Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1437/2023 14.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı cavabeh Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabeh Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İşin məhkəmə baxışına hazırlanması zamanı iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 6A saylı evin, 32 saylı mənzilinin açıq hərracdan satılmasını, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib bölünməsi və paylı mülkiyyət hüququna xitam verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə yazılı ərizə göndərərək bildirmişdir ki, tərəflər öz aralarında razılığa gəlmiş və xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlamışlar. Odur ki, onlar arasında mediasiya vasitəsilə barışıq sazişi bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında olan mübahisə barışıq yolu ilə həll edildiyindən, onlar arasında mediasiya vasitəsilə bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Yevlax 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 iştirakı ilə xx.xx.2023-cü il tarixdə tərəflər arşında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir:
1. İddiaçı yanında qalan uşaqları X2 və X4 18 yaşına çatanadək uşaqlar üçün almalı olduğu alimentin dəyəri əvəzinə cavabdeh Məmmədov X1 şəhəri, Ş.i.Xətai küçəsi, ev 6A, mənzil 32 (daşınmaz əmlakın reyestr nömrəsi:**********59-05101- 093018; qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi:xx.xx.2020) ünvanında yerləşən mənzildə olan 1/3 hissə əmlak payını İddiaçı adına keçirir və bununla da tərəflər arasında mənzilin hərraca çıxarılması və aliment tələbi üzrə mübahisəyə xitam verilir.
2. İddiaçı öz üzərinə öhdəlik götürür ki, Cavabdeh əmlak payını onun adına keçirdiyi təqdirdə Cavabdeh uşaqlar 18 yaşına çatanadək aliment borcunu ödəmiş sayılır və ona qarşı aliment tələbinə dair iddia qaldırmaq hüququnu itirir.
3. Cavabdeh öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 6A, mənzil 32 (daşınmaz əmlakın reyestr nömrəsi:**********59-05101-093018; qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi:xx.xx.2020) ünvanında yerləşən mənzil üzərindəki 1/3 hissə əmlak payını İddiaçı adına keçirdiyi təqdirdə uşaqlar 18 yaşına çatanadək aliment ödənişi ödənmiş sayılır.
4. Aliment tələbi üzrə öhdəliyə mənzil İddiaçı adına keçdiyi andan xitam veriləcəkdir.
5. Bu mənzili Cavabdeh İddiaçı adına keçirmədən aliment öhdəliyinə xitam verilmir. Həmçinin, məhkəmə bu nəticəyə gəlir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir, hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikası MPM–in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2–ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.2-1–ci maddəsinə tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5–ci maddəsində göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, iddiaçının təqdim etdiyi mediasiya vasitəsilə bağlanmış barışıq sazişi tərəflərin real və həqiqi vəziyyətlərinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 261, 262, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı cavabeh Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası üzrə tərəflər arasında mediasiya vasitəsilə bağlanmış xx.xx.2023–cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:
1. İddiaçı yanında qalan uşaqları X2 və X4 18 yaşına çatanadək uşaqlar üçün almalı olduğu alimentin dəyəri əvəzinə cavabdeh Məmmədov X1 şəhəri, Ş.i.Xətai küçəsi, ev 6A, mənzil 32 (daşınmaz əmlakın reyestr nömrəsi:**********59-05101- 093018; qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi:xx.xx.2020) ünvanında yerləşən mənzildə olan 1/3 hissə əmlak payını İddiaçı adına keçirir və bununla da tərəflər arasında mənzilin hərraca çıxarılması və aliment tələbi üzrə mübahisəyə xitam verilir.
2. İddiaçı öz üzərinə öhdəlik götürür ki, Cavabdeh əmlak payını onun adına keçirdiyi təqdirdə Cavabdeh uşaqlar 18 yaşına çatanadək aliment borcunu ödəmiş sayılır və ona qarşı aliment tələbinə dair iddia qaldırmaq hüququnu itirir.
3. Cavabdeh öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 6A, mənzil 32 (daşınmaz əmlakın reyestr nömrəsi:**********59-05101-093018; qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi:xx.xx.2020) ünvanında yerləşən mənzil üzərindəki 1/3 hissə əmlak payını İddiaçı adına keçirdiyi təqdirdə uşaqlar 18 yaşına çatanadək aliment ödənişi ödənmiş sayılır.
4. Aliment tələbi üzrə öhdəliyə mənzil İddiaçı adına keçdiyi andan xitam veriləcəkdir.
5. Bu mənzili Cavabdeh İddiaçı adına keçirmədən aliment öhdəliyinə xitam verilmir. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı cavabeh Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardadın qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Sədrlik edən: Nemət Paşayev