Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1152/2023 13.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X1 Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı: İddiaçı2 və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan payların naturada bölünməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan payların naturada bölünməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 saylı binanın 15-ci mənzilinin iki otaqdan ibarət 34,3 kvm olan yaşayış sahəsində onların ¼ hissədə olan paylarının naturada bölünərək mülkiyyətə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 saylı binanın 15-ci mənzilinin 2 otaqdan ibarət 34,3 kvm olan yaşayış sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh birgə əmlakıdır. İddiaçı1 iddiası əsasında Mingəçevir şəhər məhkəməsi yaşayış sahəsinə payların müəyyən edilməsi tələbinə dair mülki işə baxaraq həmin mənzilin bölgüsünü aparmış və mənzilin iki otaqdan ibarət 34,3 kvm olan yaşayış sahəsinə hər birinin ¼ hissədə paylar müəyyən edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli 2(051)-222/2023 saylı qətnamə çıxarılmışdır. Qətnamə qanun qüvvəsini almışdır. Payların naturada bölünmədən birgə yaşayış mümkün deyildir. Ona görə də yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi məsələsinin həll edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 saylı binanın 15-ci mənzilinin iki otaqdan ibarət 34,3 kvm olan yaşayış sahəsində onların ¼ hissədə olan paylarının naturada bölünərək mülkiyyətə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavadzadə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin əvvəki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, qeyd olunan mənzil onların paylı mülkiyyətindədir. Həmin mənzili onun atası almışdır. Onların məqsədi onu evsiz qoymaqdır. O, həmin mənzilin naturada bölünməsinə razı deyildir. Ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 63,80 kvadrat metr olan Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 42, mənzil 15, Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzil üzərində X2 (11,3 kvm olmaqla), İddiaçı1 (34,3 kvm olmaqla), İddiaçı2 (34,3 kvm olmaqla), İddiaçı3 (34,3 kvm olmaqla) və Cavabdeh (34,3 kvm olmaqla) payları müəyyən olunsa da, İddiaçı1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022–ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-222/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 nömrəli evin 15 nömrəli mənzilinin 34,3 kvm yaşayış sahəsində dörddə bir hissədə İddiaçı1, dördə bir hissədə İddiaçı2, dörddə bir hissədə Cavabdeh və dörddə bir hissədə İddiaçı3 payları müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023–cü il tarixli, 10/5579 nömrəli ekspert rəyindən görünür ki, Mingəçevir şəhəri Təbriz küçəsi ev 42, mənzil 15 yeni qaydalarla AZ 4508, ünvan 2 ünvanda yerləşən mənzilin tərəflər arasında ¾ və ¼ paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə (ayrılması) bölünməsi, İnşaat, Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Mingəçevir şəhəri Təbriz küçəsi ev 42, mənzil 15 yeni qaydalarla AZ 4508, ünvan 2 ünvanda yerləşən mənzilin tərəflərin paylarına uyğun olaraq bölgüsü müFmkün olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, Mingəçevir şəhəri Təbriz küçəsi ev 42, mənzil 15 yeni qaydalarla AZ 4508, ünvan 1 ünvanında yerləşən mənzil üzərində X2 (11,3 kvm olmaqla), İddiaçı1 (34,3 kvm olmaqla), İddiaçı2 (34,3 kvm olmaqla), İddiaçı3 (34,3 kvm olmaqla) və Cavabdeh (34,3 kvm olmaqla) payları müəyyən müəyyən edilməklə həmin mənzilin üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli mənzilin yaşayış sahəsi üzrə paylar müəyyən olunsa da, mənzilin köməkçi sahələri ümumi istifadədə qalmışdır. Belə olan halda tərəflər ümumi mülkiyyətdə olan mənzildən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçıların ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçıların öz payının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmışdır. İş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, Mingəçevir şəhəri Təbriz küçəsi ev 42, mənzil 15 yeni qaydalarla AZ 4508, ünvan 2 ünvanda yerləşən mənzilin tərəflər arasında ¾ və ¼ paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə (ayrılması) bölünməsi, İnşaat, Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–in 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan mənzildən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Lakin iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunduğu kimi payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığından, iddiaçıya düşən pay naturada ayrılmamalıdır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mənzilin bölgüsü zamanı tərəflərin hər birinin sərəncamına yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Mingəçevir şəhəri Təbriz küçəsi ev 42, mənzil 15 yeni qaydalarla AZ 4508, ünvan 2 mənzilə isə yalnız bir giriş-çıxış yolunun olması, tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, hamam, dəhliz və s.) yeganə olması mənzilin naturada bölünməsini istisna edir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci iddiaçılardan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan payların naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrazılzadə
Məhkəmə qərarları › İş №2(051)-1152/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1152/2023
13.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver