Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1412/2024 08.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh vərəsəsi X4 nümayəndəsi, Vəkil1 iştirakı ilə İddiaçı X1 Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3cü şəxs X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin onunla 3-cü şəxs X5 arasında bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X2 Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3cü şəxs X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin onunla 3-cü şəxs X5 arasında bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2015-ci il tarixdə cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə iddiaçı tərəfin ərizəsi əsasında cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmış və məhkəmənin xx.xx.2015-ci il tarixli 2(051)-159/2015 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh vərəsəsi X4 nümayəndəsi, Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən qeyd olunan qiyabi qətnaməni ləğv etməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmənin 30 may 2024–cü il tarixli 2(051)-1412/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı X1 Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin onunla 3-cü şəxs X5 arasında bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(051)-159/2015 saylı qiyabi qətnaməsi ləğv edilməsi və işə tərəflərin iştirakı təmin olunmaqla yenidən baxılması qərara alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 12 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə doğulmuş X4 atası Cavabdeh, anası X3r. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin o hər hansı səbəb göstərmədən məhkəmənin çağırışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin məhkəmə iclası zamanı cavabdeh tərəf işin mahiyyəti üzrə baxılmasını tələb etməmiş, Cavabdeh vərəsəsi X4 nümayəndəsi, Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iştirakı olmadan işdə olan sənədlərlə işə baxılması mümkün deyildir və bu əsaslı sayıla bilməz. Odur ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçıya işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3cü şəxs X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin onunla 3-cü şəxs X5 arasında bağlanmış hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlansın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1412/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1412/2024
08.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver