Məhkəmə qərarları › İş №2(051)-2086/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2086/2022

20.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2086/2022 20.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, İddiaçı Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı Mingəçevir şəhəri, H.Əliyev pr, ev 1/2, mənzil 24 saylı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 149 saylı “Özəlləşdirilən və ləğv edilən müəssisələrin tabeliyində olan yaşayış binalarının və sosial obyektlərin yerli icra hakimiyyəti orqanların balansına verilməsi haqqında” Qərar ilə Mingəçevir şəhəri ərazisində yerləşən yataqxanalar Mingəçevir şəhər icra hakimiyyətinin balansına verilmişdir. X8 ünvan 1-də kirayə müqaviləsi əsasında yaşayır. Həmin mənzil Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin Tabeliyindədir. Həmin mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 pasport qeydiyyatındadır. Onların mənzildə qeydiyyata alınması mülkiyyətçinin mülkiyyət hüququnu həyata keçirilməsini məhdudlaşdırır. Odur ki, Cavabdeh1 və Cavabdeh2 Mingəçevir şəhəri, H.Əliyev pr, ev 1\2, mənzil 24 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək əlavə olaraq qeyd etdi ki, cavabdehlər orada müvəqqəti yaşamışlar. İşlə bağlı olaraq orada yaşayıblar. Artıq 3 ildir ki, orada yaşamırlar. Hazırki vaxtda həmin evdə Ruhiyə Yusifova yaşayır və kirayə müqaviləsi əsasında orada yerləşdirmişlər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 57№-li “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəyə müqaviləsi”nə əsasən ünvan 1 X3 istifadəsinə verilmişdir. İşdə olan “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, X2 şəhəri, H.Əliyev pr, ev 1\2 mənzil 24 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2022-ci il tarixli, 57№-li “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəyə verilməsi haqqında” Qərara əsasən ünvan 1 X1 verilmişdir. Həmçinin işdə olan xx.xx.2022-ci il tarixli zərfdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 göndərilmiş məhkəmə bildirişi “bu evdə yaşamır” qeydi ilə geri qaytarılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 2(051)-2086/2022 saylı Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə ünvanlanmış məktuba cavabdan görünür ki, cavabdehlər Cavabdeh1, Həsənli X5 şəhəri, H.Əliyev pr, ev 1\2 mənzil 24 ünvanında yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Mənzil Məcəlləsinin 5.1 və 5.3-cü maddələrində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. xx.xx.2022-ci il tarixli, 57№-li “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəyə müqaviləsi”nə əsasən kirayəçi altı aydan artıq müddətə yaşayış sahəsinə və ya (və ya) kommunal xidmətlərə görə haqqı ödənilmədikdə kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdehlər işlədiyi dövrdə həmin evdə məskunlaşmışlar. ünvan 1 kirayə müqaviləsinə əsasən cavabdehlərin istifadəsinə verilmişdir. iddiaçı cavabdehlərin istifadələrinə verilmiş mənzildə artıq 3 ildir ki yaşamamaları iddiaçının izahatı, həmçinin iddia tələbi üzrə mülki işə baxılması ilə əlaqədar qeyd edilən ünvana göndərilmiş məhkəmə bildirişinin üzərində həmin ünvanda yaşamaması qeydi ilə təsdiq olunduğundan cavabdehlərin mənzidən istifadə hüququna xitam verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mingəçevir şəhəri, H.Əliyev pr, ev 1/2, mənzil 24 saylı mənzilə istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar