Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1887/2021 28.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Cavabdeh: Cavabdeh oğlunun iştirakı ilə İddiaçı "xxxx" ASC–nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 1506 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 2036 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub "xxxx" ASC-nə verilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, "AtaSığorta” ASC ilə X4 arasında 19.08.2019-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "Mercedes Benz 1:240" markalı. ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 13.10.2019-ci il tarixdə "Mercedes Benz H240" markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri, X5 küçəsində yolnəqliyyat hadisəsi törətmiş və "VAZ 21 154" markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "AtaSığorta” ASC tərəfindən 1 506,00 (bir min beş yüz altı) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Gəncə şəhər BPİ DYPŞ-nin "xxxx" ASC-və təqdim etdiyi 15.10.2019-cu il tarixli, 317- 8631-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cəmiyyətin hadisə ilə bağlı əldə etdiyi video materiallardan da göründüyü kimi, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt avtomobilin sahibi X4 avtomobildə cavabdehlə birgə olmamışdır. Beləliklə, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı "Mercedes Benz F.240" markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. Odur ki, iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh oğlu məhkəmə iclası iddianı qəbul etmədi və bildirdi ki, iddiaçı şirkət öz ərizəsində yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt avtomobilin sahibi X2 onunla birgə avtomobildə olmadığını bildirmişdir. Lakin bu belə deyil. O, DYP-yə verdiyi izahatında, hətta zərərçəkmiş şəxs də onun avtomobili idarə edərkən sahibi olan Arzu Əliyevin onun yanında olmasını bildirmişlər. Eləcə də Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən də verilmiş arayışlarda avtomobil sahibi Arzu Əliyevin yol-nəqliyyat hadisəsi baş verən zaman onun yanında olduğu qeyd edilmişdir. Ondan başqa, əgər, o, avtomobili etibarnaməsi olmadan idarə etmiş olsaydı, onda onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərdi. Hazırda isə etibarnaməsi olmaması əsası ilə o, inzibati məsuliyyətə cəlb edilməmişdir. Hesab edir ki, iddia əsaslı deyildir. Odur ki, iddia rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı hüquqi şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan 29.10.2019-cu il tarixli sığıorta aktından görünür ki, “VAZ 21154” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1506 manat məbləğində maddi zərər dəymiş və həmin zərərə görə iddiaçı "xxxx" ASC tərəfindən X3 1506 manat sığorta ödənişi edilmişdir. İşdə olan 13.10.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh oğlu AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə edilmişdir. Avtomobilin sahibi X4 həmin vaxt sürücünün yanında olmuşdur. İşdə olan 26.02.2020–ci il tarixli subroqasiya məktubundan görünür ki, "xxxx" ASC Cavabdeh oğlundan 1506 manat sığorta ödənişini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatda göstərilir ki, 19.08.2019-cu il tarixdə “Mercedes Benz E-240” markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobil sığortalanmışdır və sığorta haqqı 70 manat təşkil etmişdir. İşdə olan Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinin 20.12.2021-ci il tarixli 317- 9051-1221 saylı məktubundan görünür ki, Cavabdeh Gəncə şəhəri, BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən AR İXM-nin 332.1-ci maddəsinin tələblərinə uyğun olaraq, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati protokol tərtib olunmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh 13.10.2019-ci il tarixdə "Mercedes Benz H240" markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri, X5 küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və "VAZ 21 154" markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Nəticədə "VAZ 21 154" markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1506 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı şirkət həmin ziyanı zərərçəkmiş şəxsə ödəmişdir. Cavabdeh oğlu yol –nəqliyyat hadisəsi törətdiyinə görə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçı şirkət avtomobili müvafiq etibarnamə olmadan idarə etdiyinə görə cavabdehə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia qaldırmışdır. Lakin iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, cavabdeh "Mercedes Benz H240" markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etsə də, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobilin sahibi olan X4 onunla birgə avtomobildə olmuşdur. Həmçinin Gəncə şəhəri, BPİ-nin DYPŞ tərəfindən məhkəmyə göndərilmiş məktubdan da görünür ki, cavabdeh barəsində AR İXMnin 332.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməmişdir. AR İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan icbari sığorta müqaviləsindən yaranan subroqasiya hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən, həmçinin İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunun xüsusi normaları əsasında həll olunmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.2–ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3–cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.5–ci maddəsinə əsasən bu Qanunun 52–1.1–ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Həmin Qanunun 50.1–ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi zamanı zərərçəkmişə sığorta ödənişi vermiş iddiaçının cavabdehə qarşı subroqasiya hüququ, yalnız cavabdeh nəqliyyat vasitəsini idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırdığı, və yaxud hadisə yerindən yayınmış olduğu hallardan biri olduqda yaranır. Sadalanan halllardan biri olduqda, suroqasiya hüququ yaranır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, cavabdeh öz sığorta marağını təmin etmək, yəni sığorta hadisəsinin baş verəcəyi təqdirdə maliyyə itkisinə məruz qalmasının qarşısını almaq məqsədi ilə qabacadan iddiaçı şirkətlə mülki məsuliyyətin icbari sığorta müqaviləsi bağlamış, yol–nəqliyyat hadisəsi sığorta müddətində baş vermiş, lakin X1 olan avtomobil onun özünün razılığı və iştirakı ilə Cavabdeh tərəfindən idarə olunmuşdur. Həmin vaxt yol–nəqliyyat hadisəsi baş vermişdir. Lakin yol nəqliyyat hadisəsi baş verən zaman avtomobilin sahibi X4 cavabdehlə birgə avtomobildə olmuşdur. Cavabdeh AR İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilsə də, onun barəsində AR İXM-nin 332.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Hansı ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün cavabdeh tərəfindən AR İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməlidir. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəlləsinin 922.1–ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1–ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək belə nəticəyə gəlir ki, X4 öz sığorta marağını təmin etmək məqsədi ilə müəyyən edilmiş məbləğdə sığorta haqqı ödəməklə iddiaçı ilə icbari sığorta müqaviləsi bağlamış, həmin sığorta müqaviləsi müddətində sığorta hadisəsi baş vermişdir. İddiaçı hüquqi şəxs isə icbari sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq sığorta hadisəsi zamanı zərərçəkmiş şəxsə sığorta ödənişi etmişdir. Göründüyü kimi hər iki tərəf icbari sığorta müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmişlər. Lakin iddiaçı tərəf X1 olan avtomobilin cavabdeh tərəfindən nəqliyyat vasitəsini etibarnaməsi olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yarandığını iddia etsə də, cavabdeh nəqliyyat vasitəsinin hüquqazidd götürülməsində təqsirli hesab edilmədiyindən, yəni nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs nəqliyyat vasitəsində olduğundan, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2–ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. iddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı 1506 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 2036 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1887/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1887/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver