Məhkəmə qərarları › İş №2(051)-1143/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1143/2020

07.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1143/2020 07.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə olan payın müəyyən edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə olan əmlakın naturada bölgüsü, payın müəyyən edilməsi, birgə mülkiyyətə xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək birgə mülkiyyətdə olan əmlaka onun ikidə bir hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Kür küçəsində yerləşən 10 №li fərdi evin və evin yerləşdiyi 0.17 ha torpaq sahəsi onun və Cavabdeh ümumi birgə mülkiyyətindədir. Cavabdeh onun ögey oğludur. Hazırda cavabdehlə birlikdə bir evdə yaşaya bilmir. Ona görə də öz payının müəyyən edilərək, gələcəkdə isə naturada paylarının ayrılması qərarına gəlmişdir. Payı müəyyən olunmadığına görə naturada da ayrılması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdu. İddianın təmin olunmasını, ümumi birgə mülkiyyətdə olan Mingəçevir şəhəri Kür küçəsində yerləşən 10 №li evin və evin yerləşdiyi 0.17 ha torpaq sahəsinin ikidə bir hissəsinə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Kür küçəsi 10 №li ev və 0.17 ha torpaq sahəsi İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3 maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı ümumi birgə mülkiyyətdə olan əmlaka payının müəyyən olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, ünvan 1 0.17 ha torpaq sahəsi tərəflərin ümumi mülkiyyətindədir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlıdır, ona görə də iddia təmin olunmalı, tərəflərin ümumi mülkiyyətində olan ünvan 1 0.17 ha torpaq sahəsinin ikidə bir hissəsi iddiaçının payı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. ünvan 1 həmin ünvanda yerləşən 0.17 ha torpaq sahəsinin ikidə bir hissəsi İddiaçı payı müəyyən edilsin. . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar