Məhkəmə qərarları › İş №2(051)-1938/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1938/2021

05.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1938/2021 05.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdehlər (iddiaçı): İddiaçı və X1 Cavabdeh (iddiaçı) : İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi tələbinə dair; İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İddiaçı qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı (cavabdeh) Cavabdeh nümayəndəsi X2 22.10.2021-ci il tarixdə məhkəməyə ünvanlandığı vəsatətdə hər iki mülki işin bir icraatda birləşdirilərək birlikdə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdeh (iddiaçı) İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil, həmçinin cavabdeh X3 hər iki mülki işin bir icraatda birləşdirilərək birlikdə baxılmasına etiraz etdi və hər iki mülki işə ayrı-ayrılıqda baxılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, verilmiş vəsatəti nəzərdən keçirərək hesab edir ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi tələbinə dair 2(051)-1751/2021 saylı mülki iş İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi barədə iddiasına dair 2(051)-1938/2021 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-1751/2021 saylı mülki iş 2(051)-1938/2021 saylı işlə birləşdirilməli və hər iki işə 2(051)-1751/2021 saylı mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 169.4-cü maddəsinə əsasən bu maddədə göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi tələbinə dair 2(051)-1751/2021 saylı mülki iş və Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi barədə iddiasına dair 2(051)-1938/2021 saylı mülki iş məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iş olduğundan bir icraatda birləşdirilməli və birləşdirilmiş işin 2(051)-1751/2021 saylı qeydiyyat nömrəsi saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263- 264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi tələbinə dair 2(051)-1751/2021 saylı mülki iş, İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi barədə iddiasına dair 2(051)-1938/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki işə 2(051)-1751/2021 nömrəsi verilsin. Sədrlik edən Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar