Məhkəmə qərarları › İş №2(051)-1094/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1094/2023

18.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1094/2023 18.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 ünvan 1 ünvandakı mənzilindən istifadə hüququna xitam verilməsi haqda məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi İddiaçı yaşadığı ünvan 2 ünvandakı mənzil adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınaraq ona tam xüsusi mülkiyyətində olmasına dair DƏDRX-nin **********89-05101-093021 reyestr nömrəli Çıxarış verilmişdir. Həmin mənzildə İddiaçı, X8, X4, X5 faktiki yaşayırlar. Cavabdeh1 və X6 müvəkkilinin bacıları olmuş və həmin mənzilin onun adına özəlləşdirilməsinə notarial qaydada təsdiqlənmiş razılıq vermişlər. Cavabdehlər iddiaçının bacıları olmaqla ailə tərkibinə daxil deyildir və 2000-ci ildən rəsmi nikaha girdikdən mənzili tərk etdikdən sonra iddiaçı ilə birgə yaşamır və həmin mənzilə pasport qeydiyyatına olması formal xarakter daşıyır və mənzillə bağlılığı qalmamışdır. Bu qənaətə gəlmək olar ki, cavabdehlər nikaha girməklə mənzildən istifadə imkanlarından könüllü imtina etmiş və uzun müddətdir ki, Bakı şəhərində yaşayır. İddiaçı ilə cavabdehlər arasında mənzildən istifadə edilməsinə dair heç bir hüquqi razılaşma yoxdur və onların yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbi əsaslı əsaslıdır. Beləliklə hesab edir ki, cavabdehlər Cavabdeh1 və X1 ünvan 2 ünvandakı mənzilindən istifadə hüququna xitam verilməsi məhkəmə qaydasında mümkündür. Ona görə də məhkəmədən cavabdehlər Cavabdeh1 və X1 ünvan 1 ünvandakı mənzilindən istifadə hüququna xitam verilməsi haqda məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Buna baxmayaraq məhkəmə MPM-nin 185.5ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi və tam mülkiyyətindədir. İşə əlavə olunmuş Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı Kombinatı 3 saylı MİS tərəfindən verilmiş 81 №-li xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 və Əhmədova X2 şəhər ünvan 4 ünvanda yaşamırlar. İşə əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 5 ünvanında İddiaçı, Cavabdeh1, X4, X5, Cavabdeh2, X8 qeydiyyatdadırlar. Beləliklə məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun itirilməsi məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil tərəflərin atalarının icarəsində olmuş və cavabdehlər həmin mənzildə doğulmuş və icarədarın ailə üzvləri olmaqla həmin mənzildə həmin vaxtdanda istifadə hüquqları olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 1999-cu il tarixdə, X6 isə 2000-ci il tarixdə ailə quraraq həmin tarixlərdən daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə Bakı şəhərinə köçərək orada yaşamışlar. Hal-hazırda cavabdehlər Cavabdeh1 və X6 mübahisəli mənzildə yaşamamalarına baxmayaraq formal olaraq qeydiyyatdadır. Hazırkı mübahisə, iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən mənzillə bağlı olub, cavabdehin istifadə hüuquna kompensasiya verilmədən xitam verilməsi ilə bağlıdır. Tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən əvvəl yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməsi və mübahisənin 2000-ci il sentyabrın 1-dən əvvəl qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2000-ci il sentyabrın 1-dən əvvəl qüvvədə olan Maddə 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (ərini) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci və 2-ci hissələrinə hissəsinə görə İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir Həmin Məcəllənin Maddə 87-ci maddəsinə əsasən Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İş materiallarından da görünür ki, cavabdehlər mübahisəli mənzildə istifadə hüquqları olmuş, lakin ailə həyatı quraraq daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə Bakı şəhərinə köçərək orada yaşamışlar. Odur ki, məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, Cavabdeh1 1999-cu il tarixdən, X6 isə 2000-ci il tarixdən mübahisəli mənzilə istifadə hüquqları itirilmişdir. Həmçinin cavabdehlərin mübahisəli mənzilə dair iddiaçı yaxud hər hansı şəxslə müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə faktiki qeydiyyatda olsa belə, bu hallar da cavabdehlərin mübahisəli mənzillə bağlı hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması da iddiaçının mənafeyinə zərər vura biləcək hallardır. Çünki, bu hal mübahisəli mənzilin mülkiyyətçisinin mənzil üzərindəki mülkiyyət hüquqlarını poza bilər. Cavabdehlərin mübahisəli mənzildə uzun müddət yaşamaması ilə yanaşı, onların mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Eyni zamanda, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzil üzrə pasport qeydiyyatına alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. İddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehlərin onun mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüququn itirilməsi və ya həmin hüquqa xitam verilməsi də mümkünsüz olduğundan iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Eyni zamanda, cavabdehlər mübahisəli mənzildən istifadə hüququnun yaranmamasına, həmin mənzillə hər hansı fiziki və hüquqi bağlılığının olmamasına baxmayaraq, cavabdehlər həmin mənzildə pasport qeydiyyatında olmaqda davam edir və onun həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşısa da, hər bir halda iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatında olması məsələsinə də hüquqi qiymət verilməli və hazırki qətnamə onların mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli və qətnamə cavabdehlər Cavabdeh1 və X1 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən cavabdehlərin; Cavabdeh1 və X1 pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar