Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-144/2023 09.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək Cavabdeh ona vurulmuş maddi ziyan əvəzi 1000 (bir min) manat, mənəvi ziyan olaraq 10000 (on min) manat və ödənilmiş 123 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 23 iyul 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ilə o, İXM-in 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin o, təqsirini olmadığını sübut etmək üçün Mingəçevir Şəhər Məhkəməsinə dərhal şikayətimi bildirdi. İki il ərzində davam edən məhkəmələrin nəticəsinə əsasən 25 aprel 2022-ci il tarixli 3(051)-187/2022 nömrəli qərarı ilə şikayəti təmin edilmişdir ki, barəsində tətbiq olunmuş 60 manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir ŞPŞ-nın DYPB-nin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı şəxsin təqsirliliyini sübuta yetirilmədiyinə görə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəki apeliyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(107)-l58/2022 nömrəli qərarına əsasən Mingəçevir şəhər Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 3 (051)-187/2022 nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qanun qüvvəyə minmişdir. Cavabdehin onun barəsində qeyri-qanuni verdiyi qərara görə nəticədə o, 60 manat cərimə olunmuş, imkanı olmadığından cəriməni vaxtında ödəyə bilmədiyinə görə üstünə 26 manatdan çox dəbbə gəlmiş avtomobilində bütün sənədlərin və sığortanın qaydasında olduğuna baxmayaraq o, avtomobilini öz hesabına təmin elətdirərək hələ qiymətlər bahalaşmamış iki il bundan öncə (min) 1000 manatdan çox pul xərclədi. İki il ərzində dəfələrlə məhkəmələrə gedib gəlmək maddi və mənəvi sarsıntı keçirərək səhətində də naratçılıqlar baş verir. Cavabdeh isə etdiyi əməldən peşman olmamış ona vurduğu ziyanın aradan qaldırılması üçün heçnə etməmişdir. Ona görə də Cavabdeh ona vurulmuş maddi ziyan əvəzi 1000 (bir min) manat, mənəvi ziyan olaraq 10000 (on min) manat və ödənilmiş 123 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, İşə əlavə olunmuş Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbi tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli arayışdan görünür ki, həqiqətən Mingəçevir şəhər X2 adına Uşaq İncəsənət məktəbində müəllim vəzifəsində işləyir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 3(051)-9/2021 saylı xx.xx.2021-ci il tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş İddiaçı şikayəti təmin olunmamış, İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrinə əsasən 60 manat cərimə edilməsi barədə Mingəçevir ŞPŞ-nin MN ******* №li xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Şəki Apelyasiya məhkəməsinin 3(107)-287/2021 saylı xx.xx.2021ci il tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, İddiaçı barəsində Mingəçevir ŞPŞ-nin DYPB-nin inspektoru, polis kapitanı Cavabdeh tərəfindən qəbul edilmiş 23 iyul 2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi üzrə ərizənin təmin edilməməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 3(051)-9/2021 saylı qərarı ləğv edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 3(051)-9/2021 saylı xx.xx.2021-ci il tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş İddiaçı şikayəti təmin olunmamış, İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrinə əsasən 60 manat cərimə edilməsi barədə Mingəçevir ŞPŞ-nin MN ******* №li xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Şəki Apelyasiya məhkəməsinin 3(107)-48/2022 saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, İddiaçı barəsində Mingəçevir ŞPŞ-nin DYPB-nin inspektoru, polis kapitanı Cavabdeh tərəfindən qəbul edilmiş 23 iyul 2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi üzrə ərizənin təmin edilməməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 3(051)-9/2021 nömrəli saylı qərarı ləğv edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 3(051)-187/2022 saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir ŞPŞ-nin DYPBnin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri maddi və mənəvi ziyanla bağlı yaranan mülki mübahisədir. Azərbaycan Respublikası Konstitusiyasının Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. İddia tələbinin qanuni əsasları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində mənəvi zərərin ödənilməsi barədə birbaşa göstəriş olmasa da «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan Respublikası Mülki Məcəlləsinin «Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri müəyyən edən İX bölməsinin qaydalarına əsasən nizamlanır. Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İş materiallarına əsasən və bu normaların tələbinə müvafiq məhkəmə hesab edir ki, İddiaçı cavabdehə qarşı maddi ziyanla bağlı tələbi tam əsassızdır. Belə ki, iddiaçı ona maddi ziyan dəyməsini iddia etsə də bu halı sübut edən heç bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçı tələbini yönəldiyi cavabdeh əslində əsl olmayan cavabdehdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbindən də görünür ki, Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Göründüyü kimi iddiaçı isə iddiasında qeyd olunan tələblərə əməl etməmiş, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı, yəni Cavabdeh qarşı verilmişdir. Qanunun tələbində isə qeyd olunur ki, məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Lakin iddiaçı məhkəmə proseslərinin heç bir mərhəsəində, baxmayaraq ki hakim qanunun tələblərini iddiaçı tərəfə izah etmiş, lakin iddiaçı tərəf buna təşəbbüs etməmişdir. Lakin cavabdeh məhkəmə baxışı iclasında kənar məhkəməyə vəsadət göndərərək “Maliyyə” şöbəsinin digər cavabdeh qismində dəvət edilməsini bildirsədə məhkəmə vəsadətə münasibət bildirirək qeyd edir ki, “Maliyyə” şöbəsini işə cavabdeh qismində cəlb edilməsi qanuna müvafiq deyildir. Belə ki iddiaçı vəsadətində cavabdeh kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin deyil sadəcə “Maliyyə” şöbəsi kimi qeyd etmiş, “Maliyyə” şöbəsinin isə konkret hansı inzibati əraziyə aid olduğu qeyd edilməmişdir. Həmçinin həmin vəsadət məhkəmə hazırlıq iclasında verilməli və hazırlıq iclasında tərəflərin iştirakı iləı müzakirə olunmalı idi. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi qanunsuz olduğundan iddianın məhkəmə tərəfindən təmin edilməsi mümkün deyildir. Bundan əlavə iddiaçı öz tələbini təstiq edən yəni cavabdehin onun mənəviyyatını alçaldan hər hansı bir hərəkət etməsi və cavabdehin onun barədə hər hansı məlumatı yaratması barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının səhətində yaranan problemlərin cavabdehlərin təqsiri üzündən olması məhkəmə iclasında öz əksini tapmamışdır. Cavabdehin iddiaçıya qarşı hər hansı mənəzi ziyan vurması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu hal isə iddianın təmin olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb qanunun tələblərinə məcmu halda qiymətm verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-144/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-144/2023
09.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver