Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-217/2021 30.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və X5, vəkil Tağıyeva Şəlalə Yunan qızı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakdan öz paylarının dəyərinin digər mülkiyyətçidən ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9A saylı evin, 30 saylı mənzilin dəyərinin onlara düşən 40000 (qırx min) manat pulun Cavabdeh alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 xx.xx.2020-ci ildə vəfat etdiyinə görə onun oğlu Abdullayev Muraz hüququ varisi kimi işə cəlb olunmuşdur. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanı beş nəfər arasında bölünmüş və onların paylı mülkiyyətdədir. Ev mərhum oğlu X4 məxsus olmuş və oğlu vəfat etdikdən sonra mənzil Cavabdeh, nəvələri X6, X8 və onlar arasında bərabər şəkildə bölünmüşdür. Lakin gəlini ilə bir evdə yaşaması qeyri mümkündür. Yaşayış evinin satılması ilə əlaqədar aralarında ümumi razılığa gələ bilmirlər. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-593/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların cavabdehə qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddiaları rədd edilmişdir. Lakin onların evdə yaşamaları mümkün deyil. Evin dəyəri 100000 manatdır. Ona görə də Mingəçevir şəhəri 20 Yanvar küçəsi 9 A saylı evin, 30 saylı mənzilin onlara düşən 40000 (qırx min) manat dəyərinin Cavabdeh alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı1 vəkili X7 da iddianın təmin olunmasını xahiş etdi. Abdullayev Yasin Nəcəf oğlunun hüququ varisi X5 da məhkəmə iclasında eyni məzmunda izahat verib, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş iddianın heç bir əsası yoxdur. Belə ki, iddiaçılar tərəfindən mənzilin satış qiyməti şişirdilmiş formada göstərilmişdir. Cavabdehin göstərilən məbləğdə kompensasiyanı ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin 20 Yanvar küçəsi 9A saylı evin, 30 saylı mənzili İddiaçı1, İddiaçı2, cavabdeh olan qızı Cavabdeh, nəvələri X6, X8 arasında hər birinə bərabər 1/5 hissə olmaqla paylara bölünmüş və xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İşə əlavə olunmuş “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, Mingəçevir şəhərinin 20 Yanvar küçəsi 9A saylı evin, 30 saylı mənzilinin 2021-ci ilin mart ayında olan orta bazar satış qiyməti 75000 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə olunmuş “Güvən Əmlak” Daşınmaz Əmlak Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, Mingəçevir şəhərinin 20 Yanvar küçəsi 9A saylı evin, 30 saylı mənzilinin 2021-ci ilin mart ayında olan orta bazar satış qiyməti 55000 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-593/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddiaları rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzillə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına Mülki Məcəllənin 220-ci maddəsinin müddəaları əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Müki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddiaçılar öz payının dəyəri hesab etdiklər 40 000 (qırx min) manatın digər mülkiyyətçi olan cavabdeh tərəfindən ona ödənilməsini tələb edirlər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçların tələbi əsassızdır. Belə ki, ilk oncə mübahisələndirilən mənzildə iddiaçıların payınn dəyəri 40000 manat olması müəyyən edilmədi. Cavabdeh də həmin məbləğdə kompensasiya ödəməyə maddi imkanı olmadığını bildirdi. Eləcə də mənzilin beşdə üç hissəsi azyaşlı uşaqları ilə birlikdə cavabdehin mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddiaçılar tələblərində haqlı deyillər və iddianın təmin olunması cavabdehin hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinın Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-217/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-217/2021
30.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver