Məhkəmə qərarları › İş №2(051)-1194/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1194/2025

17.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1194/2025 17.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mingəçevir şəhəri, Y.Muradov küçəsi 45 saylı evin, 31 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 Mingəçevir şəhəri, Y.Muradov küçəsi 45 saylı evin, 31 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair mülki iddiası üzrə cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 24 yanvar 1985-ci il 20 saylı qərarına əsasən Mingəçevir şəhəri 2-ci Sağ Sahil küçəsi 11 saylı binanın 31 saylı mənzili (hazırda Y.Muradov 45 mənzil 31) 4 nəfər ailə üzvüylə X14ə verilmişdir. Onun adı həmin orderdə vardır. Mənzildə iddiaçı, qardaşı və bacısı uşaqları qeydiyyatda olsa da, cavabdehlər olan həmin şəxslər bu ünvanda uzun müddətdir ki, yaşamırlar. Onlar daimi olaraq onun mənzilini tərk etmişlər. Mənzilində onlara məxsus hər hansı əşya yoxdur. Əlavə olaraq onu bildirir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 bacısı Samirənin uşaqlarıdır. Bacısı Samirə əri Şahinlə evləndikdən sonra Mingəçevir şəhəri Z.Həsənova küçəsi 11 a saylı evin 2 saylı mənzilinə gəlin köçmüşdür. Onların qızları Zeynəb isə evlənmiş və ailəsi ilə birlikdə yaşayır. 9 saylı MİS-in nümayəndələri həmin ünvanda olmuş və müəyyən etmişlər ki, həqiqətən də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 uzun müddətdir bu mənzildə yaşamırlar. İddiaçı ilə bir binada yaşayan qonşuların iştirakı ilə buna dair akt tərtib olunaraq iddiaçıya verilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bununla belə, bildirmişdir ki, cavabdehlər həmin mənzildə qeydiyyatda olsalar da, uzun müddətdir ki, orada yaşamırlar. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddiaçının Samirə adlı bacısının uşaqlarıdırlar. Arif atasının yanında qalır, Zeynəb artıq ərə getmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 iddiaçının övladlarıdır. Onlar ümumiyyətlə sözügedən mənzildə yaşamamışlar. Həmçinin iddia tələbinin dəqiqləşməsinə dair ərizə verərək həmin ərizənin də qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bununla belə Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, bildirmişdir ki, iddiaçı Xəqani Mustafalının iddiasını qəbul edir. Belə ki, həmin mənzildə həqiqətən də yaşamırlar, həmçinin iddianın təmin edilməsinə etiraz etmir. Lakin digər cavabdehlər gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə iclası zamanı şahid X10 izahatında bildirdi ki, İddiaçı qonşusudur. Onun atası- Nazir ölüb, anası Nailə ilə birlikdə yaşayır. Sözügedən mübahisəli mənzildə onlardan başqa iddiaçının X5 yaşayır. Cavabdehlərin isə həmin mənzilə gediş-gəlişləri vardır. Cavabdehlər Zeynəb və Arif qonaq kimi gəlib-gedirlər. Özlərinin həyət evləri var. Cavabdehlərin orada qeydiyyatda olub-olmamaları haqqında dəqiq məlumatı yoxdur. İddiaçı Fəqani özü Rusiyadadır, oraya gedib-gəlir. Samirə isə Arif və Zeynəbin anasıdır. Samirənin qızı Zeynəb ərə gedib, oğlu Arif isə xaricdə təhsil alır. Samirə və Şahin öz evlərində- Samirənin gəlin köçdüyü qonşuluqdakı binada yaşayırlar. Mustafalı Sədi iddiaçı Fəqaninin qardaşıdır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid X1 izahatında bildirdi ki, İddiaçı qonşusudur. Belə ki, Mingəçevir şəhəri, Y.Muradov küçəsi 45 saylı evin, 31 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Anası Nailə sağdır, iddiaçı ilə birlikdə yaşayır. X14 isə iki il olar ki, vəfat etmişdir. Onların iki oğlanları- Fəqani və Sədi, həmçinin iki qızları-Kəmalə və Samirə vardır. Kəmalə Ağdaş rayonu, Ləki kəndinə gəlin köçmüş, o vaxtdan orda yaşayır. Samirə də ərə gedənədək onlarla birgə sözügedən mübahisəli mənzildə yaşamışdılar. Lakin evləndikdən sonra həmin evin arxasında yerləşən binaya gəlin köçmüş, orada yaşamağa başlamışdır. Belə ki, qonşular Samirənin qaynanası və qaynatası vəfat edəndə onlara, yəni Samirənin yaşadığı evə getmişlər, həmin ev həyət evidir. Hazırki mübahisəli mənzildə Fəqaninin anası Nailə, iddiaçı Fəqani və Fəqaninin oğlu yaşayır. Fəqaninin oğlu Əlidən başqa onların heç bir nəvəsini tanımamışlar. Onlar bütün qonşularla birlikdə həmin ailəni yaxşı ailə kimi tanıyırlar. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan 28 yanvar 1985-ci il tarixli, 1989 №li orderindən görünür ki, Mingəçevir şəhəri, Y.Muradov küçəsi 45 saylı evin, 31 saylı mənzili X3 verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 211№li arayışdan görünür ki, Mingəçevir şəhəri, Y.Muradov küçəsi 45 saylı evin, 31 saylı mənzili X2 adınadır. Aşağıdakı şəxslər yaşayış hüququ olmaqla qeydiyyatdadırlar: 1. X9 2. X6 3. Cavabdeh1 4. Cavabdeh2 5. X4 6. Cavabdeh3 7. X7 8. İddiaçı 9. Cavabdeh4. İşdə olan xx.xx.2024-cü il tarixli, 9 saylı MİS tərəfindən yazılmış aktdan görünür ki, MİS-in əməkdaşları Mingəçevir şəhəri, Y.Muradov küçəsi 45 saylı evin, 31 saylı mənzilində yoxlamada olmuşlar. Yoxlama zamanı qonşularla aparılan şifahi söhbətdən və MİS-də olan məlumatlardan məlum oldu ki, xx.xx.1999-cu il tarixdə doğulmuş Cavabdeh1, xx.xx.2001-ci il tarixdə doğulmuş Cavabdeh2, xx.xx.2004-cü il tarixdə doğulmuş Cavabdeh3, xx.xx.2001-ci il tarixdə doğulmuş Cavabdeh4 bu mənzildə qeydiyyatda olduğuna baxmayaraq, uzun zamandır ki, bu mənzildə yaşamırlar. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisəli mənzil xüsusi təyinatlı yaşayış sahəsi olan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 24 yanvar 1985-ci il tarixli 20 saylı qərarına əsasən Mingəçevir şəhəri, 2-ci Sağ Sahil küçəsi, 11 saylı binanın 31 saylı mənzili yeni qaydalarla Mingəçevir şəhəri, Y.Muradov küçəsi 45 saylı evin, 31 saylı mənzil X3 verilmişdir. Hal-hazırda cavabdehlər Cavabdeh2, Cavabdeh3 2006-cı il tarixindən və Cavabdeh4 2003-cü il tarixində mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin mənzildə yaşamadıqları müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş akt və şahidlər tərəfindən məhkəmə iclası zamanı verilən izahatdan aydın olur ki, cavabdehlər heç vaxt mübahisəli mənzildə yaşamamışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Mingəçevir şəhəri, 2-ci Sağ Sahil küçəsi, 11 saylı binanın 31 saylı mənzili yeni qaydalarla Mingəçevir şəhəri, Y.Muradov küçəsi 45 saylı evin, 31 saylı mənzili İddiaçı mərhum atası X3 Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 24 yanvar 1985-ci il tarixli 20 saylı qərarına əsasən verilmiş X3 adına verilmiş 1989 №li order əsasında mənsub olmuş, o isə iki ilə yaxın müddətdir ki, vəfat etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mənzilin sahiblik edən şəxs kimi cavabdehlər, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. İş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhəri, 2-ci Sağ Sahil küçəsi, 11 saylı binanın 31 saylı mənzili yeni qaydalarla Mingəçevir şəhəri, Y.Muradov küçəsi 45 saylı evin, 31 saylı mənzil iddiaçının faktiki sahibliyindədir. Cavabdehlər hazırda həmin mənzildə pasport qeydiyyatındadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırkı iş üzrə faktiki hallar əsasında digər üçüncü şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimlənir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Həmçinin Qərarda göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Müvafiq qərarın hazırkı işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının sahibliyində olan mənzildə hər hansı bir əmlak hüququnun olması və qeydiyyatda olduğu ünvanda yaşamağı müəyyən olunmur. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 iddiaçının qardaşının oğlu, cavabdeh- Cavabdeh3 bacısı oğlu, Cavabdeh4 iddiaçının bacısı qızıdır və hazırda həmin ünvanda faktiki yaşamırlar. 9 saylı MİS tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən Mingəçevir şəhəri, 2-ci Sağ Sahil küçəsi, 11 saylı binanın 31 saylı mənzili yeni qaydalarla Mingəçevir şəhəri, Y.Muradov küçəsi 45 saylı evin, 31 saylı mənzildə yoxlamada oldular, yoxlama zamanı özünün və qonşuların dediklərinə əsasən məlum oldu ki, xx.xx.1999-cu il tarixdə doğulmuş Cavabdeh1, xx.xx.2001-ci il tarixdə doğulmuş Cavabdeh2, xx.xx.2004-cü il tarixdə doğulmuş Cavabdeh3, xx.xx.2001-ci il tarixdə doğulmuş Cavabdeh4 bu mənzildə qeydiyyatda olduğuna baxmayaraq, uzun zamandır ki, bu mənzildə yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Cavabdehlərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi – istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi, cavabdehin istifadə hüququ mövcud olmadığından təmin edilməməlidir. Cavabdehlərin istifadə hüququnun olmasının müəyyən edilməsi, onun Mingəçevir şəhəri, 2-ci Sağ Sahil küçəsi, 11 saylı binanın 31 saylı mənzili yeni qaydalarla Mingəçevir şəhəri, Y.Muradov küçəsi 45 saylı evin, 31 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Hazırkı qətnamə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mingəçevir şəhəri, 2-ci Sağ Sahil küçəsi, 11 saylı binanın 31 saylı mənzili yeni qaydalarla Mingəçevir şəhəri, Y.Muradov küçəsi 45 saylı evin, 31 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar