Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-126/2022 06.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçılar: İddiaçı1 və İddiaçı2 qızının və onların vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 qızının cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə,həmçinin cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh2 qarşı mirasın faktiki qəbul edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 qızı cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, həmçinin cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin miras əmlak kimi onlar tərəfindən faktiki qəbul edilməsi faktının və həmin mənzildən ¾ hissədə İddiaçı1 və ¼ hissədə digər İddiaçı2 payının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı1 əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, mərhum Cavabdeh3 Muxtar oğlu ilə 1976-cı il tarixdə evlənmişdir. Birgə nikahlarından 31.05.1977-ci il Bəhram, 02.07.1980-ci il tarixdə Tehran, 09.04.1990-cı il tarixdə Arzu adlı uşaqları doğulmuşdur. Eləcə də, birgə nikah dövründə ərinin adına ünvan 1 ünvanında yerləşən mənzili almışdır. Uşaqları, Həmidov Bəhram Akif oğlu 09.03.2013-cü il tarixdə, Həmidov Tehran Akif oğlu 18.04.2021-ci il tarixdə, əri Cavabdeh3 Muxtar oğlu isə 06.02.2018-ci il tarixdə ölmüşdür. Hazırda mərhum Cavabdeh3 Muxtar oğlundan ünvan 1 ünvanında yerləşən və birgə nikah dövründə əldə edilmiş mənzilin ½ hissəsi miras qalmışdır. Miras açıldıqdan sonra həmin mənzildə o və qızı Arzu Həmidova yaşayır. X14 vəfat etdikdən sonra onun arvadı Cavabdeh2 iki övladı ilə birlikdə evdən çıxıb getmişdir. 2 ildən çoxdur ki, o və övladları sözügedən mənzildə yaşamırlar və onlar həmin mirası faktiki olaraq qəbul etməmişdirlər. Digər oğlu Tehran isə subay olmuşdur. Mübahisəli mənzil onun və qızı Arzu Həmidova tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 qızı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, mərhum Cavabdeh3 Muxtar oğlu ilə İddiaçı1 birgə nikahlarından doğulmuşdur. Onların birgə nikahlarından həmçinin iki oğulları da doğulmuşdur. Atası və iki qardaşı vəfat etmişdir. Mərhum atası ilə anası ailə qurduqdan sonra ünvan 1 ünvanında yerləşən mənzili almışdırlar. Atası rəhmətə getdikdən sonra miras mənzildə o və anası qalmışdır. Miras mənzilin bütün kommunal xərclərini atasının ölümündən o və anası ödəmişdir. Eləcə də, miras mənzilin abadlaşmasını və qorunub saxlanmasını anası ilə birlikdə o, təmin etmişdir. X9 vəfat etdikdən sonra onun həyat yoldaşı Cavabdeh2 iki uşağı ilə birlikdə evdən çıxıb getmişdir. Atasının ölümündən əvvəl onlar mübahisəli mənzildə yaşamırlar və onlar həmin mirası faktiki olaraq qəbul etməmişdirlər. Mübahisəli mənzil onun və anasının tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, həmçinin cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 Muxtar oğlu ilə X10 qızının nikahları 01.09.1976-cı il tarixdə Mingəçevir şəhərində bağlanmış və 259 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Həmidova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Həmidova (Məmmədova) Arzu Akif qızı 09.04.1990-cı il tarixdə, X6 02.07.1980-ci il tarixdə, X5 isə 31.05.1977-ci il tarixdə Cavabdeh3 Muxtar oğlu ilə İddiaçı1 qızının birgə nikahından doğulmuşdurlar. İş materiallarında olan Rusiya Federasiyası Belqorod vilayətinin Belqorod administrasiyası tərəfindən verilmiş ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X6 18.04.2021-ci il tarixdə, X5 isə 09.03.2013-cü il tarixdə vəfat etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 17.05.2000-ci il tarixli 201 nömrəli qərar əsasında verilmiş 03437 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 18.01. 2006-cı il tarixdə Cavabdeh3 Muxtar oğlunun adına mülkiyyət hüququ əsasında 7135 nömrəli reyestrdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X4 nikahları 19.10.2010-cu il tarixdə Mingəçevir şəhərində bağlanmış və 409 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Həmidova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh3 Muxtar oğlunun barəsində “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində 23.10.2021-ci il tarixədək həmin şəxsə dair aparılmış yoxlama zamanı, arvadı İddiaçı1, oğlu X7 və qızı Həmidova (Məmmədova) Arzu Akif qızı barədə məlumatlar aşkar edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 Muxtar oğlu 06.02.2018–ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 28.09.2021-cı il tarixli, 1809 saylı cavab məktubundan görünür ki, 06.02.2018-ci il tarixdə vəfat etmiş Cavabdeh3 Muxtar oğlundan qalmış miras əmlaka vərəsələr arasında mübahisə olmasına baxmayaraq, İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış, ona AR MM-in 1291-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında akt qeydlərindən görünür ki, Cavabdeh4 xx.xx.2012-cı il tarixdə, Cavabdeh3 isə xx.xx.2011-ci il tarixdə X5 ilə Cavabdeh2 qızının birgə nikahından doğulmuşdurlar. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki Cavabdeh3 Muxtar oğlu ilə İddiaçı1 qızı 01.09.1976-cı tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından 31.05.1977-ci il tarixdə X5, 02.07.1980-ci il tarixdə X6,09.04.1990-cı il tarixdə Həmidova (Məmmədova) Arzu Akif qızı doğulmuşdur. Cavabdeh3 Muxtar oğlu isə 06.02.2018-ci il tarixdə ölmüşdür. Ondan ünvan 1 ünvanında yerləşən birgə nikah dövründə əldə edilmiş mənzilin ½ hissəsi miras qalmışdır. X5 09.03.2013-cü il tarixdə, X6 isə 18.04.2021-ci il tarixdə vəfat etmişdirlər. X5 ilə Cavabdeh2 rəsmi birgə nikahlarından xx.xx.2012-cı il tarixdə Cavabdeh4 və xx.xx.2011-ci il tarixdə Cavabdeh3 adlı uşaqları doğulmuşdur. X5 vəfat etdikdən sonra onun arvadı Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə mübahisəli miras mənzildən çıxıb getmiş və onun harada olması məlum deyildir. Mərhum Cavabdeh3 Muxtar oğlunun birinci növbəli vərəsəsi olan, X2 olduğundan və miras açıldıqdan sonra öldüyündən onun vərəsəsi qalmamış, digər birinci növbəli vərəsə X8 isə miras qoyandan əvvəl öldüyündən, onun azyaşlı uşaqları X6 və X8 birinci növbəli vərəsələridir. Mərhum Cavabdeh3 Muxtar oğlu tərəfindən vəsiyyətnamə verilməmişdir. Ona görə də onun ölümündən sonra onun yalnız birinci növbəli qanun üzrə vərəsələrinin dairəsinə arvadı, 1 nəfər uşağı, 2 nəfər nəvəsi daxildir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndələri Cavabdeh2 isə mirası nə faktiki, nə də qanunla müəyyən edilmiş müddətdə mirasın açıldığı yerin notariat ofisinə ərizə verməklə qəbul etməmişdir. Lakin qanun üzrə vərəsələr dairəsinə daxil olan digər birinci növbəli vərəsə olan iddiaçılar isə miras mənzildə yaşamaqla faktiki olaraq mirası qəbul etmişdir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici qüvvədə olan AR Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, mərhum Cavabdeh3 06.02.2018-ci il tarixdə vəfat etdiyindən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə 01.09.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. 01.09.2000-ci il tarixdən qüvvəyə minmiş olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən mirasın açıldığı yer, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Məhkəmə, həmçinin hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyi üçün miras əmlaka qanun üzrə vərəsəlik tətbiq edilməlidir. Məhkəmə, mübahisənin qanuni və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq belə hesab edir ki, mərhum Cavabdeh3 Muxtar oğlundan ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi miras qalmışdır. Məhkəmə, həmçinin mübahisənin qanuni və düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, mərhum Cavabdeh3 Muxtar oğlundan qalmış mirası, onun qanun üzrə birinci növbəli vərəsələri olan iddiaçılar qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq, yəni mübahisəli mənzildən miras açılan gündən başlayaraq, təyinatına uyğun qaydada istifadə etməklə faktiki olaraq qəbul etmişdirlər. Belə ki, iddiaçılar birinci növbəli qanun üzrə vərəsə kimi həm miras qoyanın sağlığında, həm də onun ölümündən sonra mübahisəli miras mənzildə yaşamışlar. Bununla da iddiaçılar mirası faktiki qəbul etmişlər. Lakin qanun üzrə birinci növbəli vərəsə olan cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndələri (anası) Cavabdeh2 isə mirası nə faktiki, nə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Belə olan halda məhkəmə, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndələri (anası) Cavabdeh2 mirasın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə əməl etməməsini, yəni mirası nə faktiki, nə də notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməməsini nəzərə alaraq qənaətə gəlir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndələri (anası) Cavabdeh2 mirasın açıldığını bilməsinə baxmayaraq, qanun üzrə birinci növbəli vərəsə kimi qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmək niyyətində olmamışdır. Belə ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndələri (anası) Cavabdeh2 qanunla müəyyən olunmuş müddət ərzində notariat kontoruna ərizə verməmiş, miras əmlakı idarə etməmiş, habelə dəfələrlə rəsmi qaydada çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməyərək susmuşdur. Bu da onu deməyə əsas verir ki, cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndələri (anası) Cavabdeh2 mirası qəbul etmək niyyəti olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə, hesab edir ki, vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndələri (anası) Cavabdeh2 mirası vaxtında qəbul etmədiyi üçün Cavabdeh3 və Cavabdeh4 mərhum Cavabdeh3 Muxtar oğlundan qalmış mirasdan pay almaq hüquqlarını itirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Bununla yanaşı, məhkəmə cavabdehlərin mərhum Cavabdeh3 Muxtar oğlundan qalmış mirası faktiki qəbul etməməsi qənaətinə gələrkən, onların qeyri-müəyyən ünvanlarda yaşamasını və miras əmlakın abadlaşmasında və qorunub saxlanmasında iştirak etməməsini, o cümlədən qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməməsini nəzərə almışdır. Belə ki, AR MM-nin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli miras əmlak qanun üzrə vərəsə olan iddiaçılar tərəfindən qəbul edildiyindən, iddiaçılar mərhum Cavabdeh3 Muxtar oğlunun vərəsələri kimi tanınmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq qənatə gəlir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndələri (anası) Cavabdeh2 nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə qəbul etmədiyinə və susduğuna görə mərhum Cavabdeh3 Muxtar oğlundan miras qalmış əmlakdan onlara çatası miras payı mirası qəbul etmiş digər qanun üzrə vərəsələrin payına əlavə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mərhum Cavabdeh3 Muxtar oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı1 ilə birgə nikah dövründə əldə edildiyindən həmin əmlak onların birgə mülkiyyəti hesab edilir. Belə ki, AR MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Belə olan halda məhkəmə hesab edir ki, mərhum Cavabdeh3 Muxtar oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsi İddiaçı1 payına düşür. Qalan 1/2 hissəsi isə birinci növbə vərəsələr kimi iddiaçılar arasında bərabər şəkildə bölünməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar mərhum Cavabdeh3 Muxtar oğlundan miras qalmış əmlaka vərəsə tanınmalı, həmçinin ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı1 miras payı ¾ hissədə, İddiaçı2 miras payı isə ¼ hissədə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T Dİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 06.02.2018-ci il tarixdə vəfat etmiş, mərhum Cavabdeh3 Muxtar oğlundan miras qalmış, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 17.05.2000-ci il tarixli 201 nömrəli qərar əsasında verilmiş, 03437 nömrəli Qeydiyyat vəsiqəsi ilə mülkiyyət hüququ 18.01. 2006-cı il tarixdə 7135 nömrəli reyestrdə qeydə alınmış, ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsindən ibarət miras əmlakı faktiki qəbul etmələri faktı müəyyən edilsin. Mərhum Cavabdeh3 Muxtar oğlundan miras qalmış, ünvan 1 ünvanında yerləşən miras mənzilin ½ hissəsindən iddiaçılar İddiaçı2 isə miras payı ¼ hissədə, İddiaçı1 miras payı1/4 (cəmi payı¾) hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-126/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-126/2022
06.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver