Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-108/2023 25.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh-nin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh-nə qarşı qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh-nə qarşı qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək, tərəflər arasında mübahisənin könüllü həll olunduğu üçün iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçı mübahisənin könüllü həll olunduğu üçün işin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh-nin nümayəndəsi Vəkil mübahisənin məhkəmədənkənar həll edildiyi üçün iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirmiş və və işə mahiyyəti üzrə baxılmasına təkid etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh-nə qarşı qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-108/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-108/2023
25.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver