Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1399/2020 02.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi-vəkili X6, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə nümatəndəsi və Cavabdeh2 iştirakı ilə, X1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “paylı mülkiyyətin mülkiyyətçilərinin və mənzildə qeydiyyatda olan şəxslərin razılığı olmadan mənzilin bağışlanması öhdəliyinin qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Təbriz küçəsi, 3 saylı evin, 27 saylı mənzili üzərindəki 7/12 hissə mülkiyyət payının bağışlaması barədə əqdin digər paylı mülkiyyətçilərin və mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin razılığı olmadan iddiaçı X5 tərəfindən bağışlanmasının təmin edilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X1 etibarnamə üzrə nümayəndəsi-vəkili X6 iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Təbriz küçəsi 3 saylı evin, 27 saylı mənzili paylı mülkiyyət hüququ üzrə iddiaçının 7/12 hissə, X3 1/12 hissə, Cavabdeh2 1/12 hissə, Cavabdeh3 1/12 hissə, Cavabdeh4 1/12 hissə, Cavabdeh5 1/12 hissə adlarına daşınar əmlakın dövlət reyestrində qeydə alınmışdır. Onlardan başqa mənzildə iddiaçının nəvələri Cavabdeh6 və Cavabdeh7 yaşayış yeri üzrə qeydiyyatdadır. Mənzilin yarısı iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlakı, yarısı isə əri Ələddin Qocayevdən onlara miras qalmışdır. İddiaçının ərindən miras qalmış bir çox əmlakı tərəflər qəbul edib könüllü razılıqla satıb İlhama vermişlər. Hazırda İlham X2sa da mənzildə onun ailəsi iddiaçı ilə birgə yaşayır. İddiaçının qızı Reyhanənin mənzilini də satıb İlhama verdikləri səbəbindən Reyhanə məcburən onunla birgə yaşayır. Ancaq Cavabdeh6 iddiaçının mənzildə sərbəst yaşamağa imkan vermir. Hər gün mənzildə dava-dalaş salır. İddiaçının oğlu İlham bu vəziyyətdən xəbəri olsa da miras qalan, o cümlədən iddiaçının qızlarına məxsus əmlaklarını borclarına ödədikdən sonra Rusiya Federasiyasına getmir və iddiaçının qayğısına qalmaqdan imtina etmişdir. Hazırda iddiaçı mənzildəki əmlak payını başqa şəxslərə bağışlamaq istəyir. Ancaq cavabdeh Notariat Ofisi bununla əlaqədar imtina verərək ailə üzvlərinin razılığı olmadan bunun icra edilməsi mümkünsüzdür. İddiaçının mübahisəli mənzildə paylı mülkiyyət hüququ vardır və öz payını əvəzzis özgəninkiləşdirmək hüququ vardır. Ona görə də Mingəçevir şəhəri Təbriz küçəsi, 3 saylı evin, 27 saylı mənzili üzərindəki 7/12 hissə mülkiyyət payının bağışlaması barədə əqdin digər paylı mülkiyyətçilərin və mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin razılığı olmadan iddiaçı X5 tərəfindən bağışlanmasının təmin edilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə nümatəndəsi və Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı onların anasıdır. Mənzilin hərracda satılmasına razı deyil. Paylı mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan Mingəçevir şəhəri Təbriz küçəsi, 3 saylı evin, 27 saylı mənzili üzərindəki 7 iddiaçı X5 tərəfindən bağışlanmasına etiraz etmirlər. Məhkəməyə təqdim olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Təbriz küçəsi, 3 saylı evin, 27 saylı mənzili İddiaçı 7/12 hissə, X3 1/12 hissə, Cavabdeh2 1/12 hissə, Cavabdeh3 1/12 hissə, Cavabdeh4 1/12 hissə, Cavabdeh5 1/12 hissə onların adına xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. «İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası»-nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Bu səbəbdən də iddiaçının Mingəçevir şəhəri, Təbriz küçəsi 3 saylı evin, 27 saylı mənzilə payı 7/12 hissə təşkil edir. Onun mübahisəli mənzildə pay digər paylı mülkiyyətçilərin payının cəmindən çox olsa da o öz hüquqlarından lazımi qaydada istifadə edə bilməmişdir. Cavabdehlərin razılığı olmadan iddiaçı tərəfindən mənzilin özünə məxsus hissəsinin bağışlanması qanuna müvafiqdir və mülkiyyətçinin konstitusion hüquqlarını hüquqlarının tam formada həyata keçirilməsi üçün əsasdır. Cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaratması qanuna müvafiq deyil. Bundan əlavə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 iddia tələbini qəbul etmiş və Mingəçevir şəhəri Təbriz küçəsi, 3 saylı evin, 27 saylı mənzili üzərindəki iddiaçı X5 tərəfindən bağışlanmasına etiraz etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Mingəçevir şəhəri Təbriz küçəsi, 3 saylı evin, 27 saylı mənzili üzərindəki 7/12 hissə mülkiyyət payının bağışlaması barədə əqdin digər paylı mülkiyyətçilərin və mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin razılığı olmadan iddiaçı X5 tərəfindən bağışlanmasının təmin edilməsi öhdəliyi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1399/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1399/2020
02.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver