Məhkəmə qərarları › İş №2(050)-81/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-81/2023

30.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-81/2023 30.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçı və İddiaçı3 nümayəndəsi Əlı̇ yeva Təranə Əbdül qızının, iddiaçı Əlı̇ yeva Səbı̇ nə Fəzaı̇ l qızının iştirakları ilə, İddiaçılar Əlı̇ yeva Təranə Əbdül qızının, Əlı̇ yeva Səbı̇ nə Fəzaı̇ l qızının, İsmayılova Əmı̇ nə Fəzaı̇ l qızının cavabdehlər Cavabdeh1̇ oğluna, Cavabdeh2 Əlı̇ abbas qızına, Rəsulov Sı̇ yavuş Cəlal oğluna, Cavabdeh4, Cavabdeh5, Rəsulov Vası̇ f Cəlal oğluna, Rəsulov Səfaı̇ l Cəlal oğluna, Rəsulov Rəfaı̇ l Cəlal oğluna, Rəsulova Gültəkı̇ n Əlı̇ heydər qızına, Rəsulov Tohı̇ d Rəfaı̇ l oğluna, Cavabdeh11 Rəfaı̇ l və Cavabdeh12 qarşı (üçüncü şəxs - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) “torpaq sahəsinin naturada ayrılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əlı̇ yeva Təranə Əbdül qızı, Əlı̇ yeva Səbı̇ nə Fəzaı̇ l qızı, İsmayılova Əmı̇ nə Fəzaı̇ l qızı Cavabdeh1̇ oğluna, Cavabdeh2 Əlı̇ abbas qızına, Rəsulov Sı̇ yavuş Cəlal oğluna, Cavabdeh4, Cavabdeh5, Rəsulov Vası̇ f Cəlal oğluna, Rəsulov Səfaı̇ l Cəlal oğluna, Rəsulov Rəfaı̇ l Cəlal oğluna, Rəsulova Gültəkı̇ n Əlı̇ heydər qızına, Rəsulov Tohı̇ d Rəfaı̇ l oğluna, Cavabdeh11 Rəfaı̇ l oğluna, Cavabdeh12 qarşı (üçüncü şəxs - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara cavabdehlərlə birlikdə ümumi istifadələrində olan kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış və xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə təsdiqlənən 1.7201 hektar torpaq sahəsinin naturada bölünüb, onlara aid hissəsinin müəyyən edilib verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan 1.7201 hektar torpaq sahəsinin naturada bölünərək, onlara aid hissənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, onlara cavabdehlərlə birlikdə Masallı Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Masallı rayonu, Mollaoba kəndində 1.7201 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Bununla bağlı “Torpağın mülkiyyətə verilməsinə” dair Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinə xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ qeydiyyata alınmışdır. Torpaq sahəsi ayrıldığı vaxtdan ondan cavabdehlərlə birlikdə istifadə edib, əkib-becərmişlər. Sonradan müəyyən səbəblərdən bir müddət həmin torpaq sahəsini istifadə etməkdən, oranı əkib-becərməkdən kənar qalmışlar. Sonradan həmin torpaq sahəsini ayrıca istifadə edib, oranı ayrıca əkib-becərmək istəsələr də, cavabdehlərlə aralarında torpaq sahəsinin hansı hissəsinin kimə çatması və hansı hissəsində kimin əkin işləri aparması barədə anlaşılmazlıq olmuşdur. Torpaq sahəsinə cavabdehlərin olduğu kimi onların da sahiblik, istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları vardır. Həmçinin, həmin torpaq sahəsini əkib-becərmək onların da hüquqdur. Bu hüquqları həyat keçirməkdə çətinlik çəkirlər. Məsələnin həlli üçün mütəxəsis və məhkəmə qərarı lazımdır ki, sonradan aralarında torpaq sahəsi ilə bağlı ciddi problemlər yaranmasın. Həmçinin, aralarında gələcəkdə həmin torpaq sahəsinin hansı hissəsinin kim tərəfindən istifadə edilməsi ilə bağlı narazılıqlar yaranmasın deyə bu barədə yekun məhkəmə qərarının olması vacibdir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220 və 222-ci maddələrinə istinad edilmişdir. İddiaçı və İddiaçı3 nümayəndəsi Əlı̇ yeva Təranə Əbdül qızı, digər iddiaçı Əlı̇ yeva Səbı̇ nə Fəzaı̇ l qızı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdilər və bunun səbəbi barədə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehlərə çatdırılması üçün onların məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********60 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Mollaoba kəndində yerləşən 1.7201 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X3, Cavabdeh1̇ oğlunun, Rəsulova Gülasar Əlı̇ abbas qızının, Rəsulov Sı̇ yavuş Cəlal oğlunun, Cavabdeh4, Cavabdeh5, Rəsulov Vası̇ f Cəlal oğlunun, Rəsulov Səfaı̇ l Cəlal oğlunun, Rəsulov Rəfaı̇ l Cəlal oğlunun, Rəsulova Gültəkı̇ n Əlı̇ heydər qızınun, Rəsulov Tohı̇ d Rəfaı̇ l oğlunun, Cavabdeh11 Rəfaı̇ l oğlunun, Cavabdeh12, X1 və X4 1/15 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 178 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Əlı̇ yeva Təranə Əbdül qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********11 saylı məktubda mülkiyyətçilərin qarşılığı razılığı olmadığı təqdirdə payın naturada bölgüsü üçün məhkəməyə müraciət edilməsi izah edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh12 ilə X6 arasında olan nikah 15 fevral 2018-ci il tarixdə 20 nömrəli qeydlə pozulmuşdur. Nikah ləğv olunduqdan sonra kişiyə Rəsulov, qadına Əliyeva soyadı verilmişdir. Nikah haqqında arayışdan görünür ki, X7 ilə X5 nikahlarını 26 aprel 2007-ci il tarixdə Masallı rayon Təzəkənd kənd ərazi nümayəndəliyində 08 saylı qeydlə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə (arvada) Əliyev (a) soyadı verilmişdir. Nikah haqqında arayışdan görünür ki, X2 ilə X8 nikahlarını 23 oktyabr 2009-cu il tarixdə Masallı rayon Boradigah kənd ərazi nümayəndəliyində 92 saylı qeydlə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə (arvada) İsmayılov (a) soyadı verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, bölgüsü nəzərdə tutulan 290 (**********60 reyestr) nömrəli 1.72 (1.7163) ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-qərb istiqamətindən gediş-gəliş yoluna çıxışı vardır. Mübahisə predmeti olan 1.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun bölgü planı tərtib edilərək payçıların razılıqları əsasında notariat qaydasında təsdiqindən sonra iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 1/15 hissədə payının naturada ayrılması mümkündür. Qanunvericilikdə müəyyən edilmiş formada payın naturada ayrılması mümkündür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun iddiaçılar və cavabdehlərin payına düşən 1/15 hissələrin (1-dən 15-ə kimi nömrələnmiş yerlərin) yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2023-cü il tarixli, 10/1941 nömrəli ekspert rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəsis rəyinə əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********60 reyestr nömrəli çıxarış ilə Əlı̇ yeva Təranə Əbdül qızının, Əlı̇ yeva Səbı̇ nə Fəzaı̇ l qızının, İsmayılova Əmı̇ nə Fəzaı̇ l qızının, Cavabdeh1̇ oğlunun, Rəsulova Gülasər Əlı̇ abbas qızının, Rəsulov Sı̇ yavuş Cəlal oğlunun, Cavabdeh4, Cavabdeh5, Rəsulov Vası̇ f Cəlal oğlunun, Rəsulov Səfaı̇ l Cəlal oğlunun, Rəsulov Rəfaı̇ l Cəlal oğlunun, Rəsulova Gültəkı̇ n Əlı̇ heydər qızının, Rəsulov Tohı̇ d Rəfaı̇ l oğlunun, Cavabdeh11 Rəfaı̇ l oğlunun, Rəsulov Fəzaı̇ l Cəlal oğlunun xüsusi mülkiyyətində olan 1.7201 hektar torpaq sahəsində iddiaçılar Əlı̇ yeva Təranə Əbdül qızının, Əlı̇ yeva Səbı̇ nə Fəzaı̇ l qızının və İsmayılova Əmı̇ nə Fəzaı̇ l qızının 1/15 hissədə payının naturada ayrılmasının mümkün olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında Torpaqların elektron kadastrı uçotu informasiya sitemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun iddiaçılar və cavabdehlərin payına düşən 1/15 hissəsinin (1-dən 15-ə kimi nömrələnmiş yerlərin) yerləşmə vəziyyəti göstərilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsində qeyd edilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Eyni qərarda həmçinin qeyd edilmişdir ki, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Bundan başqa həmin qərarda o da qeyd edilmişdir ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçıların paylı mülkiyyətdə olan payının ayrılmasına münasibətdə qeyd edir ki, müvafiq ekspert rəyi ilə tərəflərin ümumi paylı mülkiyyətində olan torpaq sahəsindən iddiaçılara məxsus 1/15 hissənin ekspert rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun olaraq naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçılara münasibətdə torpaq sahəsi naturada bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddiaçılar tərəfindən imzlanmış ərizədən görünür ki, onlar məhkəmə xərclərinin onlara aid edilməsini xahiş etmişdilər. Odur ki, ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş xidmət haqqı və ekspertiza xərci iddiaçılara aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 31 mart 2023-cü il tarixli, 10/1941 nömrəli ekspert rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun olaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********60 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Masallı rayonu, Mollaoba kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Əlı̇ yeva Təranə Əbdül qızının, Əlı̇ yeva Səbı̇ nə Fəzaı̇ l qızının və İsmayılova Əmı̇ nə Fəzaı̇ l qızının hər birinin payına düşən 1/15 hissə naturada ayrılaraq onlara verilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinə görə ödənilmiş xidmət haqqı iddiaçılara aid edilsin. Əlı̇ yeva Təranə Əbdül qızından, Əlı̇ yeva Səbı̇ nə Fəzaı̇ l qızından və İsmayılova Əmı̇ nə Fəzaı̇ l qızından müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar