Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-170/2023 19.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi nümayəndəsi,vəkili Vəkil iştirakı ilə, Ərizəçi vətəndaşlıq vəziyyəti akt qeydinin ləğv olunmasına dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək vətəndaşlıq vəziyyəti akt qeydinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi ,vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi Türkiyə Respublikasının vətəndaşı X26 ilə 06 mart 2010-cu ildə el adəti ilə toy edib, Türkiyə Respublikasına köçüb, 21 iyun 2010-cu ildə nikahlarını orada qeyd etdirmişlər. Ərizəçinin X26 ilə birgə nikahlarından 14 yanvar 2011-ci ildə X14 adlı qızı dünyaya gəlmişdir. Ərizəçi Türkiyədə yaşadığı müddətdə tez-tez Azərbaycana gəlirdi. X4 gətirməyilə bağlı qeydlər vardır. Ərizəçinin qızı Azranın Türkiyə Respublikası Konya şəhərində doğulması və xəstəxanadan verilmiş arayışlar da vardır. Ərizəçi 2014-cü ildə Azərbaycana gəlmiş, müəyyən müddətdən sonra qızı Azranın doğum haqqında şəhadətnaməsini, o cümlədən də xarici posportunu tapa bilməmişdir, nikah haqqında şəhadətnamə isə Türkiyədə qalmışdı. Ərizəçi qızı Azraya doğum haqqında şəhadətnamə alınması ilə bağlı Maraqlı şəxs2nə müraciət etmiş, Qeydiyyat şöbəsində sənədlərin itdiyini, uşağın doğum qeydi Azərbaycanda qeydə alınmadığı üçün, dublikat deyil, yeni doğum haqqında şəhadətnamə verə biləcəklərini bildirmişlər. Ərizəçidən nikah haqqında şəhadətnaməni tələb etmişlər, nikah haqqında şəhadətnamə Türkiyədə qaldığından ərizəçi nikah haqqında şəhadətnaməni təqdim edə bilməmişdir. Ərizəçiyə bildiriblər ki, belə olduğu halda uşağa soyadı ərizəçinin soyadı ilə, yəni atasız kimi doğum haqqında şəhadətnamə verilə bilər. Ərizəçi razılaşaraq qızı Azraya Maraqlı şəxs2ndən 19 avqust 2014-cü il tarixdə, doğum haqqında akt qeydi kitabında 811 № ilə qeyd etdirməklə, X9 xx.xx.2011-ci ildə doğulmuşdur, doğulduğu yer-Konya şəhəri, X7 oğlu-milliyəti türk, anası-X13-milliyəti azərbaycanlı göstərilməklə şəhadətnamə almışdır. Ərizəçinin qızı Azraya şəkilsiz AZE №li 12646364 saylı şəxsiyyət vəsiqəsi verilmiş, həmin şəxsiyyət vəsiqəsində soyad Məmmədova, doğum yeri Türkiyə Respublikası Konya şəhəri göstərilmişdir. X2 iki doğum haqqında şəhadətnaməsi olduğu üçün şəkilli şəxsiyyət vəsiqəsi alınması da mümkün deyil. Halbuki, X26 ilə ərizəçinin rəsmi nikahlarından doğulmuş Azranın, Türkiyə Respublikasında doğumu qeydə alınmışdır. Türkiyə Respublikasının **********0 №li doğum haqqında şəhadətnaməsində soyadı-Karakuş, adı-Azra, ata adı-Seyitali, ana adı-Validə, doğum tarixi-xx.xx.2011 -ci il, doğum yeri Konya şəhəri göstərilməklə 26T0’f:2011 -ci il tarixdə doğum akt qeydi tərtib edilmişdir. X26 ilə ərizəçi arasında olan nikahları xx.xx.2016-cı ildə Türkiyə Respublikası Konya 4 Saylı Ailə Məhkəməsində pozulmuş, ərizəçinin qızı Azranın ərizəçinin yanında qalması müəyyən edilmişdir. Sonradan ərizəçi başqa türk vətəndaşı ilə nikaha girmiş, Yaradılmış soyadını qəbul etmiş, həmin şəxslə nikahından da bir övladım vardır. Ərizəçinin qızı Azra Türkiyə Respublikasının Konya şəhərində doğulub, soyadı isə Karakuşdur, Yevlax rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş akt qeydi əsasında doğum haqqında şəhadətnamə səhvdir. Ona görə də 14 yanvar 2011-ci ildə doğulmuş, X8 məxsus Azərbaycan Respublikası Maraqlı şəxs2ndə tərtib olunmuş 811 №li, xx.xx.2014-cü il tarixli doğum akt qeydinin düzgün olmaması müəyyən edilərək ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmişdir. Maraqlı şəxs2 rəisi E.Quliyev məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşdə olan X16/Konya Qeydiyyat idarəsindən verilmiş sənəddən görünür ki, Karakuş Azra xx.xx.2011-ci ildə doğulmuşdur., ata X27, ana Məmmədova Validə. İşdə olan şəxsiyyət qeydiyyatı nümunəsindən görünür ki, Azra Karakuş xx.xx.2011-ci ildə Konya şəhəri Cumra rayonuda anadan olmuşdur, ata adı Seyit Ali, ana adı Validə. İşə əlavə edilmiş X17 4 saylı Ailə Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, X26 ilə X5 Türk Ailə Məcəlləsinin 166/1-ci maddəsinə müvafiq olaraq boşanmaları, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Azra Karakuşun anasının himayəsinə verilməsi qərara alınmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamədə göstərilir ki, X11 xx.xx.2011-ci ildə Türkyə Respublikasının Konya şəhərində doğulmuşdur. X1, milliyəti tük, anası X13, milliyəti azərbaycanlı. Bu barədə doğum haqqına akt qeydləri kitabında 19 avqust 2014-cü ildə 811 nömrə ilə qeydə alınmışdır. Qeydə alındığı yer Maraqlı şəxs2. İşdə olan Maraqlı şəxs2 ərizəçiyə 28 sentyabr 2022-ci il tarixli cavab məktubunda göstərilir ki, X3 adına Maraqlı şəxs2 tərəfindən xx.xx.2014-cü il tarixli 811 №-li doğum haqqında akt qeydi tərtib edilmişdir. Bununla yanaşı Türkiyə Respublikasında xx.xx.2011-ci il tarixdə 331 №-li doğum haqqında akt qeydində X3 adına tərtib olunduğu müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında həyata keçirilir. Bu səbəbdən Maraqlı şəxs2 tərəfindən tərtib edilmiş akt qeydinin ləğv edilməsi imkan xaricindədir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizəçinin xx.xx.2011-ci il təvəllüdlü uşağı- X3 adına həm Maraqlı şəxs2 tərəfindən 811 №-li xx.xx.2014-cü il tarixli, həm də Türkiyə Respublikası Cumra/Konya Qeydiyyat idarəsi tərəfindən xx.xx.2011-ci il tarixli 331 №-li doğum haqqında akt qeydləri tərtib olunmuş, onun adına iki doğum haqqında şəhdətnamə yazılmışdır. Ərizəçi Maraqlı şəxs2 tərəfindən tərtib edilmiş 811 №-li xx.xx.2014-cü il tarixli doğum akt qeydin düzgün olmamasının müəyyən olunması və ləğv edilməsini xahiş etmişdir. İş materialları ilə Maraqlı şəxs2 tərəfindən tərtib edilmiş 811 №-li 19 avqust 2014-cü il tarixli akt qeydinin tərtib edilməsinin hüquqi əsaslarının olması müəyyən edilmədi. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizəçinin xx.xx.2011-ci ildə anadan olmuş uşağının- X3 adına Maraqlı şəxs2 tərəfindən tərtib edilmiş 811 №-li 19 avqust 2014-cü il tarixli doğum akt qeydi düzgün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.2011-ci ildə anadan olmuş X3 adına Maraqlı şəxs2 tərəfindən tərtib edilmiş 811 №-li 19 avqust 2014-cü il tarixli doğum akt qeydi düzgün olmamasına görə ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin olunsun. 14 yanvar 2011-ci il tarixdə anadan olmuş X6 Maraqlı şəxs2 tərəfindən tərtib edilmiş 811 №-li 19 avqust 2014-cü il tarixli doğum aktı qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-170/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-170/2023
19.01.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver