Məhkəmə qərarları › İş №2(051)-1039/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1039/2024

01.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1039/2024 01.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçılar: İddiaçı1, həmçinin cavabdehlər İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkil) Vəkil1 Cavabdeh: Cavabdeh və nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı miras payın dəyərinin ödənilməsi və sairə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı miras payın dəyərinin ödənilməsi və sair tələblərə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X2 miras qalmış ½ hissəsindən Cavabdeh məcburi payı və bağışlanma müqaviləsi üzrə ½ hissədə, cəmi payının 8/14 hissədə olması nəzərə alınmaqla, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının və İddiaçı3 mirasdan hər birinin məcburi paylarının 1/14 hissədə müəyyən edilməsi; Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanda yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə və LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə onların hər birinin 1/7 hissədə olan miras payları və ünvan 1 ünvanda yerləşən 0.10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X2 miras qalmış ½ hissəsindən Cavabdeh məcburi payı və bağışlanma müqaviləsi üzrə ½ hissədə, cəmi payının 8/14 hissədə olması nəzərə alınmaqla, hər birinin 1/14 hissədə olan payının dəyərinin əvəzi olaraq hər birinə 4000 manat verilməklə həmin əmlaklardakı paylarına xitam verilməsi; ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə etmələrinə cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması; vəkil xidməti üçün hər biri tərəfindən ödənilmiş 300 manat, cəmi 900 manatın və 180 manat dövlət rüsumunun alınıb iddiaçılara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə və LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə onların hər birinin 1/7 hissədə olan miras paylarının əvəzi olaraq hər birinə 2200 manat pulun Cavabdeh alınıb iddiaçılara ödənilməsi, X6 tərəfindən Cavabdeh bağışlanmış ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına məcburi miras paylarının tamamlanaraq hər birinə 3000 (üç min) manat pulun Cavabdeh alınıb iddiaçılara ödənilməsi, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə etmələrinə cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması, vəkil xidməti üçün hər biri tərəfindən ödənilmiş 300 manat, cəmi 900 manatın və 216 manat dövlət rüsumunun alınıb iddiaçılara qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bundan sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edilərək, X6 tərəfindən Cavabdeh bağışlanmış ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına məcburi miras paylarının tamamlanaraq hər birinə 3000 (üç min) manat pulun Cavabdeh alınıb iddiaçılara ödənilməsi, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə etmələrinə cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması, vəkil xidməti üçün hər biri tərəfindən ödənilmiş 300 manat, cəmi 900 manatın və 216 manat dövlət rüsumunun alınıb iddiaçılara qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı1 əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onlar 16 oktyabr 2021-ci ildə vəfat etmiş X13 mirası qəbul etmiş vərəsələridirlər. Belə ki, X13 birinci arvadı olmuş X14 ilə birgə nikahından isə xx.xx.1991-ci il tarixdə Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, xx.xx.1994-cü il tarixdə İddiaçı3, xx.xx.1997-ci il tarixdə İddiaçı2 doğulmuşdur. Xanbaba Abdullayev Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından xx.xx.2005-ci il tarixdə X5, xx.xx.2012-ci il tarixdə X18, xx.xx.2015-ci il tarixdə X21 adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə birgə evlilikdən doğulan uşaqlar yetkinlik yaşına çatmadıqlarından onların qanuni nümayəndəsi Cavabdehdır. X2 ünvan 2 ünvanında yerləşən mənzil, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobil miras qalmışdır. X20 ölümündən 16 gün əvvəl, xx.xx.2021-ci il tarixdə Cavabdeh bağışlanmış ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi olmuşdur. Cavabdeh məhkəmədə miras əmlakın yalnız özü və onunla nikahdan doğulmuş uşaqlarının miras payının müəyyən edilməsinə dair iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(051)-1558/2022 nömrəli qətnaməsi ilə X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzilə, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobilə münasibətdə iddiaçı Cavabdeh, X5, X18, X1 Şəbnəm Xanbaba qızı, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, İddiaçı3 X4 birinci növbəli qanun üzrə vərəsələri tanınması, X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzildən, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobildən Cavabdeh, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3, hər birinin payları 1/7 hissədə müəyyən edilməsi, X4 məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 X6 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh bağışlanmış ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına 6/14 hissədə məcburi payları tamamlanması, X6 tərəfindən Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilməsi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********4 nömrə ilə qeydiyyata alınmış **********984 nömrəli reyestr qeydi birinci növbəli vərəsələrin məcburi miras paylarının tamamlanan 6/14 hissəsində qismən ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X2 miras qalmış ½ hissəsindən Cavabdeh məcburi payı və bağışlanma müqaviləsi üzrə ½ hissədə payı nəzərə alınmaqla, cəmi payı 8/14 hissədə, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 hər birinin miras payları 1/14 hissədə müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(107)-385/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(051)-1558/2022 nömrəli qətnaməsi “X6 tərəfindən Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilməsi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********4 nömrə ilə qeydiyyata alınmış **********984 nömrəli reyestr qeydinin birinci növbəli vərəsələrin məcburi miras paylarının tamamlanan 6/14 hissəsində qismən ləğv edilməsi” hissəsində ləğv edilməsi, həmin hissə qətnamədən xaric edilməsi, ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən Cavabdeh payı olaraq müəyyən edilmiş 8/14 hissəyə “yəni 14.286 manat” ifadəsi, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə “yəni 1786 manat” ifadəsi əlavə edilməklə qətnamə həmin hissədə dəyişdirilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2(102)- 3657/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 may 2023-cü il tarixli, 2(107)-385/2023 nömrəli qətnaməsi “ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən Cavabdeh payı olaraq müəyyən edilmiş 8/14 hissəyə “yəni 14.286 manat” ifadəsi, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə “yəni 1786 manat” ifadəsinin əlavə edilməklə qətnamənin dəyişdirilməsi” hissəsində, “X4 məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 X6 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh bağışlanmış ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına 6/14 hissədə məcburi paylarının tamamlanması” və “ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X2 miras qalmış ½ hissəsindən Cavabdeh məcburi payı və bağışlanma müqaviləsi üzrə ½ hissədə payı nəzərə alınmaqla, cəmi payı 8/14 hissədə, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 hər birinin miras paylarının 1/14 hissədə müəyyən edilməsi” hissələrində ləğv edilməsi, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, “42. Cavabdehlər iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsini yalnızca şifahi qaydada mübahisələndirmiş və məhkəmələr də yanlış olaraq həmin hissədə tələbə qiymət vermişlər. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmaqla qətnamə qəbul etdiyini qeyd etsə də, yenidən iddiaya qiymət verərkən eyni səhvi təkrarlamış, ünvan 5 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən Cavabdeh payı olaraq müəyyən edilmiş 8/14 hissəyə “yəni 14.286 manat” ifadəsi, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə “yəni 1786 manat” ifadəsi əlavə edilməklə qətnamə həmin hissədə dəyişdirilməsi barədə qətnamə qəbul etmiş, iddia tələbində mübahisələndirilməyən torpaq sahəsinə konkret rəqəmlərlə ifadə edilmiş dəyər müəyyən etmişdir. Bununla da, Mülki Prosessual Məcəllənin dispozitivlik prinsipinin tələblərini və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur”. İş üzrə 07 yanvar 2024-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzilə, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobilə münasibətdə iddiaçı Cavabdeh, X5, X18, X1 Şəbnəm Xanbaba qızı, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, İddiaçı3 X4 birinci növbəli qanun üzrə vərəsələri tanınması, X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzildən, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən, LF 7132E- 330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobildən Cavabdeh, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3, hər birinin payları 1/7 hissədə müəyyən edilməsi qət edilmişdir. X22 miras qalmış əmlaklar yalnız bunlar olmamışdır. Belə ki, həm də mərhumdan bir çox daşınar əşyalar qalmışdır ki, onlar faktiki Cavabdeh istifadəsində olduğundan, sonuncu isə onları bölgüyə təqdim etmədiyindən, miras kütləsinə daxil edilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil1 əsasən İddiaçı1 ilə eyniməzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(051)-1558/2022 saylı qətnaməsinə əsasən X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzilə, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobilə münasibətdə iddiaçı Cavabdeh, X5, X18, X21, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, İddiaçı3 X4 birinci növbəli qanun üzrə vərəsələri tanınmış, X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzildən, Mingəçevir şəhəri, 9cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobildən Cavabdeh, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3, hər birinin payları 1/7 hissədə müəyyən edilmiş, X4 məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 X6 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh bağışlanmış ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına 6/14 hissədə məcburi payları tamamlanmış, X6 tərəfindən Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilmiş və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********4 nömrə ilə qeydiyyata alınmış **********984 nömrəli reyestr qeydi birinci növbəli vərəsələrin məcburi miras paylarının tamamlanan 6/14 hissəsində qismən ləğv edilmiş, ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X2 miras qalmış ½ hissəsindən Cavabdeh məcburi payı və bağışlanma müqaviləsi üzrə ½ hissədə payı nəzərə alınmaqla, cəmi payı 8/14 hissədə, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 hər birinin miras payları 1/14 hissədə müəyyən edilmiş və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(107)-385/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(051)-1558/2022 nömrəli qətnaməsi “X6 tərəfindən Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilməsi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********4 nömrə ilə qeydiyyata alınmış **********984 nömrəli reyestr qeydinin birinci növbəli vərəsələrin məcburi miras paylarının tamamlanan 6/14 hissəsində qismən ləğv edilməsi” hissəsində ləğv edilmiş, həmin hissənin qətnamədən xaric edilməsi, ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən Cavabdeh payı olaraq müəyyən edilmiş 8/14 hissəyə “yəni 14.286 manat” ifadəsi, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə “yəni 1786 manat” ifadəsi əlavə edilməklə qətnamənin həmin hissədə dəyişdirilməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin 15 noyabr 2023-cü il tarixli, 2(102)-3657/2023 saylı qərarına əsasən Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 may 2023-cü il tarixli, 2(107)-385/2023 nömrəli qətnaməsi “ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən Cavabdeh payı olaraq müəyyən edilmiş 8/14 hissəyə “yəni 14.286 manat” ifadəsi, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə “yəni 1786 manat” ifadəsinin əlavə edilməklə qətnamənin dəyişdirilməsi” hissəsində, “X4 məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 X6 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh bağışlanmış ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına 6/14 hissədə məcburi paylarının tamamlanması” və “ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X2 miras qalmış ½ hissəsindən Cavabdeh məcburi payı və bağışlanma müqaviləsi üzrə ½ hissədə payı nəzərə alınmaqla, cəmi payı 8/14 hissədə, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 hər birinin miras paylarının 1/14 hissədə müəyyən edilməsi” hissələrində ləğv edilməsi, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi artıq bir dəfə hazırki iş üzrə tərəflər arasında qanun üzrə vərəsələrin miras payının müəyyən olunmasına dair iddiası olmuş və həmin iddia tələbi əsasında məhkəmənin qanuni qüvvəsini almış qərarı mövcuddur. Belə olan halda iddia tələbinin 1-ci hissəsi üzrə işin icraatına xitam verilməlidir. Bundan başqa, iddia tələbinin digər hissələri ilə də razı deyildir. Çünki artıq bir dəfə bu işə baxılmış və miras əmlakdan tərəflərin payları müəyyən edilmişdir. Digər tərəfdən isə iddiaçılar miras paylarına dair vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında da hüquqların dövlət reyestrindən çıxarış almamışlar. Hesab edir ki, bundan sonra onlar mənzil sahəsindən istifadə ilə bağlı maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edə bilər. İddiaçılar ümumiyyətlə mübahisəli mənzilə gəlib istifadə etməmişlər. Heç kim onlara həmin yaşayış sahəsindən istifadələrinə maneçilik yaratmamışdır. Belə olan halda onların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmələri əsassızdır. Bundan başqa hesab edir ki, iddiaçılar vəkil xidməti və ödənilmiş dövlət rüsumunu tələb etsələr də, iddia tələbi əsassız olduğu üçün, həmin hissələr də təmin edilə bilməz. Odur ki, məhkəmədən iddianın 1-ci hissəsi üzrə icraata xitam verilməsini və iddia tələbinin qalan hissəsinin rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 əsasən təmsil etdiyi şəxslə eyniməzmunlu izahat verdi və məhkəmədən iddianın 1-ci hissəsi üzrə icraata xitam verilməsini və iddia tələbinin qalan hissəsinin rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan ƏQ-040/2023 saylı xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin rəyindən görünür ki, Mingəçevir şəhəri, Qres qəsəbəsi, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33-də yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə likvid dəyəri 45000 manat, real bazar dəyəri 50000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ƏQ-042/2023 saylı xx.xx.2023-cü il tarixli "xxxx" MMCnin rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2023cü il tarixə likvid dəyəri 38000 manat, real bazar dəyəri 44000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ƏQ-041/2023 saylı xx.xx.2023-cü il tarixli "xxxx" MMCnin rəyindən görünür ki, Mingəçevir şəhəri, Qres qəsəbəsi, 9-cu Natəvan döngəsi, 22-də yerləşən 0.04 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixə likvid dəyəri 7600 manat, real bazar dəyəri 8800 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ƏQ-43/2023 saylı xx.xx.2023-cü il tarixli "xxxx" MMCnin rəyindən görünür ki, LİFAN-330, 2018-ci il markalı avtomobilin xx.xx.2023-cü il tarixə likvid dəyəri 9000 manat, real bazar dəyəri 9500 manat təşkil edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(051)- 1558/2022 nömrəli qətnaməsindən görünür ki, X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzilə, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobilə münasibətdə iddiaçı Cavabdeh, X5, X18, X1 Şəbnəm Xanbaba qızı, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, İddiaçı3 X4 birinci növbəli qanun üzrə vərəsələri tanınması, X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzildən, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən, LF 7132E- 330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobildən Cavabdeh, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3, hər birinin payları 1/7 hissədə müəyyən edilməsi, X4 məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 X6 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh bağışlanmış ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına 6/14 hissədə məcburi payları tamamlanması, X6 tərəfindən Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilsin və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********4 nömrə ilə qeydiyyata alınmış **********984 nömrəli reyestr qeydi birinci növbəli vərəsələrin məcburi miras paylarının tamamlanan 6/14 hissəsində qismən ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X2 miras qalmış ½ hissəsindən Cavabdeh məcburi payı və bağışlanma müqaviləsi üzrə ½ hissədə payı nəzərə alınmaqla, cəmi payı 8/14 hissədə, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 hər birinin miras payları 1/14 hissədə müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(107)-385/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(051)-1558/2022 nömrəli qətnaməsi “X6 tərəfindən Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 4Ə- 1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilməsi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********4 nömrə ilə qeydiyyata alınmış **********984 nömrəli reyestr qeydinin birinci növbəli vərəsələrin məcburi miras paylarının tamamlanan 6/14 hissəsində qismən ləğv edilməsi” hissəsində ləğv edilməsi, həmin hissə qətnamədən xaric edilməsi, ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən Cavabdeh payı olaraq müəyyən edilmiş 8/14 hissəyə “yəni 14.286 manat” ifadəsi, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə “yəni 1786 manat” ifadəsi əlavə edilməklə qətnamə həmin hissədə dəyişdirilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2(102)-3657/2023 saylı qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 may 2023-cü il tarixli, 2(107)-385/2023 nömrəli qətnaməsi “ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən Cavabdeh payı olaraq müəyyən edilmiş 8/14 hissəyə “yəni 14.286 manat” ifadəsi, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə “yəni 1786 manat” ifadəsinin əlavə edilməklə qətnamənin dəyişdirilməsi” hissəsində, “X4 məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 X6 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh bağışlanmış ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına 6/14 hissədə məcburi paylarının tamamlanması” və “ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X2 miras qalmış ½ hissəsindən Cavabdeh məcburi payı və bağışlanma müqaviləsi üzrə ½ hissədə payı nəzərə alınmaqla, cəmi payı 8/14 hissədə, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 hər birinin miras paylarının 1/14 hissədə müəyyən edilməsi” hissələrində ləğv edilməsi, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(107)-385/2024 saylı 07 yanvar 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzilə, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobilə münasibətdə iddiaçı Cavabdeh, X5, X18, X1 Şəbnəm Xanbaba qızı, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, İddiaçı3 X4 birinci növbəli qanun üzrə vərəsələri tanınması, X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzildən, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobildən Cavabdeh, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3, hər birinin payları 1/7 hissədə müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin rəyindən görünür ki, işlək vəziyyətdə, 2018-ci ilin istehsalı olan, mator gücü 1.3, göy-metallik, Ban nömrəsi LLV1C2A13J0380693, göy-metallik rəngli “SEDAN” LF 7132 E-330 markalı minik avtomobilin hal-hazırda bazar satış qiyməti 3.500 ( üç min beş yüz) manat dəyərindədir. İş materiallarına xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin rəyindən görünür ki, Mingəçevir şəhəri, QRES qəsəbəsi, C.Əliyev küçəsi ev 21, mənzil 33-də olan bina yaşayış evi 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, orta təmirli 2 otaqdan ibarət bina yaşayış evinin aprel 2023-cü il tarixdə mənzilin orta bazar satış qiyməti 38.000 (otuz səkkiz min) manat dəyərində qiymətləndirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin rəyindən görünür ki, Mingəçevir şəhəri, QRES qəsəbəsi, 9-cu Natəvan döngəsi, 22-də olan 0.04 sot torpaq sahəsinin yerindən asılı olaraq 1 sotunun qiyməti 700 (yeddi yüz) manat olmaqla, 4 sot torpağın bazar satış qiyməti 2800 (iki min səkkiz yüz) manat dəyərindədir və ünvan 1 ünvanda yerləşən 10 sot torpaq sahəsinin yerindən asılı olaraq 1 sotun qiyməti 2500 (iki min beş yüz) manat olmaqla, 10 sot torpağın bazar satış qiyməti 25.000 (iyirmi beş min) manat dəyərindədir. İş materiallarına əlavə edilmiş 24 may 2024-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X13 vərəsəsi: ünvan 6 ünvanında qeydiyyatda olan oğlu - İddiaçı3dur və onun miras əmlakdan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-385/2023 saylı icra vərəqəsinə (qətnaməsinə) əsasən 1/7 hissədə pay almalı olması göstərilmişdir. Şəhadətnamə verilən miras əmlak-ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X19 verilmiş **********96-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21 ünvanında yerləşən ümumi sahəsi 74.35 kv/m olan 33 saylı mənzildən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi **********UM33704 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Qeyd: Digər vərəsələr X9, X12, X15 və X7 düşən 1/7 hissə paylara gələcəkdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarına əlavə edilmiş 24 may 2024-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X13 vərəsəsi: ünvan 6 ünvanında qeydiyyatda olan qızı - İddiaçı1dır və onun miras əmlakdan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-385/2023 saylı icra vərəqəsinə (qətnaməsinə) əsasən 1/7 hissədə pay almalı olması göstərilmişdir. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X19 verilmiş **********96-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21 ünvanında yerləşən ümumi sahəsi 74.35 kv/m olan 33 saylı mənzildən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi **********UM33704 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Qeyd: Digər vərəsələr X9, X12, X15 və X7 düşən 1/7 hissə paylara gələcəkdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarına əlavə edilmiş 24 may 2024-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X13 vərəsəsi: ünvan 6 ünvanında qeydiyyatda olan qızı - İddiaçı2dır və onun miras əmlakdan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-385/2023 saylı icra vərəqəsinə (qətnaməsinə) əsasən 1/7 hissədə pay almalı olması göstərilmişdir. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X19 verilmiş **********96-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21 ünvanında yerləşən ümumi sahəsi 74.35 kv/m olan 33 saylı mənzildən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi **********UM33704 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Qeyd: Digər vərəsələr X9, X12, X15 və X7 düşən 1/7 hissə paylara gələcəkdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh ilə X6 xx.xx.2006-cı il tarixdə nikah bağlamaqla evlənmiş, onların birgə münasibətindən xx.xx.2005-ci il tarixdə X5, xx.xx.2012-ci il tarixdə X18, xx.xx.2015-ci il tarixdə X21 adlı uşaqları doğulmuşdur. X13 birinci arvadı olmuş X14 ilə birgə nikahından isə xx.xx.1991-ci il tarixdə Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, xx.xx.1994-cü il tarixdə İddiaçı3, xx.xx.1997-ci il tarixdə İddiaçı2 doğulmuşdur. X23 xx.xx.2021–ci il tarixdə ölmüşdür. X2 ünvan 2 ünvanında yerləşən mənzil, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobil miras qalmışdır. X20 ölümündən 16 gün əvvəl, xx.xx.2021-ci il tarixdə Cavabdeh bağışlanmış ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi olmuşdur. X13 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı Cavabdeh və 6 nəfər uşağı: İddiaçı1, İddiaçı2, İddiaçı3, Nurlana Allahverdiyeva, Hüseyn Abdullayev, Aqşin Abdullayev daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(107)-385/2024 saylı 07 yanvar 2024-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzilə, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobilə münasibətdə iddiaçı Cavabdeh, X5, X18, X1 Şəbnəm Xanbaba qızı, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, İddiaçı3 X4 birinci növbəli qanun üzrə vərəsələri tanınması, X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzildən, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən, LF 7132E- 330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobildən Cavabdeh, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3, hər birinin payları 1/7 hissədə payının müəyyən edilməsi qət edilmişdir. İddiaçılar X6 tərəfindən Cavabdeh bağışlanmış ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına məcburi miras paylarının tamamlanaraq hər birinə 3000 (üç min) manat pulun cavabdehdən alınıb onlara ödənilməsini, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə etmələrinə cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, 24 may 2024-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamələrə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X13 vərəsələri: oğlu - İddiaçı3, qızı - İddiaçı1, qızı - İddiaçı2dır və onların miras əmlakdan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-385/2023 saylı icra vərəqəsinə (qətnaməsinə) əsasən 1/7 hissədə pay almalı olması göstərilmişdir. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X19 verilmiş **********96-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21 ünvanında yerləşən ümumi sahəsi 74.35 kv/m olan 33 saylı mənzildən ibarətdir. Cavabdeh tərəf isə iddianın 1-ci hissəsi üzrə icraata xitam verilməsini və iddia tələbinin qalan hissəsinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə qeyd edir ki, məcburi payın həcmi ilə bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Məcəllənin 1195-ci maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195-ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır. Bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən pay nisbəti mirasla (məcburi payla) bağlı ixtilafların həlli üçün kifayət deyil. Həmin norma ilə yanaşı Məcəllənin 1151.1, 1195, 1196 və 1200-cü maddələri birlikdə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1200-cü maddəsi məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən 10 sot torpaq sahəsinin yerindən asılı olaraq 1 sotun qiyməti 2500 (iki min beş yüz) manat olmaqla, 10 sot torpağın bazar qiyməti 25.000 (iyirmi beş min) manat dəyərindədir. Məhkəmə, xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin rəyində göstərilmiş qiymətləri sübut kimi qəbul etmişdir. Beləliklə, X6 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh bağışlanmış ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin qiyməti 25.000 manat olduğundan, X3, X8, X11, İddiaçı2, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, İddiaçı3 həmin torpaq sahəsindən hər birinin payı 1/14 hissədə müəyyən edildiyindən, həmin şəxslərin həmin torpaq sahəsindən payının dəyəri 1786 (25.000/14≈1786) manat müəyyən edilir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan iddiaçıların istifadə etmələrinə cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması hissəsində əsaslıdır. Belə ki, iddiaçılara həmin əmlak üzrə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikası mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddənin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə işin müəyyən olunmuş hallarına tətbiq edilməli hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Cavabdeh X6 tərəfindən Cavabdeh bağışlanmış ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına məcburi miras paylarının tamamlanaraq iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 hər birinə 1786 (bir min yeddi yüz səksən altı) manat pul alınaraq ödənilməli, iddiaçıların ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə etmələrinə cavabdeh tərəfindən olan maneələr aradan qaldırılmalıdır. Odur ki, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh qarşı iddiası qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə məhkəmə məhkəmə xərcləri ilə bağlı hissəyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, kredit haqqında bildirişlərdən və mədaxil qəbzindən görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 hər biri tərəfindən göstərilən hüquqi yardıma görə 300 manat olmaqla, cəmi 900 (doqquz yüz) manat məbləğində pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxan tərəfə verilməsini qərara alır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının məhkəyə müraciət etmək üçün vəkilə xidmət haqqı kimi ödədiyi 900 (doqquz yüz) manat qonarar məhkəmə xərcləri hesab edilməli və cavabdehdən alınıb iddiaçıya verilməlidir. iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və cavabdehdən dövlət rüsumun 73.58 (yetmiş üç manat əlli səkkiz qəpik) manat hissəsi alınıb iddiaçılara verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. X6 tərəfindən Cavabdeh bağışlanmış ünvan 7 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 məcburi miras payları hər birinə 1786 (bir min yeddi yüz səksən altı) manat məbləğində müəyyən edilməklə tamamlansın. Cavabdeh cəmi 5358 (beş min üç yüz əlli səkkiz) manat məbləğində pul alınıb, hər birinə 1786 (bir min yeddi yüz səksən altı) manat olmaqla, iddiaçılar İddiaçı2 , İddiaçı1 və İddiaçı3 verilsin. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə etmələrinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 hər biri tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat, cəmi 900 (doqquz yüz) manat məbləğində məhkəmə xərci alınıb iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 73.58 (yetmiş üç manat əlli səkkiz qəpik) manat məbləğində hissəsi Cavabdeh alınıb iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar