Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-174/2024 22.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78a saylı evin, 1 saylı mənzilinin onların aralarında hər birinin payına uyğun 2/3 və 1/3 hissə olmaqla naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş əridir. Mingəçevir şəhər məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2(051)-1133/2026 saylı qətnaməsi ilə onların aralarındakı nikah pozulmuş, birgə evlilikdən doğulmuş 16 noyabr 2007-ci il təvəllüdlü Səbinə və 29 oktyabr 2008-ci il təvəllüdlü Jalə adlı qızları onun yanında saxlanılmışdır. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2002-ci il tarixli 2(051)-1860/2022 saylı qətnaməsi ilə birgə nikah müddətində əldə etdikləri ünvan 1 ünvanda yerləşən 1 otaqlı daşınmaz əmlak üzərində onun payı 2/3 hissə, cavabdehin payı 1/3 hissə olmaqla bölünmüşdür. Nikahları pozulduğundan bir ünvanda yaşaya bilmir. Cavabdeh mənzilin satılıb payları uyğun bölünməsinə razılıq vermir. O isə məcburiyyət qarşısında qoca valideynlərinin yanında qalır. Orada isə uşaqlarının təhsil almasına, dərs almasına şərait yoxdur. Odur ki, məhkəmədən Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78a saylı evin, 1 saylı mənzilinin onların aralarında hər birinin payına uyğun 2/3 və 1/3 hissə olmaqla naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmənin elektron ünvanına ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçrilirək yekun məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatından görünür ki, evin satılmasına razı deyildir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan AZ-İ seriyalı, 181528 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 29 oktyabr 2008-ci il təvəllüdlü X4 atası Cavabdeh anası X3r. İşdə olan AZ-İİ seriyalı 010638 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 16 noyabr 2007-ci il təvəllüdlü X1 atası Cavabdeh anası X3r. İşdə olan Mingəçeevir şəhər Məhkəməsinin 2(051)-1133/2016 saylı, 28 iyul 2016 tarixli qətnmanin surətindən görünür ki, iddia təmin olunmuş və iddiaçı X5 ilə Cavabdeh arasında 25 dekabr 2005-ci ildə Mingəçevir şəhər Nikah Evində 178 №li qeydə alınmış nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş 16 noyabr 2007-ci il təvəllüdlü X6 və 29 oktyabr 2008-ci il təvəllüdlü X4 anaları X2 yanında qalması müəyyən edilmişdir. İşdə olan AZ-İ seriyalı, 285497 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv edildikdən sonra qadına Musayeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 33.59 kvadrat metr olan ünvan 2 ünvanında yerləşən mənzil üzərində tam mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013–cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 33.59 kv.m olan, ünvan 2 ünvanında yerləşən məznil 2/3 hissə İddiaçı, 1/3 hissə Cavabdeh olmaqla ümumi paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024–cü il tarixli, 3-16-16/2-10/9933 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətində olan, Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 78 saylı evin, 1 saylı mənzilindən İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payının naturada ayrılmasının inşaat norma və qaydalarının və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən mənzilin 2/3 hissədə İddiaçı adına, 1/3 hissədə Cavabdeh ümumi paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda tərəflər ümumi paylı mülkiyyətdə olan mənzildən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçının paylı əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçı öz payının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmışdır. İş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən mənzilin tərkib hissəsində yerləşən iddiaçının 2/3 və cavabdehin 1/3 hissədə payı olmaqla onların xüsusi mülkiyyətinə verilmiş mənzilin təyinatına tənasübsüz zərər vurulmadan naturada bölünməsi (ayrılması) mümkün hesab edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–in 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan mənzildən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Lakin iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunduğu kimi payın naturada ayrılması ümumi paylı mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığından, iddiaçıya düşən pay naturada ayrılmamalıdır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mənzilin bölgüsü zamanı tərəflərin hər birinin sərəncamına yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış qapıları olmalıdır. ünvan 2 ünvanında yerləşən mənzilə isə yalnız bir giriş-çıxış yolunun olması, ayrı-ayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olmaması mənzilin naturada bölünməsini istisna edir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-174/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-174/2024
22.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver