Məhkəmə qərarları › İş №2(051)-1226/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1226/2021

09.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1226/2021 09.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi: Ərizəçi «akta düzəliş edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, doğum akt qeydində doğum tarixinə düzəliş edilməsi, yəni doğum akt qeydində xx.xx.1964-cü il yazılması, soyadının Mustafayeva kimi yazılması dəyişikliklərə müvafiq olaraq yeni şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırır ki, xx.xx.1964-cü il tarixdə Ağdam rayonu, Yusifcanlı kəndində anadan olmuşdur. O, Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə təkrar doğum haqqında şəhadətnamənin almaq üçün müraciət etsə də, oradan ona sənədlərdə uyğunsuzluq olduğundan, belə ki, şəxsiyyət vəsiqəndəki doğum tarixində xx.xx.1964-cü il doğum akt qeydində yazılan doğum tarixi (01.06.1964-cü il ) arasında uyğunsuzluq təşkil etdiyindən yəni doğum tarixi 01.06.1964-cü il qeyd olunduğu üçün və həmçinin soyadının səhvən Mustafayeva əvəzinə Musdifaeva kimi yazıldığı üçün ona təkrər doğum haqqqında təkrar şəhadətnaməni vermək mümkün olmadığını, bunun üçün məhkəməyə müraciət etməyi məsləhət görüldü. O, 1988-ci ildə ailə həyatı qurmuşa və nikah haqqında şəhadətnamədə onun doğum tarixi xx.xx.1964-cü il kimi əks olunub. O vaxtlar nikaha daxil olarkən SSSR pasportu əsasında daxil olmuşa və təbii ki, pasportda olan doğum tarixində nikah akt qeydi və şəhadətnaməsində yazılıb. Bundan əlavə SSSR pasportunu da doğum haqqında şəhadətnaməyə əsasən yazırdılar. Yəni bildirmək istəyir ki, onun adına yazılan doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1964-cü il yazılmışdır. Hətta övladı X3 01.07.1987- ci il tarixdə Ağdam rayonu, Novruzlu İcra Nümayəndəliyi tərəfindən yazılan doğum haqqında akt qeydində də onu ana kimi xx.xx.1964-cü il təvəllüdlü qeyd ediblər. Bundan əlavə onun doğum haqqında akt qeydinin özündə 17-ci (uşağın doğulmasına dair təqdim edilən sənəd) qrafada “Novruzlu həkim məntəqəsinn 28.05.1964-cü il tarixli arayış” sözləri yazılıb. Bu 17-ci qrafada yazı elə özü təsdiq edir ki onun doğum tarixini səhvən 01.06.1964-cü il yazılıb. Çünki həmin sənədi 28.05.1964-cü il doğulan uşaq heç cür 01.06.1964-cü il təvəllüdlü ola bilməzdi. Ona doğum haqqında şəhadətnaməni düzgün təvəllüd və soyadıla dəyişiklik etmək ona görə lazımdır ki, onun məlumatlarım DİN-nin İnformasiya bazasında ziddiyyətli məlumat kimi əks olunur və ona hər hansı bir problemlə dövlət idarələrinə (sosial, notarius, və s.) hər hansı bir işilə yaxınlaşdığında şəxsi məlumatlarım portalda səhv göstərir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də doğum akt qeydində doğum tarixinə düzəliş edilməsi, yəni doğum akt qeydində doğum tarixnin xx.xx.1964-cü il yazılması, soyadının Mustafayeva kimi yazılması dəyişikliklərə müvafiq olaraq yeni şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Mingəçevir Regional “Asan Xidmət” X1 14 aprel 2021-ci il tarixli məktubundan görünür ki, doğum barədə heç bir akt qeydi aşkar olunmadığı üçün məhkəməyə müraciət etməsi tövsüyyə olunur. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 01.06.1989-cu il tarixdə, X6 27.10.1990-cı il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş Qaçqınların və X4 üzrə Dövlət komitəsinin 03.05.2021-ci il tarixli 1086 saylı arayışından görünür ki, Mirzəyeva X2 şəhəri H.Aslanov küçəsi ev 4, mənzil 66 ünvanda yaşayır. Məhkəmə ərizəçinin və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: Ərizəçinin tələbi təmin edilsin. Ərizəçi adına xx xxx 1964-cü il tarixli doğum akt qeydi tərtib olunsun. Ərizəçi adına açılmış doğum akt qeydində soyadı qrafasında “Mustafayeva” kimi qeyd edilsin. Qətnamə akt qeydində müvafiq dəyişiklik edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar