Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-21/2023 04.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh: "xxxx" ASC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı torpaq sahəsinə gediş-gəliş yoluna quraşdırılmış dəmir qapının sökülməsi, maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2023–cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı torpaq sahəsinə gediş-gəliş yoluna quraşdırılmış dəmir qapının sökülməsi, maneənin aradan qaldırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdeh "xxxx" ASC tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə gediş-gəliş yoluna quraşdırılmış dəmir qapının cavabdehin öz hesabına sökülməsi, maneənin aradan qaldırılması dövlət rüsumu kimi ödədiyi 10 (on) manat və sənədlərin notarial qaydada təsdiqlənməsi üçün ödədiyi 10 (on) manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi (vəkili) ərizə ilə məhkəməyə müraciət edərək, təmsil etdiyi şəxsin cavabdeh "xxxx" ASC-yə qarşı torpaq sahəsinə gediş-gəliş yoluna quraşdırılmış dəmir qapının sökülməsi, maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin və əlavə edilmiş sənədləin qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi (vəkili) ərizənin geri qaytarılmasına etiraz etmədiyini və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsini, cavabdehin işin mahiyyəti üzrə həll olunmasına dair tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, İddiaçı iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı nümayəndəsi (vəkili) məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə ünvanladığından, cavabdeh tərəf isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı torpaq sahəsinə gediş-gəliş yoluna quraşdırılmış dəmir qapının sökülməsi, maneənin aradan qaldırılması tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. xx.xx.2021-ci il tarixdə saat 10:03-də "xxxx" ASC-nin Mingəçevir şəhərində yerləşən filialına ********* nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 10 (on) manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-21/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-21/2023
04.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver