iddiaçılar və cavabdehlərin payına düşən 1/22 hissələrin (1-dən 22-ə kimi nömrələnmiş yerlərin) yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 15 sentyabr 2023-cü il tarixli, 10/6328 saylı ekspert rəyində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-3477/2023 saylı mütəxəssis rəyinə əsasən, 310 (**********13 reyestr) nömrəli 3,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal istiqamətindən gediş-gəliş yoluna çıxışı vardır. Mübahisə predmeti olan 3,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 Həsənəli oğlunun və X10 4/22 hissədə paylarının naturada ayrılması mümkündür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun iddiaçılar və cavabdehlərin payına düşən 1/22 hissələrin (1-dən 22-ə kimi nömrələnmiş yerlərin) yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsində qeyd edilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 nömrəli (**********, **********, **********, ********** qeydiyyat nömrəli) çıxarış ilə Nümayəndə, İddiaçı2, İddiaçı3 Həsənali oğlu, İddiaçı4 və digər şəxslərə 3.68 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmış, hazırda həmin torpaq sahəsi adları sadalanan şəxslərin ümumi birgə mülkiyyətindədir. İddiaçılar məhkəməyə müraciət edərək həmin torpaq sahəsində onların və digər şəxslərin hər birinin payının naturada müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələb əsaslıdır. Bu səbəbdən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 nömrəli (**********, **********, **********, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli) çıxarışda adları sadalanan şəxslərin hər birinin 1/22 hissədə payları mütəxəssis rəyinə əlavə edilmiş yerqurluşu planına uyğun naturada ayrılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 Həsənali oğlundan, İddiaçı4 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X4 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçılar tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına 121.80 (bir yüz iyirmi bir, səksən) manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13 reyestr nömrəli (**********, **********, **********, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli) çıxarışda adları qeyd edilən İddiaçı3 Həsənəli oğlunun, Nümayəndə, İddiaçı2, İddiaçı4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8, Cavabdeh5, Cavabdeh13 oğlunun, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh12, Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, Cavabdeh16, Cavabdeh17 Masallı rayonu Mahmudvar kəndində yerləşən 3.68 hektar torpaq sahəsində hər birinin 1/22 hissədə payları mütəxəssis rəyinə əlavə edilmiş yerqurluşu planına uyğun naturada ayrılsın. İddiaçılar Nümayəndə, İddiaçı2, İddiaçı3 Həsənəli oğlundan, İddiaçı4 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X4 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Mütəxəssis rəyinin alınması üçün iddiaçılar tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına 121.80 (bir yüz iyirmi bir, səksən) manat məbləğində pul vəsaiti iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar