Məhkəmə qərarları › İş №2(051)-1353/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1353/2023

03.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1353/2023 03.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçılar İddiaçı1 və X6 iştirakı ilə İddiaçılar İddiaçı1 və X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 və Cavabdeh2n tərəfindən vurulan maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və X12 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 və Cavabdeh2n tərəfindən vurulan maddi və mənəvi ziyanın ödənilməsi tələbi haqqında iddia qaldıraraq cavabdehlərdən İddiaçı1 xeyrinə maddi və mənəvi ziyan tələbi olaraq 100589 manat pul məbləği, iddiaçı X6 xeyrinə maddi və mənəvi ziyan tələbi olaraq 38000 manat pul məbləğinin tutulması haqqında qətnamə qəbul edilməsi, X3 barəsində MPM-in 394-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi qərardad qəbul edilməsi və aidiyyəti üzrə Baş Prokurorluğa göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçılar İddiaçı1 və X12 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən İddiaçı1 xeyrinə maddi və mənəvi ziyan tələbi olaraq 70790 manat pul məbləği, iddiaçı X6 xeyrinə maddi və mənəvi ziyan tələbi olaraq 38000 manat pul məbləğinin tutulması haqqında qətnamə qəbul edilməsi, Cavabdeh2 və X3 barəsində MPM-in 394-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi qərardad qəbul edilməsi və aidiyyəti üzrə Baş Prokurorluğa göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 barəsində başlanan ********* saylı cinayət işinin materialları xx.xx.2018-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsində icraata qəbul edilmiş və ötən 3 il 10 ay 17 gün davam edən məhkəmə istintaqı nəticədə onun barəsində Mingəçevir Şəhər Məhkəməsində xx.xx.2022-ci il tarixli,l(051)-l/2022 saylı ittiham hökmü çıxarılmışdır. Məhkəmə istintaqının 3 il 10 aydan da artıq davam etməsi Cavabdeh1 müxtəlif vaxtlarda Bakı Şəhər Kliniki Tibb Mərkəzində, Səhiyyə nazirliyinin X16 X1 Şəhər Məhkəməsinə həyat yoldaşı onun cinayət işi üzrə törətdiyi cinayət əməllərinin iştirakçıları-Cavabdeh2 və vəkilinin bilavasitə istirakları, onların vasitəsi ilə məhkəməyə təqdim etdikləri saxta tibbi arayışlar,eləcə də, məhkəmə istintaqından dörd dəfə qaçıb,gizləndiyinə görə,hər dəfə barəsində axtarış elan edildiyi səbəbindən mümkün olmuşdur. Bu fakt Dövlət ittihamçısı tərəfindən yuxarıda qeyd edilən Mingəçevir Şəhər Məhkəməsinin hökmündən verdiyi xx.xx.20212-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı protestdə,eləcə də,onun protesti əsasında qəbul edilən xx.xx.2023-cü il tarixli,1(107)-5/2023 saylı qərarı ilə təsdiqlənib. Cavabdeh2 cinayət işi üzrə zərərçəkənlərdən gizli olaraq CM-nin 320.2-ci maddəsi ilə istintaq olunan cinayət işinin də istintaqı dövründə cinayət məsuliyyətindən məqsədyönlü şəkildə kənarlaşdırılsa da, istintaq olunan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs kimi Cavabdeh1 onlara-İddiaçı1 və X7 qarşı törətdiyi dələduzluq,rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərini həyat yoldaşı Cavabdeh2 yaxından iştirakı ilə törətdiyi həm Dövlət ittihamçısının Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən verdiyi protestdə, həm də Şəki Apellyasiya Məhkəməsinin xx.xx.20223-cü il tarixli qərarında təsdiqlənir. Bu səbəbdən də cinayət işi üzrə zərərçəkənlər, yalnız, cinayətkar Cavabdeh1 deyil, həm də onun həyat yoldaşı Cavabdeh2 cinayət tərkibli əməllərindən də həm maddi,həm də mənəvi ziyan çəkmişlər. Bağırov X9 Yaşar barəsində istintaq olunan l(051)l/2020 saylı cinayət cinayət işinin məhkəmə istintaqında təqsirləndirilən şəxs Cavabdeh1 və istintaqdan məqsədyönlü şəkildə kənarlaşdırılan onun həyat yoldaşı Cavabdeh2 törətdikləri cinayət tərkibli əməllərinin nəticəsində ittihamçının yuxarıda qeyd edilən protestində göstərdiyi kimi, lüzumsuz olaraq dəfələrlə məhkəmə iclaslarına dəvət edilməyi səbəbindən hər dəfə mənəvi psixoloji gərginlik keçirməyinin nəticəsində mədə-bağırsaq sistemində ağrılar baş vermiş, qan-damar və ürək xəstəliyinə tutulmuşdur və hazırda da mütəmadi müalicə olunur, müalicə almaq məqsədi ilə gündəlik qəbul etdiyi dərmanlara 3 il 10 ay 17 gün ərzində 5.000 manat maliyyə vəsaitindən də artıq pul xərcləməli olmuşdur. Bundan savayı, Cavabdeh1 dələduzluq yolu ilə etibarından sui- istifadə edərək, hazırda yaşadığı evi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2015-ci il tarixli,2(107)-869/2015 saylı cinayət tərkibli, ədalətsiz qətnaməsi Azərbaycan Respublikasının “icra Haqqında” Qanunun tələblərinə uyğun icra olunması mümkünsüz olduğu səbəbindən,həmin qətnamə icra məmurları tərəfindən deyil, Cavabdeh1 və Cavabdeh2 tərəfindən icra edilərək, mülkiyyətində olan evini RF-nın vətəndaşlarının və mərhum oğlu Bağırov Fərhadın adına ÇİXARİŞ əldə edilmişdir ki, bunun nəticəsində baxmayaraq ki, bu gün həmin evdə 2003-cü ildən yalnız,o, pasport qeydiyyatında olsa da, evinə mülkiyyət hüququndan məhrum edilmiş və evin bütün kommunal xərclərini də 11 il əvvəl vəfat etmiş oğlu Bağırov Fərhadın adından ödəməklə saxtakarlıq törətməyə təhrik edilmişdir. Cavabdeh1 barəsində l(051)-l/2022 saylı cinayət işinin, məhkəmə istintaqı zamanı Cavabdeh1 barəsində məhkəməyə Cavabdeh2 və vəkil X3 vasitəsi ilə təqdim edilən saxta arayışlarla əlaqədar ibtidai və məhkəmə istintaqını qapalı şəraitdə keçirilməsi faktının, nəticədə Cavabdeh2, eləcə də,X3 cinayət məsuliyyətindən kənarlaşdırılmaları kimi faktlar arasında qarşılıqlı səbəb-məqsəd əlaqəsinin mövcudluğu heç kəsdə şübhə doğura bilməz.Qeyd etdiyi cinayət tərkibli faktlar bir-biri ilə maddi maraqlar əsasında, tamah niyyəti ilə baş vermişdir,xx.xx.2015-ci ildən xx.xx.2022-ci ilədək cinayət işinin ibtidai və məhkəmə istintaqının süründürülməsi nəticəsində iş üzrə zərərçəkmiş şəxs kimi ona- 84 yaşlı İddiaçı1 cinayətkar Cavabdeh1 və onun özü kimi dələduz yoldaşı Cavabdeh2 ilə birlikdə ona 11.000 manat maliyyə vəsaitindən savayı və hər ay həmin vəsaitin 1% məbləğində əldə edə biləcəyi gəlir 9790 (doqquz min yeddi yüz doxsan) manat daxil edilməklə 20790 (iyirmi min yeddi yüz doxsan) manat məbləğində maddi ziyan vurmuş, bundan savayı, hazırda yaşadığı Mingəçevir şəhəri, ünvan 2 ünvanda yerləşən evi ilə bağlı Şəki Apellyasiya Məhkəməsində xx.xx.2015-ci il tarixdə iş üzrə keçirilən məhkəmə iclasında dələduzlar Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 onun maraqlarını müdafiə etmək pərdəsi altında ona xəyanət edərək, onun həmin evə mülkiyyət hüququndan məhrum etməklə, həmin evin dəyərindən savayı, ona 50000 manat məbləğində mənəvi ziyan vurmuşlar. Beləliklə, dələduz ər-arvadın Cavabdeh1, Cavabdeh2 xx.xx.2015-ci ildən xx.xx.2022-ci ilədək ona-İddiaçı1, ümumilikdə 70790 (yetmiş min yeddi min doxsan) manat məbləğində maddi və mənəvi ziyan vurmuşlar. Nəzərə alsaq ki, həmin məbləğdən cinayət işi üzrə sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cinayətkar Cavabdeh1 ona vurduğu ziyanın 2.000 manatını qaytarmışdır və bu səbəbdən də o və həyat yoldaşı Cavabdeh2 ona 68790 (altmış səkkiz min yeddi yüz doxsan) manat məbləğində maddi və mənəvi ziyan vurmuşlar. İddiaçı X12 iddiasını onunla əsaslandırmışdır ki, o, 1(107)-5/2023 saylı cinayət işi üzrə zərərçəkən şəxsdir, Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyinin Mingəçevir şəhər şöbəsində işə düzəltmək adı ilə Cavabdeh1 ondan aldadıb,2014-cü ilin iyul ayında 8.000 manat pul almışdır. O, həmin məbləğdə pulu bir neçə ona yaxın olan insanlardan borc almışdır. Bu faktla bağlı Cavabdeh1 onu aldatması işə düzəldəcəyi barədə üzərinə götürdüyü öhdəliyə əməl etməməsinin nəticəsində o, banklardan kredit götürüb, ona borc pul verən insanların borclarını qaytarmağa məcbur olmuşdur. Bu barədə ehtiyac yaranarsa həmin ərəfədə banklardan götürdüyü sənədləri məhkəməyə təqdim edə bilər. Banklardan- Azərkreditdən, Finca Bankdan götürdüyü kreditin məbləğini ödəmək məqsədi ilə V.Abdullayev küçəsi 8,mənzil 37-ni satmağa məcbur olmuşdur. Cavabdeh1 dələduzluq yolu ilə ondan aldığı 8.000 manatdan savayı, yuxarıda qeyd etdiyi banklara 5.000 ABŞ dolları əsas borcdan savayı həmin banklara faiz ödənilməsi nəzərə almaqla 8.000 manat maliyyə vəsaiti ödəmişdir. “Azər-Kredit” bankına hazırda 1031 manat borcu qalıb. Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyinə işə düzəltmək imkanına malik olduğuna onu inandırmaq məqsədi ilə Cavabdeh1 ondan 8.000 manat almamışdan əvvəl bildirmişdir ki, o, nazir Səlim Müslümovla həbsxanada bir kamerada yatmışdır və o vaxtlardan onunla dostluq münasibəti yaranıb. Qeyd etdiyi kimi faktları təsdiq edən sənədlər və sübutlar cinayət işinin istintaq materiallarının içərisindədir. Cavabdeh1 törətdiyi dələduzluq cinayət əməllləri nəticəsində ondan işə düzəltmək məqsədi ilə aldığı 800 manat maliyyə vəsaitindən savayı, banklardan götürdüyü kreditləri ödəmək məqsədi ilə banklara qaytardığı 8000 manatdan əlavə maddi ziyan da vurmuşdur. Cavabdeh1 ona 16000 manat məbləğində ziyan vurub. Cavabdeh1 ona vurduğu maddi ziyanı sübut etmək və həmin məbləği ondan almaq məqsədi ilə dəfələrlə Bakı şəhərinə gedib orada 3-4 gün qalmaq məcburiyyətində qalmışdır və bu məqsədlə 2000 manat maliyyə vəsaiti xərcləməyə məcbur olmuşdur. Beləliklə, Cavabdeh1 ona qarşı dələduzluq cinayət əməlini ötən 4 il ərzində ona, ümumilikdə, 18000 məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Yaşarın ona qarşı törətdiyi cinayət əməli ilə əlaqədar gecə-gündüz fikirləşməklə gərginlikli, mənəvi-psixolji sarsıntı keçirmiş və nəticədə səhhətinə də ciddi ziyan dəymişdir. Bəzən olur ki, əsəblərini cilovlaya bilmir. Beləlikə, Cavabdeh1 ona vurduğu 18.000 manat ziyandan savayı Yaşar, ona 20.000 manat mənəvi ziyan vurmuşdur ki, ümumilikdə, Cavabdeh1 ona 38.000(otuz səkkiz min) manat maddi və mənəvi ziyan vurmuşdur. İddiaçı1 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı X12 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 26 sentyabr 2023-cü il tarixdə iştirak etdiyi məhkəmə iclası zamanı iddianı qəbul etmədiyini bildirərək, qeyd etdi ki, o, özü 4 saylı məktəbdə müəllim işləmişdir. Yoldaşı Cavabdeh1la bağlı olan məsələnin onunla hər hansı bir əlaqəsi yoxdur. İddiaçı1 polisdə verdiyi ifadəsində pulu Yaşardan aldığını etiraf etmişdir. Yaşar barəsində məhdudlaşdırma cəzası çıxarılmışdır. Cinayət işləri üzrə 8000 və 9000 manat dələduzluq hadisəsi olmuşdur. Bəzi sənədlər saxta olsa da, o, bunu bilməmişdir. Bildikdən sonra isə Yaşarla əlaqəsini kəsmişdir. İddiaçı1 qeyd edir ki, 2014-cü ildə onların ailəsinə Zaminbank vasitəsi ilə pul verilmiş, halbuki, 2014-cü ilin yanvarından dekabrına qədər Yaşara heç bir pul daxil olmamışdır. Bu məsələnin araşdırılmasını xahiş edir. Ona Ağasalam tərəfindən hər hansı məbləğdə pul vəsaiti verilməmişdir. Hökmdə qeyd olunan şəxslərə pul borclu olması barədə hər hansı bir araşdırılma aparılmamışdır. İddiaçı Ağasalama dəymiş 9750 manat ziyanın 2000 manat hissəsi ödənilmişdir. Odur ki, iddianın ona qarşı olan hissəsində rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Cavabdeh1 müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməsi, Cavabdeh1 CM-in 178.2.2, 178.2.4 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 1(051)1/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməsi, Cavabdeh1 təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə 02 (iki) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh1 xx.xx.2017-ci ildən xx.xx.2017-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2021-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək ev dustaqlığında, xx.xx.2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 9 ay 29 gün müddət, eləcə də Şəki Apellyasiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 1(107)-340/2022 nömrəli həbs qətimkan tədbirinin seçilməsi, axtarış elan edilməsi haqqında qərarına əsasən xx.xx.2023cü il tarixdən 22 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 ay 01 gün müddət CMin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla hazırki qərarla təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, CM-in 66.5-ci maddəsinə əsasən Cavabdeh1 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)- 60/2022 nömrəli hökmü ilə təyin edilmiş 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası hazırkı qərarla təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə tamamilə toplamaqla onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə və 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılması, CM-in 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməsi hökm edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh1 dələduzluq niyyəti ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 aldadaraq dələduzluq etmiş və onlara maddi ziyan vurmuşdur. Cavabdeh həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(107)-5/2023 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası CPM–in 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM–in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən, işin müəyyən edilmiş hallarından da görünür ki, Cavabdeh1 iddiaçılara maddi zərər vurmuşdur. Lakin Cavabdeh2 iddiaçılara hər hansı məbləğdə maddi və mənəvi ziyan vurması hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmır. Belə ki, iddiaçıların Cavabdeh2 qarşı iddialarının hər hansı bir hüquqi əsası yoxdur. Belə olan halda iddia Cavabdeh2 aid hissədə əsassız olduğundan rədd edilməlidir. Eləcə də iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, Cavabdeh1 hüquqazidd hərəkətləri nəticəsində iddiaçılara (7750 və 8000 manat) maddi ziyan dəymişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçıların tələb etdiyi miqdarda vəsaitin cavabdehdən tutularaq iddiaçıya verilməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, İddiaçı1 cavabdehlərdən ona dəymiş maddi ziyan məbləği kimi 20790 (hökm üzrə müəyyən edilmiş 7750 azn daxil olmaqla) manat, iddiaçı Əslan Yusubov isə 18000 (hökm üzrə müəyyən edilmiş 8000 azn daxil olmaqla) manat tələb etmişdir. Lakin işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmündən görünür ki, İddiaçı1 Cavabdeh1 cinayət əməli nəticəsində 9750 manat ziyan dəymişdir ki, həmin məbləğdən də 2000 manat hissəsi ödənilmişdir. Əslan Yusubova isə Cavabdeh1 cinayət əməli nəticəsində 8000 manat maddi ziyan dəymişdir. Hökmlə müəyyən olunmuş məbləğdən əlavə tələb olunan maddi zərərlə bağlı isə məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir. Belə ki, İddiaçı1 Salam oğlu iddia ərizəsində qeyd etdiyi - hər ay 1 faiz həcmində gəlir əldə edə biləcəyi ilə bağlı, yəni hər hansı sahibkarlıq fəaliyyəti və faydalı əməklə məşğul olmasını təsdiq edən sənədlər təqdim etməmişdir. Qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsaslarını sübut etməyə borcludur. Lakin iddiaçılar Cavabdeh1 münasibətdə hökmlə müəyyən olunmuş məbləğlərdən daha artıq miqdarda onlara maddi ziyanın vurulması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə dəymiş maddi ziyanın hökmdə qeyd edilmiş məbləğdə, yəni İddiaçı1 xeyrinə 7750 manat, Əslan Yusubovun xeyrinə 8000 manat məbləğdə tutulmasını müəyyən etməlidir. Həmçinin məhkəmə iddia tələbinin mənəvi zərərə görə İddiaçı1 50000 manat və Əslan Yusubovun 20000 manat tələb etməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, iddiaçılar tələbin qeyd olunan hissəsində mənəvi zərərin mövcudluğunu məhkəmə də hər hansı mötəbər faktla sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər- insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Adı çəkilən qərarın 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən cinayət əməli nəticəsində dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsini sübutetmə yükü iddiaçıların, lakin maddi ziyanın mövcud olmadığını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə hesab edir ki, iddianın tələbinin - iş üzrə sözügedən qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmasına dair hissəsində isə təmin edilməməlidir. Belə ki, bu tələb iddia formasında verilə bilməz, məhkəmə sözü gedən pozuntuları aşkara çıxardığı təqdirdə xüsusi qərardad çıxara bilər. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçıların tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı1 dəymiş maddi zərərə görə 7750 manat məbləğində pul alınıb İddiaçı1 verilməlidir. Həmçinin Cavabdeh1 Əslan Yusubova dəymiş maddi zərərə görə 8000 manat məbləğində pul alınıb İddiaçı1 verilməlidir. İddia tələbi qalan hissədə və Cavabdeh2 qarşı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 7750 manat (yeddi min yeddi yüz əlli manat) pul alınaraq İddiaçı1, 8000 manat (səkkiz min manat) pul alınaraq X8 verilsin. İddia qalan hissədə təmin edilməsin. X2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar