Məhkəmə qərarları › İş №2(051)-1585/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1585/2022

04.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1585/2022 04.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı mirasın faktiki qəbul edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o və üçüncü şəxs Günel Hacıyeva bacıdırlar. Gülidə Cəfərova isə onun anasıdır. X** 16 avqust 1976-cı ildə X*1 ilə nikaha bağlamaqla evlənmişdir. Onların birgə nikahlarından o, Günel Hacıyeva, mərhum bacısı Xədicə Cəfərova və körpə ikən vəfat etmiş 14 yanvar 1979-cu il tarixdə doğulmuş Dursun Cəfərova və *8 fevral 1978-ci il tarixdə doğulmuş Aynur adlı uşaqları doğulmuşdur. X9 31 avqust *0*1-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ondan Mingəçevir şəhərində yerləşən torpaq sahəsi miras qalmışdır. Vəfat edərkən atası onunla birlikdə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 4/1 saylı evin 55 saylı mənzilində yaşamışdır. Mirası o qəbul etmişdir. Bütün kommunal xərcləri o ödəyir. Anası və bacısı mirasın onun tərəfindən qəbul edildiyini təsdiq edirlər. Ancaq Notariat Ofisi mirasın qəbulu ilə əlaqədar rəsmi ərizə verilmədiyindən hesab etmişdir ki, o, mirasın qəbulu müddətini ötürmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, həmçinin üçüncü şəxslər X6 və X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə üçüncü şəxslər məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*1 31.08.*0*1-ci il tarixdə vəfat etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 04.04.*004-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *1.06.*0**-ci il tarixli 05/Q-300/15 saylı arayışdan görünür ki, X14 barəsində “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində *1.06.*0**-ci il tarixədək həmin şəxsə dair aparılmış yoxlama zamanı arvadı X8 və qızları İddiaçı, X19, X17 və X*0 barədə məlumatlar aşkar edilmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q- 300/15 saylı, *1.06.*0**-ci il tarixli məktubdan görünür ki, X14 adına Mingəçevir “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 07.09.*0*1-ci il tarixli, 18* saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “ünvan 2 ünvanı qeyd olunmuşdur. İş materiallarında olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş *7.04.*0**-cı il tarixli, 758 saylı cavab məktubundan görünür ki, 31.08.*0*1-ci il tarixdə vəfat etmiş X11 qalmış miras əmlaka mirasın qəbulu faktı vaxtında rəsmiləşdirilməməsinə baxmayaraq, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*1 ilə X* nikahları xx.xx.1976-cı il tarixdə bağlanmış və 16 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Cəfərova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X19 0*.08.1983-cü il tarixdə, İddiaçı xx.xx.1987-ci il tarixdə və X16 xx.xx.1980-ci il tarixdə X*1 ilə X4 birgə nikahından doğulmuşlar. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin *(051)-1888/*0** saylı, 16.09.*0**-ci il tarixli qətnaməsinin surətindən görünür ki, *8.0*.1978-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X1* *8.03.1978-ci il tarixdə, xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş X10 xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində ölmələri faktı müəyyən olunmuşdur. İşdə olan DƏDRX tərəfindən verilmiş 13.04.*0**-ci il tarixli 90*013010*18 reyestr nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində X14 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 0**006166 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan üçüncü şəxslər X8 və Hacıyeva (Cəfərova) Günel Şirin qızı tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar X1 miras qalmış Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin iddiaçı tərəfindən miras əmlak kimi bütövlükdə qəbul edilməsinə etiraz etmirlər. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki X*1 ilə X8 xx.xx.1976-cı tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından *5.10.1957-ci il tarixdə İddiaçı, 0*.08.1983-cü il tarixdə Cəfərova (Hacıyeva) Günel Şirin qızı, xx.xx.1979-cu il tarixdə X17, *8.0*.1978-ci il tarixdə X*0 və xx.xx.1980-ci il tarixdə X16 doğulmuşdur. X*1 isə 31.08.*0*1-ci il tarixdə ölmüşdür. Ondan Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi miras qalmışdır. X*0 *8.03.1978-ci il tarixdə, X17 xx.xx.1979-cu il tarixdə, X16 isə 04.04.*004-cü il tarixdə vəfat etmişdir. X3 birinci növbəli vərəsəsi olan X16, X*0 və X5 olduqlarından və miras qoyulandan əvvəl öldüklərindən onların vərəsəsi qalmamışdır. X8, İddiaçı və Cəfərova (Hacıyeva) Günel Şirin qızı isə digər birinci növbəli vərəsələridir. X7 tərəfindən vəsiyyətnamə verilməmişdir. Ona görə də onun ölümündən sonra onun yalnız birinci növbəli qanun üzrə vərəsələrinin dairəsinə arvadı və * nəfər uşağı daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə mübahisənin qanunauyğun və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, X1 Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi miras qalmışdır. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, mərhumun qızları X*0 və X17 doğulduqdan bir neçə ay sonra, X16 isə 04.04.*004-cü il tarixdə öldüklərindən, yəni Şirin Cəfərovun öldüyü məqamda sağ olmadıqlarına görə X3 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı X8, qızları İddiaçı və Cəfərova (Hacıyeva) Günel Şirin qızı daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Konstitusiyanın *9–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair ** aprel *014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, 31.08.*0*1-ci il tarixdə vəfat etmiş X11 İddiaçı, həmçinin üçüncü şəxslər X6 və Hacıyeva (Cəfərova) Günel Şirin qızına Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı həmin torpaq sahəsini miras əmlak kimi faktiki qəbul etmişdir. X8 və Hacıyeva (Cəfərova) Günel Şirin qızı isə mirasın yalnız iddiaçı tərəfindən qəbul edilməsini etiraf etmişlər. Məhkəmə, həmçinin qeyd edir ki, X3 birinci növbəli qanun üzrə vərəsələri olan şəxslər X6 və Hacıyeva (Cəfərova) Günel Şirin qızı X1 qalmış mirasdan pay almaq istəmədiklərini bildirmiş və mirasın yalnız iddiaçı tərəfindən faktiki qəbul ediməsini təsdiq etmişlər. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin yalnız İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.*–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1*43.*–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*55-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin *13, *16–**0, *33, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 miras qalmış, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin yalnız İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar