Məhkəmə qərarları › İş №2(051)-1500/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1500/2025

21.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1500/2025 21.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 evin 6 saylı mənzilindən istifadə hüquqnun itiriİmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Aparatı başçısının 712 saylı sərəncamına əsasən 005281 saylı Orderlə iddiaçıya 15 avqust 1996-cı il tarixdə Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən 57.19 kvadrat metr olan 38\3 saylı evin mənzil verilmişdir. Mənzil dörd otaqlıdır və beş nəfər ailə üzvlərinə verilmişdir. Mənzildə qızı Cavabdeh da qevdiyyatdadır. Qeydiyyatda olmasına baxmayaraq qeyd edilən ünvanda yaşamır. Belə ki, o xx.xx.2006-ci il tarixdə evləndikdən sonra qeyd edilən mənzildən köçüb gedərək ərinə məxsus olan Mingəçevir şəhəri, AZ. DRES Yeni Həyat qəsəbəsində yerləşən A17 saylı evdə yaşamışdır. O ailə quraraq köçdükdən sonra ona məxsus olan mənzildən qeydiyyatdan çıxaraq ərinin evinə qeydiyyata düşməsinə baxmayaraq ona məlum olmayan səbəbdən yenidən 2011-ci il tarixdə onun mənzili yəni C.Əliyev küçəsi 38\3 saylı evin 6 saylı mənzili ikinci dəfə qeydiyyata düşmüşdür. Hazırda mənzilini özəlləşdirmək istəyir və bunun üçün digər uşaqları kimi Cavabdeh da razılığı tələb olunur. Lakin digər uşaqlarının razılıq verməsinə baxmayaraq, o, mənzilinin özəlləşdirilməsi üçün razılıq verməmişdir, belə ki, xx.xx.2006-cıil tarixdə ailə quraraq getdikdən sonra Cavabdeh bir daha yaşamaq üçün həmin mənzilə qayıtmamışdır. Həmin vaxtdan həmin mənzildə yaşamır. xx.xx.2025-ci il tarixdə 2 saylı MİS tərəfindən tərtib edilmiş AKT-a əsasən ünvan 1 evin 6 saylı mənzilinə baxış keçirilərkən eyni zamanda qonşularla söhbət aparılarkən müəyyən edilmişdir ki, xx.xx.1982-ci il tarixdə doğulmuş Cavabdeh xx.xx.2011-ci ildən qeyd edilən ünvanda qeydiyyatda olmasına baxmayaraq yaşamır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarların arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarları ilə birlikdə yaşayış on u nla umumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, 15 avqust 1996-cı il tarixdə ünvan 1 evin 6 saylı mənzili order əsasında iddiaçıya verilmişdir. Hazırda həmin mənzili özələşdirmək istəyir. Bütün uşaqları razılıq versə də, qızı Vüsalə razılaşmır. Halbuki, 2006-cı il tarixdə ailə həyatı qurmuş və mənzildə qeydiyyatdan çıxaraq, ərinin evinə qeydiyyata düşmüşdür. Sonradan ona məlum olmayan səbəbdən 2011-ci il tarixdə yenidən onun mənzilinə qeydiyyata düşmüşdür, lakin onunla küsülü olduğu üçün həmin mənzildə qızı yaşamamışdır. Hazırda həmin mənzildə digər qızı, oğlu X2 və ailəsi ilə birlikdə yaşayırlar. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Aparatı başçısının 712 saylı sərəncamına əsasən, 005281 saylı orderlə 15 avqust 1996-cı il tarixdə ünvan 1 evin 6 saylı mənzili iddiaçıya verilmişdir. Mənzil 4 otaqlıdır və beş nəfər ailə üzvünə verilmişdir. Mənzildə Cavabdeh da qeydiyyatdadır, lakin həmin ünvanda yaşamır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsi və vəkilinin izahatları, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan 2 saylı MİS tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, ünvan 1 evin 6 saylı mənzilinə baxış keçirmişlər və qonşularla söhbət zamanı məlum oldu ki, həqiqətən xx.xx.1982-ci il tarixdə doğulmuş Cavabdeh xx.xx.2011ci ildən qeyd edilən ünvanda qeydiyyatda olmasına baxmayaraq yaşamır. İşdə olan Azərbaycan Respublikası DİN tərəfindən İddiaçı verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Mingəçevir şəhəri, C.Əliyev küçəsi 38\3 saylı evin 6 saylı mənzilində X4, X5, Cavabdeh, X2, X3 qeydiyyatdadırlar. İşdə olan xx.xx.2025-ci il tarixli, 135 №li 2 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə bərabər ünvan 1 evin 6 saylı mənzilinə X4, X5, X2, X3 yaşayır. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 15 avqust 1996-cı il tarixli, 005281 saylı orderdən görünür ki, ünvan 1 evin 6 saylı mənzil İddiaçı məxsusdur. Məhkəmə hesab edir ki, tərəflərin arasındakı hüquq münasibətləri 01 sentyabr 2000-ci ilə qədər yaranmışdır, ona görə də, mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 6-cı hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçının qızıdır. Cavabdeh 2006-cı ildə ailə quraraq ərinə məxsus olan Mingəçevir şəhəri, AZ. DRES Yeni Həyat qəsəbəsində yerləşən A17 saylı evə köçərək orada yaşamışdır. Göründüyü kimi cavabdeh daimi olaraq anasına məxsus evi 2006-cı tarixdən tərk edib, daimi olaraq ər evinə yaşamaq üçün köçdüyündən iddiaçı həmin mənzilə istifadə hüququnu itirmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib göstərmədiyidir. Bu baxımdan məhkəmənin qənaətinə görə, göstərilən meyarlar nəzərə alındığında cavabdeh mübahisəli mənzildən 2006-cı ildə daimi yaşamaq üçün ər evinə ailə üzvü kimi köçüb getmiş, həmçinin iddiaçı ilə münasibətləri kəskiləşdiyindən valideyn-övlad bağlılığı da aradan qalxmışdır. Eyni zamanda 2 saylı MİS tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli Aktdan da görünür ki, Cavabdeh orada qeydiyyatda olmasına baxmayaraq sözügedən ünvanda yaşamır. Ona görə də məhkəmə hesab edir ki, 2006-cı il tarixindən onun mənzilə olan istifadə hüququ itirilmişdir. Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi baağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanununun 5–ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvülərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvülərinin ümumi (paylı,birgə) mülkiyyətinə verilə bilər. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı”iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X8 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X8 Məhkəməsinin mövqeyinə uyğun gələn mövqedən yanaşmış və V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010–cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı qanuni istifadəçi- mülkiyyətçi kimi cavabdeh ünvan 1 evin 6 saylı mənzilə münasibətdə mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki iş üzrə Cavabdeh artıq uzun müddətdir ki, ünvan 1 evin 6 saylı mənzili ailə quraraq daimi tərk etmişdir. Daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə Cavabdeh yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, o, ünvan 1 evin 6 saylı mənzilə olan istifadə hüququnu itirmiş hesab edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki ünvan 1 evin 6 saylı mənzil İddiaçı qanuni istifadəsindədir və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının sahiblik hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, cavabdehlərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə olan halda iddia təmin edilməli və hazırkı qətnamə Cavabdeh ünvan 1 evin 6 saylı ünvanda yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılmalıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin olunsun. Cavabdeh İddiaçı qanuni istifadəsində olan ünvan 1 evin 6 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab olunsun. Hazırkı qətnamə Cavabdeh ünvan 1 evin 6 saylı ünvanda yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar