Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-94/2025 28.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən otağına vurulmuş qıfılın açılaraq Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo və digər əşyalarını onun evindən çıxarılması və ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1951-ci ildə Masallı rayonu, Sərçuvar kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. X4 hazırki Cavabdeh ilə 1997-ci ilin sentyabr ayında faktiki ailə münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Nikahlarını isə 101 sayla, xx.xx.1998-ci il tarixdə qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü X11 və xx.xx.2000-ci təvəllüdlü X12 adlı iki nəfər uşaqları olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin (hakim: İ.Əhmədov) 2(106)1668/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin (hakim: N.Musayev) 2(050)151/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilərək, X14 ilə X18 arasında bağlanmış 02 dekabr 1998-ci il tarixli, 101 saylı nikah qeydi pozulması qət edilmişdir. Nikah pozulmamışdan öncə onların ailə münasibətləri pozulmuşdur. Yəni, 2015-ci ildən faktiki ayrıdılar. Cavabdeh 2015-ci ildən evdən çıxmış, özünə məxsus gərəkli cehiz əmlaklarını apararaq, lazım olmayan istifadəyə yararsız divan, kreslo və digər istifadə etmədiyi əşyalarını bir otağa qoyub, qapını kilidləyərək, ona evində darısqallıq yaratmışdır. On ilə yaxındır ki, o, otaqda yatmır. Eyvanda qalır. Onun evi iki otaqdan ibarətdir. Övladı, Fəxrəddin X3 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurduqdan sonra, evin bir otağında hazırki ailəsi ilə yaşayır. Digər otağını da hazırki cavabdeh, sabiq gəlini Cavabdeh gərəksiz əşyaları tutub. Cavabdeh bu hərəkətlərinin məqsədi ona zülm etməkdir. On ilə yaxındır ki, zəhməti ilə tikdiyi evdə yox, eyvanda yatır. Bundan da əlavə, ömrünün sonunu qorxu-həyəcan içərisində keçirir. Odur ki, məcbriyyət qarşısında qalıb, Cavabdeh onun evində olan əmlakları 1 ədəd divan, 2 ədəd kreslo və digər əşyalarını onun evindən çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Otağa qıfıl vurduğundan digər əşyalarının adını bilmir. Qanunvericliyin tələblərinə əsasən tələb edilmiş müxtəlif məişət əşyalarından ibarət cehiz əşyaları toy hədiyyəsi kimi verildiyindən onun ayrıca mülkiyyəti hesab edilir. Lakin, Cavabdeh qeyri rəsmi həyat yoldaşı X14 ilə faktiki olaraq ayrı yaşamağına baxmayaraq cavabdeh qeyd edilən əmlakları onun evindən götürməməklə mülkiyyətindən istifadə hüquqlarını pozur. Cavabdeh İddiaçı qarşı evdən istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Dadva y/m kəndi, yeni qaydalarla: Masallı şəhəri, Heydər Əliyev prospekti, giriş 154 ünvanında, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli, **********8 qeydiyyat nömrəli, **********65 reyestr nömrəli Çıxarışla cavabdehlə paylı mülkiyyətlərində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən istifadəsində yaradılmış süni maneələrin aradan qaldırılaraq, həmin evə yığılmış buğda məhsulu və ot bağlarının, eləcə də qeyd olunan evin yeganə təmirli otağına yığılmış çarpayı və digər əşyaların oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı evdən istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi, ərizənin və ona əlavə edilmiş sənədlərin Cavabdeh qaytarılması qərara alınmışdır. Cavabdeh Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)- 3108/2024 saylı qərardadından şikayət verərək, Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsini qəbul edərək icraata götürülməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadının qüvvədə saxlanılması, Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2024-cü il tarixli, 2(106)-2004/2024 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(050)-3108/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məkhəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mübahisəli əmlaklar olan otağa cavabdeh tərəfindən qıfıl vurulduğundan əmlakların tam siyahısı yoxdur, Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo və digər əşyaları iddiaçının evində olduğu üçün və iddiaçının hüquqlarını məhdudlaşdırdığı üçün həmin əmlakların çıxarılmasının təmin edilməsini xahiş etdi. Məkhəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məkhəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək, bildirdi ki, iddia tələbi əsassızdır. Qanunvericiliyə əsasən şəxs özünə məxsus evdən əmlakları çıxara bilər. Fərdi yaşayış evi daşınmaz əmlakdır və dövlət reyestrindən qeydiyyatdan keçdikdən sonra hüquq yaranır. Fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmayıb. Dövlət reyestrində qeydiyyata alınan yalnız torpaqdır və həmin torpaq sahəsinin 3/5 hissəsi cavabdehə məxsusdur. Yəni torpaq sahəsinin çox hissəsinə cavabdeh hüquqa malikdir. Torpaq sahəsinin üzərində olan fərdi yaşayış evlər sənədləşsə 3/5 hissəsi cavabdehə məxsus olacaq. Hazırda əmlak üzərində iddiaçının heç bir üstünlüyü yoxdur. Cavabdeh və onun övladları həmin evdə qeydiyyatdadılar. Həmin fərdi yaşayış evində qeydiyyatda ola ola cavabdehin əmlakı evdən çıxarıla bilməz. İş materiallarında olan: Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2(106)1668/2016 saylı qətnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)151/2016 saylı, 14 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdeh X16 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 02 dekabr 1998-ci il tarixdə bağlanmış nikaha xitam verilmişdir. Qətnamədən cavabdeh X18 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-151/2016 saylı, 14 aprel 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, X14 ilə X18 arasında bağlanmış 02 dekabr 1998-ci il tarixli, 101 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 04 fevral 2000-ci il tarixdə anadan olmuş X12 anası X13 yanında saxlanılması, yetkinlik yaşına çatmamış X1 üçün X6 hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq X16 verilməsi, alimentin iddiaçı X5 nikahın pozulması üçün məhkəməyə müraciət etdiyi 02 noyabr 2015-ci il tarixdən hesablanması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 15 fevral 2018-ci il tarixli, 2(106)699/2018 saylı qətnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2722/2017 saylı, 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Hilal Xəlilov) iddiaçı X13 cavabdehlər İddiaçı və X10 qarşı fərdi yaşayış evinə köçürülmə, onların fərdi yaşayış evindən maneəsiz istifadə etmələrinə və yaşamalarına maneələr törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı Elnarə Sadıqovanın yetkinlik yaşına çatmayan (04 fevral 2000-ci ildə doğulmuş) uşağı X12 ilə birlikdə cavabdehlər İddiaçı və Fəxrəddin Sadıqovun istifadələrində olan ünvan 3 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, onların həmin fərdi yaşayış evindən maneəsiz istifadə etmələrinə və yaşamalarına maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi, cavabdehlər İddiaçı və Fəxrəddin Sadıqovdan müştərək qaydada ödənilmiş hüquqi yardıma görə 250 (iki yüz əlli) manat və və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat məbləğində pulun tutularaq iddiaçı Elnarə Sadıqovaya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı X18 və cavabdeh İddiaçı apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddiaçı X18 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçı X13 cavabdehlər İddiaçı və X10 qarşı fərdi yaşayış evinə köçürülmə, onların fərdi yaşayış evindən maneəsiz istifadə etmələrinə və yaşamalarına maneələr törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Masallı rayon Məhkəməsinin 2(050)-2722/2017 saylı, 19 sentyabr 2017-ci il tarixli qətnaməsinin iddiaçı Elnarə Sadıqova və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat, **********65 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı şəhəri, Heydər Əliyev prospekti giriş 154 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı 1/5 hissədə, X7 1/5 hissədə və Cavabdeh 3/5 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə X15 arasında 14 oktyabr 2016cı il tarixdə Masallı Rayon qeydiyyat şöbəsində 649 nömrə ilə nikah qeydi bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Sadıqova (a) soyadı verilmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 27 yanvar 2025-ci il tarixli, 5-66-1/2-11/2025 saylı məktubundan görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə X2 və ailə üzvlərinə verilmiş 0.04 ha torpaq sahəsinin çızgiləri daxilində 1960-cı ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı və 2014-cü ildə tikilmiş 2 mərtəbəli 3 otaqlı (birinci mərtəbədə 1 otaq təmirli) fərdi yaşayış evləri vardır. İddiaçı 1 mərtəbəli iki otaqdan ibarət olan fərdi yaşayış evində yaşayır. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, xx xxxxxx 1975-ci il təvəllüdlü Cavabdeh 28 oktyabr 2005-ci il tarixdən ünvan 5 ünvanında; 13 iyul 1998-ci il təvəllüdlü X11 18 yanvar 2013-cü il tarixdən ünvan 6 ünvanında; 04 fevral 2000-ci il təvəllüdlü X12 22 aprel 2017-ci il tarixdən ünvan 7 ünvanında qeydiyyatdadılar. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, İddiaçı oğlu X14 ilə X18 arasında 02 dekabr 1998-ci il tarixdə nikah qeydi bağlanmışdır. Nikah bağlandıqdan sonra X18 iddiaçıya məxsus fərdi yaşayış evinə cehiz əmlaklarını gətirmişdir. Birgə nikahlarından 13 iyul 1998-ci il təvəllüdlü X11 və 04 fevral 2000-ci il təvəllüdlü X12 adlı övladları doğulmuşdur. X14 ilə X18 arasında bağlanmış 02 dekabr 1998-ci il tarixli, 101 saylı nikah qeydi pozulmüş və tərəflərin birgə nikahından 04 fevral 2000-ci il tarixdə anadan olmuş X12 anası X13 yanında saxlanılması və onun şaxlanılması üçün aliment təyin edilmişdir. Tərəflərin mülkiyyətində olan torpaq sahəsinin üzərində 1960-cı ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı və 2014-cü ildə tikilmiş 2 mərtəbəli 3 otaqlı (birinci mərtəbədə 1 otaq təmirli) fərdi yaşayış evləri vardır. Tərəflərin arasında fərdi yaşayış evlərindən isifadəsi ilə bağlı mübahisə olduğundan X18 məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə iddiaçı X13 cavabdehlər İddiaçı və X10 qarşı fərdi yaşayış evinə köçürülmə, onların fərdi yaşayış evindən maneəsiz istifadə etmələrinə və yaşamalarına maneələr törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı Elnarə Sadıqovanın yetkinlik yaşına çatmayan (04 fevral 2000-ci ildə doğulmuş) uşağı X12 ilə birlikdə cavabdehlər İddiaçı və Fəxrəddin Sadıqovun istifadələrində olan ünvan 3 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, onların həmin fərdi yaşayış evindən maneəsiz istifadə etmələrinə və yaşamalarına maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi qərara alınmışdır. Hazırda cavabdehin cehiz əmlakı 1960cı ildə tikilmiş 1 mərtəbəli fərdi yaşayış evinin otaqlarının birindədir. Qalan bir otaqda isə İddiaçı, X14 və X15 yaşayırlar. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3). Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə cavabdehin əmlaklarının iddiaçının istifadəsində olan fərdi yaşayış evinin otağında qalmasının hüququ əsası yoxdur. Bu hal iddiaçının hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Beləliklə iddia əsaslı olduğu üçün təmin edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. iddia ərizəsinin verilməsi üçün iddiaçı 100 manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan ünvan 8 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evində olan otağa vurulmuş qıfıl açılsın. Həmin evdən Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo və digər əşyalar çıxarılsın. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-94/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-94/2025
28.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver