Məhkəmə qərarları › İş №2(051)-1708/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1708/2021

23.11.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1708/2021 23.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil və Maraqlı şəxs rəisi X3 iştirakı ilə, vətəndaşlıq vəziyyəti aktı qeydinin ləğv olunmasına dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, oğlu X6 məxsus Maraqlı şəxsndə tərtib olunmuş 1847 №-li 25 dekabr 2014-cü il tarixli doğum akt qeydinin düzgün olmaması müəyyən edilərək ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, ərizəçi Pərvanə X1 ilə 10 noyabr 2006-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 3 nəfər övladları doğulmuşdur. Ailə qurduqdan sonra müəyyən müddət Mingəçevir şəhərində yaşamışlar. 2012-ci ildə ərizəçi ailəlikcə Belarusiya Respublikası Moqilyev şəhərinə köçmüşlər və xeyli müddət orada yaşamışlar. Ərizəçinin Yağmur və Nəzrin adlı uşaqlarından ikisi Mingəçevir şəhərində doğulmuş, onlara doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçinin üçüncü uşağı X10 24 sentyabr 2014-cü ildə Belarusiya Respublikası Moqilyev şəhərində doğulmuş, 4099 saylı doğum akt qeydi tərtib olunmuş və doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi oğlu İdris Məmmədov doğulduqdan sonra doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Belarusiya Respublikası Moqilyev şəhər icraiyyə komitəsi VVAQ Şöbəsinə müraciət etmiş, ərizəçinin oğlu X7 Belarusiya Respublikası Moqilyev şəhər icraiyyə komitəsi VVAQ Şöbəsi tərəfindən doğum tarixi-24.09.2014-cü il, doğulduğu yer-Moqilyev şəhəri, Belarusiya Respublika göstərilməklə doğum aktları qeydiyyat kitabında 29 oktyabr 2014cü ildə 4099 saylı qeyd olunmaqla doğum haqqında şəhadətnamə verilmişdir. X7 Belarusiya Respublikasında doğum haqqında şəhadətnaməsi alındıqdan sonra ərizəçinin valideynləri yenidən İdris Məmmədova Maraqlı şəxs tərəfindən doğum yeri Yevlax rayonu Tanrıqulular kəndi və soyadı Məmmədli göstərilmiş səhv, yanlış olan doğum haqqında şəhadətnamə almışlar. Şəhadətnamə 25 dekabr 2014-cü il tarixdə verilmişdir. 24 sentyabr 2014-cü ildə Belarusiya Respublikası Moqilyev şəhərində doğulmuş, 4099 saylı doğum akt qeydi tərtib olunmuş X4, səhvən soyadı Məmmədli kimi, doğum yeri Yevlax rayonu Tanrıqulular kəndi göstərilməklə, 1847 saylı doğum akt qeydi tərtib olunmuşdur. X7 şəkilsiz AZE №li 11590077 saylı şəxsiyyət vəsiqəsi verilmiş, həmin şəxsiyyət vəsiqəsində soyad Məmmədov, doğum yeri Belarusiya Respublikası Moqilyev şəhəri göstərilmişdir. X4 iki doğum haqqında şəhadətnaməsi olduğu üçün şəkilli şəxsiyyət vəsiqəsi alınması mümkün deyil. Azərbaycan Respublikası Mingəçevir şəhəri Qeydiyyat Şöbəsi tərəfindən verilmiş akt qeydi əsasında doğum haqqında şəhadətnamə səhvdir. Ona görə də X6 məxsus Maraqlı şəxsndə tərtib olunmuş 1847 №-li doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi və ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs rəisi S.Hüseynova məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Vüqar Sərdar oğlu ilə Ərizəçi arasında 10 noyabr 2006-cı ildə Yevlax rayon Tanrıqulular kənd İƏD-si üzrə nümayəndəliyində 23 № ilə nikah qeydə alınmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən 25 dekabr 2014-cü ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X11 24 sentyabr 2014-cü ildə Yevlax rayon Tanrıqulular kəndində doğulmuşdur. X2, anası Ərizəçidır. İşdə olan Belarus respublikası Moqilyev şəhər İK VVADQ şöbəsi tərəfindən 29 oktyabr 2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 24 sentyabr 2014-cü ildə Belarusiya Respublikası Moqilyev şəhərində doğulmuşdur. X2, anası Ərizəçidır. İşdə olan Maraqlı şəxs ərizəçiyə 07 avqust 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, 24 sentyabr 2014-cü il təvəllüdlü X5 adına 29.10. 2014-cü il tarixli 4099 saylı Belarusiya, Maqilovski VVAD şöbəsi tərəfindən, 25.12.2014-cü il tarixli 1847 saylı Mimgəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri tərtib olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizəçinin 2014-cü il təvəllüdlü uşağı-X5 adına həm Maraqlı şəxs tərəfindən 1847 №-li 25 dekabr 2014-cü il tarixli, həm də Belarusiya Respublikası, Maqilovski VVAD şöbəsi tərəfindən 29.10. 2014-cü il tarixli 4099 saylı doğum haqqında akt qeydləri tərtib olunmuş, onun adına iki doğum haqqında şəhdətnamə yazılmışdır. Ərizəçi Maraqlı şəxs tərəfindən tərtib edilmiş 1847 №-li 25 dekabr 2014-cü il tarixli doğum akt qeydin düzgün olmamasının müəyyən olunması və ləğv edilməsini xahiş etmişdir. İş materialları ilə Maraqlı şəxs tərəfindən tərtib edilmiş 1847 №-li 25 dekabr 2014cü il tarixli akt qeydinin tərtib edilməsinin hüquqi əsaslarının olması müəyyən edilmədi. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin İdris adlı uşağı 24 sentyabr 2014-cü ildə Belarusiya Respublikası Maqilovski şəhərində doğulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizəçinin 24 sentyabr 2014-cü ildə anadan olmuş uşağının-X5 adına Maraqlı şəxs tərəfindən tərtib edilmiş 1847 №-li 25 dekabr 2014-cü il tarixli doğum akt qeydi düzgün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, 24 sentyabr 2014-cü ildə anadan olmuş X5 adına Maraqlı şəxs tərəfindən tərtib edilmiş 1847 №-li 25 dekabr 2014-cü il tarixli doğum akt qeydi düzgün olmamasına görə ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 24 sentyabr 2014-cü il tarixdə anadan olmuş X6 Maraqlı şəxs tərəfindən tərtib edilmiş 1847 №-li 25 dekabr 2014-cü il tarixli doğum aktı qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar