Məhkəmə qərarları › İş №2(051)-2020/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2020/2024

29.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2020/2024 29.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4 saylı evin, 3-cü mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhərinin A.Məmmədov küçəsində yerləşən 4 saylı evin 3 saylı mənzili mərhum X1 adına olmuşdur. Həmin mənzilə dair Mingəçevir şəhər ZDS İcraiyyə Komitəsi tərəfindən 6396 nömrəli order verilmişdir. X1 05 mart 2009-cu il tarixdə rəhmətə getmişdir. Hazırda sözügedən mənzili adıma rəsmiləşdirmək istəyir. Lakin ailə üzvü olmuş və yaşayış hüququ olmadan mənzildə qeydiyyatda qalmış arvadı Cavabdeh uzun müddətdir ki, qeyd olunan mənzildə yaşamır və onun razılığı olmadığı üçün, mənzilin özəlləşdirilməsi mümkün olmamışdır. Cavabdehin onların mənzildə uzun müddətdən bəri yaşamaması mənzilin yerləşdiyi ərazi üzrə 7 saylı MİS-nin işçilərinin tərtib etdikləri aktda da öz əksini tapmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə dair göndərilmiş bildirişlər şəxsin həmin ünvanda yaşamadığına görə geri qaytarılmışdır. Məhkəmə iddiaçının və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 7 saylı MİS-in əməkdaşları və Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 4 saylı evin digər mənzillərində yaşayan vətəndaşlar tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Məmmədova X6 şəhəri, A.Məmmədov küçəsi 4 saylı evin, 3 saylı mənzilində yaşamır. İşdə olan Mingəçevir ŞəhərMəhkəməsinin xx.xx.2006-cı il tarixl qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.1990-cı il tarixli Mingəçevir şəhər VVADQ Şöbəsinin 114 saylı nikah qeydi pozulmuşdur. İşdə olan Mingəçevir Şəhər xx.xx.1988-ci il tarixli, 318 saylı qərarına əsasən verilmiş 6396 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, X4 mənzil ilə təmin olunması üçün Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4 saylı evin, 3 saylı mənzil onun istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçının atası Cəmil Səfərovun adına Mingəçevir Şəhər XDS İK xx.xx.1988-ci il tarixli, 318 saylı qərarına əsasən 6396 saylı order əsasında həmin mənzil X3 istifadəsinə verilmişdir. İddiaçı hazırda ailə üzvüləri ilə birlikdə qeyd edilən mənzildə yaşayır. X2 05 mart 2009-cu il tarixdə rəhmətə getmiş, keçmiş ailə üzvü olmuş və yaşayış hüququ olmadan mənzildə qeydiyyatda qalmış Cavabdeh uzun müddətdir ki, yəni xx.xx.2008-ci il tarixdən qeyd olunan mənzildə yaşamır və onun razılığı olmadığı üçün, mənzilin özəlləşdirilməsi mümkün olmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçının qeyd edilən mənzilə yaşayış orderi əsasında sahiblik və ondan istifadə etmiş, bu əsasla onun mənzil üzərində gözlənilən mülkiyyət hüququ olmuşdur. Məhkəmə hesab edir ki, mənzil xx.xx.1988-ci il tarixdə 6396 saylı order əsasında əldə edildiyindən, mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında hüquq münasibəti xx.xx.2009–cu il tarixdən əvvəl yarandığı üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda siə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 6-cı hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi baağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanununun 5–ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvülərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvülərinin ümumi (paylı,birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2008-ci il tarixdən uzun müddət həmin mənzildə yaşamaması həmin mənzili daimi tərk etdiyini göstərir. Daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi üçün Cavabdeh yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, o, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4 saylı evin, 3-ə olan istifadə hüququnu itirmiş hesab edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı qanuni istifadəsindədir və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı qanuni istifadəçi- mülkiyyətçi kimi Cavabdeh münasibətdə mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin olunsun. Cavabdeh İddiaçı qanuni istifadəsində olan Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4 saylı evin, 3-cü mənzilinə istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar