Məhkəmə qərarları › İş №2(051)-2051/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2051/2021

05.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2051/2021 05.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi Ərizəçi vətəndaşlıq vəziyyəti aktının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus doğum akt qeydində düzəliş edilərək, 16.11.1945-ci il kimi qeyd edilmiş doğum tarixinin dəyişdirilərək 10.11.1952-ci il kimi qeyd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizə xüsusi icraat qaydasında baxılmalı işlər üzrə ərizənin formasına uyğun tərtib edilsə də, mahiyyət etibarı ilə iddia ərizəsinə məxsus xüsusiyyətləri özündə ehtiva etsə də, ərizənin məzmunundan aydın olur ki, ərizəçi ona məxsus doğum akt qeydində olan yalnışlıqların düzəldilməsini tələb edir. Hansı ki, həmin düzəlişlər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən həll edilməlidir. Göründüyü kimi ərizəçi ona məxsus doğum akt qeydində düzəliş edilərək, 16.11.1945-ci il kimi qeyd edilmiş doğum tarixinin dəyişdirilərək 10.11.1952-ci il kimi qeyd edilməsinin müəyyən edilməsini məhkəmədən xahiş etmiş, halbuki, bununla bağlı ərizəçi ilk növbədə maraqlı şəxs olan Maraqlı şəxsnə müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi məhkəmədən ona məxsus doğum akt qeydində olan yalnışlıqların düzəldilməsinin müəyyən edilməsini xahiş etdiyindən, ərizəyə xüsusi icraat qaydasında baxılması mümkün deyildir. Belə ki, qeyd olunan tələbin məhkəmədən kənar qaydada əldə edilməsi mümkündür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərarın 6.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 09.07.2021-ci il tarixli qanunu ilə Mülki Prossesual Məcəllənin 305.1.7-ci, 305.1.8 və 339-341 maddələri ləğv edilmişdir. Həmin qanun 01.10.2021-ci il tarixdən qüvvəyə minmişdir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Ərizəçi Ərizəçi vətəndaşlıq vəziyyəti aktının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə Maraqlı şəxsnə müraciət etmək hüququnun olması, imtina olunduğu halda, aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar