Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1398/2021 06.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Vurulmuş mühüm maddi və mənəvi ziyana görə təzminatın verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Notariat orqanına təqdim edib “Ərizə bəyannamə” almaq üçün 2 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışın ona verməkdən imtina etdiyi üçün, aztəminatllı ailənin qanuni hüquqlarına mühüm maddi və mənəvi ziyanlar vurduğuna görə 10 min (on min) manat təzminatın və ödədiyi 30 AZN dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi öhdəliyini cavabdeh qismində göstərdiyi Mustafayev Faiz vəliş oğlunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, göründüyü kimi, valideynlər keçmiş ailə üzvləri sayılan 18 yaşına çatmış əmək qabiliyyətli övladlarını, onların uşaqlarını, arvadlarını, (ərlərini), eləcə də yetkinlik yaşına çatmayan ailə qurmuş uşaqlarını, onların uşaqlarını, arvadlarını, (ərlərini) saxlamağa borclu deyillər, çünki qanun valideynlərin keçmiş ailə üzvləri sayılan bu şəxslərin üzərində olan bütün hüquq və vəzifələrinə xitam veribdir. “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 3, 4, 5, 6, 7 və 8-ci maddələrinə əsasən ünvanlı dövlət sosial yardım aztəminatlı ailələrə ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğində dövlət büdcəsinin vəsaiti hesabına müraciət edilən ayın birindən 1 il müddətinə təyin olunur. Prezident cənab İlham Əliyevin aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirmək məqsədi VEMTAS-ın yaradılması barədə 23 fevral 2015-ci il tarixli 477 nömrəli Fərmanın 6-cı bəndində olan tapşırığı əsasında Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış və Nazirlər Kabineti tərəfindən 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaların” 2.1-ci bəndinə əsasən yaşayış yeri üzrə MKTİB-yi tərəfindən verilən 2 nəfər ailə tərkibi haqqında arayışı notariat orqanında təsdilədib “Ərizə bəyannamə” ilə VEMTAS-da olan sullara Təmsilçi cavab verir: Ünvanda yaşayan ailə üzvlərinin sayı- 2 “bu ünvanda digər ailələr yaşayır” cavab “bəli” düyməsini sıxdıqda səhifə açılır: Ünvanda yaşayan digər şəxslər: uşaqların ailəsi- 0, digər qohumların ailəsi- 0, baba və nənənin ailəsi- 0, nəvələrin ailəsi- 0, valideynin (və ya valideynlərin) ailəsi- 2. Göründüyü kimi, cənab Prezidentin Tapşırığı əsasında Ailə Məcəlləsinin 49.1, 56.2-ci və digər maddələrin tələbinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb Nazirlər Kabineti tərəfindən təsdilənib VEMTAS-a yerləşdirilmiş bu səhifədən də görünür ki, bir ünvanda yaşayan uşaqların, digər qohumların, baba və nənənin, nəvələrin, valideynin (və ya valideynlərin) ailələri ayrı-ayrı tam müstəqil fəaliyyət qabiliyyətli ailələrdir və bir ünvanda yaşayan bu ailələr bir-birini saxlamağa, bir-birinə pul verməyə və ya yardım etməyə borclu deyillər. Bu əlavə etdiyi 10 dəqiqə ərzində MKTİB-yi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan da görünür ki, tək ana olan onun ailəsi 2 nəfərdən ibarətdir, subay olan o və 8 yaşına çatmayan körpə uşağı, başqa ailə üzvləri yoxdur. 8 yaşına çatmamış körpə uşağa baxan tək subay ana kimi orta aylıq gəliri ondan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduğuna görə “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən ailəsi sosial yardım almaq hüququna malik olan aztəminatlı ailədir. Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılov aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydaların 2.1-ci bəndində dəyişiklik etdi, qanuni dövlət idarələri olab MİS-lərə və MTKİB-yinə notariat orqanına təqdim etmək üçün yaşayış yeri üzrə aztəminatlı ailələrə ailə tərkibi haqqında arayış verməyi, eləcə də notariuslara həmin dövlət idarələri tərəfindən verilməli olan ailə tərkibi haqqında arayışları qəbul edib “Ərizə bəyannamə” verməyi qadağan etmişdir. Yalnız notariat orqanına təqdim edib “Ərizə bəyannamə” ilə VEMTAS-a müraciət etmək üçün aztəminatlı ailələrə ailə tərkibi haqqında arayışları verməyi Mingəçevir şəhər İcra Hakimiyyəti aparatı strukturunun 2 nömrəli sahə ərazi inzibati dairəsi üzrə icra nümayəndəsi Cavabdeh tapşırdı. Onun ailəsi 2 nəfərdən ibarətdir o və 3 yaşlı körpə uşağı, subaydır və başqa ailəsi yoxdur. 8 yaşına çatmamış körpə uşağa baxdığı üçün işləmir. Orta aylıq gəliri hər ay məhkəmə tərəfindən uşağın saxlanması üçün təyin edilmiş 120 AZN alimentdir, başqa gəliri yoxdur. Cavabdeh qismindəgöstərdiyi Cavabdeh onu süründürür, notariat orqanına təqdim edib “Ərizə bəyannamə” ilə VEMTAS-a müraciət etmək üçün arayışı bu şərtlə verə bilir ki, əgər o ərizə yazıb ünvanda yaşayan keçmiş ailə üzvləri sayılan valideynlərinin ailəsini onun ailəsinin üzvləri kimi yazılmasına razılıq versə. Qanun tərəfindən keçmiş ailə üzvləri sayılan valideynlərinin ailəsinin onun ailəsinə nə dəxli var? Valideynlərinin ailəsi ayrı ailədir, onun ailəsi ayrı ailədir və valideynlərinin ailəsi onun ailəsini saxlamağa borclu deyillər. Ehtiyac meyarı 170 AZN-dir. 2 nəfər üçün 340 AZN-dir. Əgər Cavabdeh ona qanunla müəyyən edilmiş qaydada 2 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayış versəydi, onda onun ailəsi hər ay üçün 220 AZN olmaqla, 12 ay üçün 2640 AZN ala bilərdi. Göründüyü kimi, Cavabdeh ailəsi dövlət tərəfindən göstərilən pul yardımı almaq hüququndan qanunsuz məhrum etdi, ailəsinin qanuni hüquqlarına mühüm maddi ziyanlar vurdu, eləcə də ona mühüm mənəvi ziyanlar vurdu, onun əsəblərini pozub xəstə saldı. Ona görə də məhkəmədən Notariat orqanına təqdim edib “Ərizə bəyannamə” almaq üçün 2 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışın ona verməkdən imtina etdiyi üçün, aztəminatllı ailənin qanuni hüquqlarına mühüm maddi və mənəvi ziyanlar vurduğuna görə 10 min (on min) manat təzminatın və ödədiyi 30 AZN dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi öhdəliyini cavabdeh qismində göstərdiyi Mustafayev Faiz vəliş oğlunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıya ərizə ilə müraciət etməsi təklif olunmuş. Lakin bunu etməmişdir. Evinə baxış keçirilmiş, 4 nəfər ailə üzvü olduğu müəyyən edilmişdir. Akt tərtib edilmiş və özü də akta imza çəkmişdir. Buna görə də iddia tələbinin rədd olunmasını xahiş edir. İddia çı cavabdeh tərəfindən ona hansı maddi və mənəvi ziyanın dəyməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim etmədi belə ki, cavabdehin hansı hərəkəti əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini sübut edə biləcək dəlillər irə li sürə bilmədi. Həmçinin iddiaçının mənəvi sarsıntı keçirməsi, yəni ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi halların baş verməsi barədə məhkəməyə sübutlar təqdim etmədi. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericliyin müddəları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfusunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Oyalın Türkiyəyə qarşı işi üzrə 23 mart 2010-cü il, nömrə 4864/05 tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında deyilir; “Dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Dövlətin təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumentinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətta ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz.” Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə belə hesab edir ki, iddiaçı iddia tələbinə dair heç bir əsaslı sübut irəli sürə bilməmiş və məhkəmə iclası zamanı izahatında formal mülahizələrlə kifayətlənmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti iddia tələbi rədd olunduğundan iddiaçıdan tutulmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı “Vurulmuş mühüm maddi və mənəvi ziyana görə təzminatın verilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçıdan tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1398/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1398/2021
06.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver