Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1043/2021 05.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktında düzəliş edilməsinə dair iddia ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktında düzəliş edilməsinə dair şəhadətnamənin ləğv edilməsi və miras əmlak üzrə mülkiyyət payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə ərizəçinin tələbi, onun öz tələblərini əsaslandırdığı hallar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya notariat qaydada təsdiqlənmiş sürətləri təqdim edilir. Ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən edildi ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçiyə məxsus doğum haqqında şəhadətnamənin əsli və ya lazimi qaydada təsdiq olunmuş surəti işə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən Ərizəçi ərizəsi geri qaytarılmalıdır. Həmçinin, ərizəçiyə izah olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktında düzəliş edilməsinə dair şəhadətnamənin ləğv edilməsi və miras əmlak üzrə mülkiyyət payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov Mingəçevir şəhəri 1-ci GÜnəş döngəsi ev 14 X3 Mingəçevir şəhər məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2 (051)-2912 saylı qərardadın surəti, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Sizə göndərilir. Qoşma: qərardadın surəti, ərizəniz və ona əlavə olunmuş sənədlər - cəmi “ ” vərəqədə. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov Mingəçevir şəhəri 1-ci GÜnəş döngəsi ev 14 X3 Mingəçevir şəhər məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2 (051)-2912 saylı qərardadın surəti, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Sizə göndərilir. Qoşma: qərardadın surəti, ərizəniz və ona əlavə olunmuş sənədlər - cəmi “ ” vərəqədə. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov İş № 2 (051)-2912/2018 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 05 noyabr 2018-ci il Mingəçevir şəhəri Mingəçevir şəhər məhkəməsi Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X4, İddiaçı X1 X7 və qeyrilərinəna qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və miras əmlak üzrə mülkiyyət payının müəyyən edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxılır. İclas saat 15:00-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və iddiaçı X1 X7 və qeyrilərinəna qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və miras əmlak üzrə mülkiyyət payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxılacağını elan edir. Sədrlik edən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirir. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıdır. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması haqqında qərardadı oxuyub elan edir. Sədrlik edən məhkəmə iclasını saat 15:15-də bağlı elan edir. Protokol 05.11.2018-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №2(051)-1043/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1043/2021
05.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver