Məhkəmə qərarları › İş №2(051)-1188/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1188/2023

18.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1188/2023 18.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri Puşkin küçəsi 8 saylı evin, 8 saylı mənzilindən kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Belə ki, həmin qeyd olunan mənzilə Mingəçevir RDTİ VƏ MHQİ təşkilatı tərəfindən verilmiş 28092 qeydiyyat nömrəsi olan, daşınmaz əmlakın ümumi sahəsi 46,2 olan yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzilə xx.xx.1992-ci il tarixdə mülkiyyət hüququdaşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzil onun tam mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən xüsusi mülkiyyətində olan mənzilində xx.xx.1974-cü il təvəllüdlü X5, xx.xx.1995-ci il təvəllüdlü X2 xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh mənzildə qeydiyyatdadır. xx.xx.1995-ci il təvəllüdlü qızı X3 2015-ci ildən Gürcüstan Respublikasında yaşayır, orada ailə qurmuş və 3 övladı vardır. Qızı Cavabdeh Gürcüstan Respublikası Sadareci rayonu Tüllər kəndində ailəsi ilə birlikdə ayrıca evləri vardır və orada yaşayırlar. Hazırda iş üzrə cavabdeh X3 formal olaraq onun evində qeydiyyatdadır. Lakin cavabdeh 2015-ci ildən onun mənzildndə yaşamır. Hazırda Cavabdeh ona məxsus ünvan 1 ünvanda yerləşən mənzilində qeydiyyatda olması oun hüquqlarını məhdudlaşdırır və mənzilə dair sərbəst sərəncam verməyə imkan vermir. Hazırda qeyd olunan mənzili satmaq istəyir. Lakin Cavabdeh Gürcüstan Respublikasında olması və quru yollarının bağlı olması və onun azyaşlı uşaqlarının olması ilə əlaqədar heç bir sənədləşdirmə işləri aparmaq mümkün deyildir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı və nümayəndəsi və vəkili Vəkil da ərizənin məzmununa uyğun izahat verərək Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının, nümayəndəsinin və vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ Mingəçevir RDTİvə MHQİ tərəfindən verilmiş xx.xx.1992-ci il tarixdə 280/92 nömrəsi ilə daşınmaz əmlkaın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X2, X4, Cavabdeh və X1 şəhəri, X7 küçəsi ev 8, mənzil 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri Aleksandır Puşkin küçəsi ev 8, mənzil 8 də baxış keçirilmiş Cavabdeh bu mənzildə qeydiyyatda olmasına baxmayaraq yaşamaması aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisəli mənzil İddiaçı Mingəçevir RDTİ və MHQİ tərəfindən 280/92 qeydiyat nömrəsi ilə xx.xx.1992-ci il tarixdə qeydiyyat vəsiqəsi əsasında verilmişdir. Göründüyü kimi mənzil şəxsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin məzildə yaşamadığı müəyyən edilmişdir. Məhkəmə iddianın qanuni həll edilməsi üçün ilk növbədə cavabdehin mübahisəli mənzilə yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən iddiaçı tərəfindən mübahisələndirilən mənzilə cavabdehin istifadə hüququnun mövcud olmasına və həmin hüquq əsasında kompensasiya verilmədən istifadə hüququna xitam verilməsinə dair əsaslarının mövcud olmasının sübutetmə yükü iddiaçının, lakin istifadə hüququna kompensasiya verilmədən xitam verilməsinə dair əsaslarının mövcud olmamasının sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, mənzil 20 avqust 1992-ci il tarixdə 280/92 saylı qeydiyyat vəsqisəi əsasında əldə edildiyindən, mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 6-cı hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mübahisəli mənzildə qeydiyyatda olan hazırkı iş üzrə cavabdeh olan Cavabdeh 2015-ci ildən Mingəçevir şəhəri, Puşkin küçəsi 8 saylı evin, 8 saylı mənzili könüllü tərk edərək, yəni ailə quraraq mənzildən köçmüş Gürcüstan Respublikasına köçmüşdür. Belə ki, daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə gedən cavabdeh şəxsin yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, o, Mingəçevir şəhəri, Puşkin küçəsi 8 saylı evin, 8 saylı mənzilindən istifadə hüququnu itirmiş hesab edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Mingəçevir şəhəri, Puşkin küçəsi 8 saylı evin, 8 saylı mənzil İddiaçı mülkiyyətindədir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi Cavabdeh münasibətdə kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi – cavabdehin kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi tələbi, cavabdehin istifadə hüququ itirildiyindən təmin edilməməlidir. Cavabdehin istifadə hüququnun itirilməsi, onun Mingəçevir şəhəri, Puşkin küçəsi 8 saylı evin, 8 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Hazırkı qətnamə Cavabdeh Mingəçevir şəhəri, Puşkin küçəsi 8 saylı evin, 8 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar