Məhkəmə qərarları › İş №2(050)-872/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-872/2024

01.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-872/2024 01.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qarşı əmlakların evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğlu ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Faktiki nikahlarından bir övladları olmuşdur. Ailə daxili münaqişələr zəminində münasibətləri pozulmuş və ayrılmışlar. Uşaq anasının himayəsində yaşayır. Cavabdeh onun evinə gəlin köçmüşdür. Gəlin gələrkən müxtəlif adda cehizlər gətirmişdir. Uzun müddətdir ki, Cavabdeh övladı ilə birlikdə evi tərk etmiş və valideyinlərinin evində yaşayır. Lakin gəlin gələrkən gətirdiyi cehizlər hal-hazırda da onun evindədir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh cehizlərini evindən çıxartmır. Cavabdehin cehiz əşyaları onun hüquqlarını pozur, o, evindən sərbəst istifadə edə bilmir. Cavabdehin evində olan əşyaları bunlardan ibarətdir: 1 ədəd dolab, 1 ədəd taxt, 1 ədəd termo, 1 ədəd künc divan, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd mətbəxt mebeli, 1 ədəd jurnalnı masa, 2 ədəd tumba, 1 ədəd mebel kravat, 1 ədəd ət çəkən maşın, 1 ədəd tozsoran, 1 ədəd paltaryuyan maşın, 3 ədəd döşək, 3 ədəd yorğan, 6 ədəd balış, 10 ədəd nalça, 3 ədəd balaca xalça, 1 ədəd uşaq çarpayısı, 1 ədəd yay yorğanı, 1 ədəd lüstür, 1 ədəd divar saatı, 2 ədəd tək prastina, 2 ədəd balış çexolu, 1 ədəd böyük şuba, 2 ədəd balaca şuba, 6 ədəd süfrələr, 4 ədəd bulud nimçəsi, 6 ədəd qara çaşqa, 1 ədəd uşaq arabası, 20 ədəd kasa, 80 ədəd boşqab, 1 ədəd elektrikli yemək bişirən soba, 1 ədəd televizor altlığı, 1 ədəd ütü və altlığı, 4 ədəd karniz, 1 ədəd güldan, 1 ədəd çuğun qəfədan, 1 ədəd çaynik, 6 ədəd dolmaqabı, 12 ədəd büllur stəkan,12 ədəd nəlbəki, 20 ədəd duzqabı, 1 ədəd kəpkir, 1 ədəd çömçə, 2 ədəd bulud qaşığı, 20 ədəd böyük qaşıq, 20 ədəd balaca qaşıq, 12 ədəd meyvə bıçağı, 20 ədəd çəngəl, 2 ədəd mətbəxt bıçağı, 6 ədəd şiş, 6 ədəd çay dəsmalı, 6 ədəd yekə kuruşqa, 1 ədəd külqabı, 10 ədəd çay dəsmalı, 12 ədəd veşilka, 2 ədəd taxt örtüyü, 1 ədəd divan örtüyü, 4 ədəd divan balışı, 6 ədəd çexol, 2 ədəd böyük stol üstlüyü, 1 ədəd balaca stol üstlüyü, 1 ədəd teşt böyük, 1 ədəd böyük qazan, 1 ədəd qorapalan, 1 ədəd çuqun vedrə, çuqun qab naboru, dəmir qazan, tək çüyün qab, lək qablar, 2 ədəd böyük tava, 1 ədəd balaca tava, 1 ədəd zibil vedrəsi, 1 ədəd qab setkası, 12 ədəd meyvə qabından ibarətdir. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizində qeyd olunanlara uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 11 noyabr 1997-ci il tarixli, 166 nömrəli qərarı ilə İddiaçı və digərlərinin mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh cehiz əmlaklarına ona məxsus olan evdən aparmasını tələb etmişdir. Masallı RİHB-nin Şıxlar kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Masallı Rayon Şıxlar kəndində daimi qeydiyyatdadır və hal-hazırda orada yaşayır. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinı riayət edərək iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb emək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən mülkiyyətə qəsd və ya başqa maneələr əşyanın götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirlidik də, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-240.3-cü maddələrinə görə torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Məcəllənin 59-cu maddəsinə görə yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr digər məqsədlərlə yanaşı, həmçinin fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə verilir. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir edir ki, iddiaçının qeyd etdiyi ev daşınmaz əmlakın dövlət reyesr xidmətində qeydiyyata alınmasa da, evin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ üzrə ona məxsusdur. Mülki Məcəllənin 240-cı maddəsinin tələbinə uyğun olaraq, onun həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək hüququ, o cümələdən inşa edilmiş evə mülkiyyət əldə etmək hüququ vardır. Göründüyü kimi, iddiaçı evə mülkiyyət hüququ əldə etmək üçün “qanuni gözləntiyə” malikdir. Belə olan halda, onun evin boşaldırlmasını tələb etmək hüququ da vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus 1 ədəd dolab, 1 ədəd taxt, 1 ədəd termo, 1 ədəd künc divan, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd mətbəxt mebeli, 1 ədəd jurnalnı masa, 2 ədəd tumba, 1 ədəd mebel kravat, 1 ədəd ət çəkən maşın, 1 ədəd tozsoran, 1 ədəd paltaryuyan maşın, 3 ədəd döşək, 3 ədəd yorğan, 6 ədəd balış, 10 ədəd nalça, 3 ədəd balaca xalça, 1 ədəd uşaq çarpayısı, 1 ədəd yay yorğanı, 1 ədəd lüstür, 1 ədəd divar saatı, 2 ədəd tək prastina, 2 ədəd balış çexolu, 1 ədəd böyük şuba, 2 ədəd balaca şuba, 6 ədəd süfrələr, 4 ədəd bulud nimçəsi, 6 ədəd qara çaşqa, 1 ədəd uşaq arabası, 20 ədəd kasa, 80 ədəd boşqab, 1 ədəd elektrikli yemək bişirən soba, 1 ədəd televizor altlığı, 1 ədəd ütü və altlığı, 4 ədəd karniz, 1 ədəd güldan, 1 ədəd çuğun qəfədan, 1 ədəd çaynik, 6 ədəd dolmaqabı, 12 ədəd büllur stəkan,12 ədəd nəlbəki, 20 ədəd duzqabı, 1 ədəd kəpkir, 1 ədəd çömçə, 2 ədəd bulud qaşığı, 20 ədəd böyük qaşıq, 20 ədəd balaca qaşıq, 12 ədəd meyvə bıçağı, 20 ədəd çəngəl, 2 ədəd mətbəxt bıçağı, 6 ədəd şiş, 6 ədəd çay dəsmalı, 6 ədəd yekə kuruşqa, 1 ədəd külqabı, 10 ədəd çay dəsmalı, 12 ədəd veşilka, 2 ədəd taxt örtüyü, 1 ədəd divan örtüyü, 4 ədəd divan balışı, 6 ədəd çexol, 2 ədəd böyük stol üstlüyü, 1 ədəd balaca stol üstlüyü, 1 ədəd teşt böyük, 1 ədəd böyük qazan, 1 ədəd qorapalan, 1 ədəd çuqun vedrə, çuqun qab naboru, dəmir qazan, tək çüyün qab, lək qablar, 2 ədəd böyük tava, 1 ədəd balaca tava, 1 ədəd zibil vedrəsi, 1 ədəd qab setkası, 12 ədəd meyvə qabı İddiaçı ümumi birgə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş Masallı Rayon Şıxlar kəndində olan evdən çıxarılsın. Ödənilmiş dövlət rüsumuna görə 100 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar