Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1758/2020 23.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mürzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Maraqlı şəxs rəisi X1 iştirakı ilə Ərizəçi «doğum aktı qeydində düzəliş edilməsinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il təvəllüdlü oğlu X2 adına Maraqlı şəxsndə tərtib edilmiş xx.xx.2003-cü il tarixli doğum haqqındakı akt qeydindəki səhvlərin düzəldilməsi və ya ona dəyişikliklər edilərək doğum tarixi xx.xx.2005-ci il kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə əlavə edilməsi haqqında məhkəməyə ərizə təqdim edərək Maraqlı şəxsndə tərtib edilmiş xx.xx.2003-cü il tarixli doğum haqqında aktın ləğv edilməsi və Fazil Abdullayevin adına yeni xx.xx.2005-ci il tarixli doğum aktı tərtib edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ərizəçinin oğlu X4 xx.xx.2005-ci ildə Mingəçevir şəhərində anadan olmuş, 2010-cu ildə 1-ci sinfə getmiş və 2020-ci ildə 11-ci sinfi bitirmişdir. Ona şəxsiyyət vəsiqəsi almaq üçün təkrar doğum şəhadətnaməsi verilməsi ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxsndə onun ərizəsi araşdırlarkən oğlu X4 262 saylı doğum aktında onların təqdim etdiyi sənədlərdə göstərildiyi kimi xx.xx.2005-ci ildə deyil, xx.xx.2003-cü ildə qeyd olunduğu müəyyən edilmişdir. Ərizəçi hesab edir ki, onun oğlu xx.xx.2005-ci ildə anadan olmuş, Maraqlı şəxs tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ № 145083 saylı doğum haqqında şəhadətnamə və onun adına xx.xx.2015-ci il tarixdə verilmiş AZE №10739378 saylı şəxsiyyət vəsiqəsidə X2 doğum tarixi düzgün olaraq xx.xx.2005-ci il göstərilmişdir. Lakin qeydiyyat şöbəsi təəfindən tərtib edilmiş xx.xx.2003-cü il tarixli 262 saylı doğum haqqında akt qeydi xx.xx.2003-cü il kimi deyil xx.xx.2005-ci il kimi qeyd edilmişdir. Ona görədə Mingəçevir Qeydiyyat şöbəsində tərtib edilmiş xx.xx.2003-cü il tarixli doğum haqqında aktın ləğv edilməsi və Fazil Abdullayevin adına yeni xx.xx.2005-ci il tarixli doğum aktı tərtib edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs rəisi X5 məhkəmə iclasında işin qanuni şəkildə həll olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-57/15 saylı xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydində vətəndaşın doğum tarixi qrafasında düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə ilə vətəndaşın daimi yaşadığı yerin qeydiyyat şöbəsinə akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qdərə əsas olmazsa məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Nuriyeva Məşuqə(Leyla) Səədi qızı xx xxx 1973-cü ildə doğulduğunda ona aid olan sənədlərdə təvəllüdünün xx xxxxx 1973-cü kimi yazılması onun üçün müəyyən narahatçılıq və əlavə qayğılar yaradır. İş materiallarından görünür ki, ərizəçinin doğum tarixi xx xxx 1973-cü ildir. Ona görə də, ərizəçinin doğum haqqında akt qeydində təvəllüdünün tələb etdiyi şəkildə yazılmasını istəməsi (arzusu) onun üçün mühüm əhəmiyyət kəsb edir və mühüm üzürlü səbəb kimi qəbul edilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx xxx 2003-cü il tarixli, 262 akt qeydində düşəliş edilərək, onun xx xxxx 2005-ci ildə Mingəçevir şəhərində doğulması kimi qeyd edilməsi dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 məxsus xx xxx 2003-cü il tarixli, 262 nömrəli doğum akt qeydində düşəliş edilərək, onun xx xxxx 2005-ci ildə Mingəçevir şəhərində doğulması kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-1758/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1758/2020
23.11.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver