Məhkəmə qərarları › İş №2(051)-227/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-227/2023

10.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-227/2023 10.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 və iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçılar: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Mingəçevir regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Notariat Ofisinə qarşı «Paylı mülkiyyətdə olan mənzildəki payların özgəninkiləşdirilməsi (bağışlama) müqaviləsinin rəsmiləşdirilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri 20 Yanvar küçəsindəki 22 saylı evin 13 saylı paylı mülkiyyətdə olan mənzildəki paylarımızın mənzildə qeydiyyatda olan X5 razılığı alınmadan özgəninkiləşdirilməsi (bağışlanması) notariat hərəkətinin aparılmasının Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh Mingəçevir regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsindəki 22 saylı evin 4 (dörd) otaqlı 13 saylı mənzili dövlət mənzil fonduna məxsus olmuş və ailə üzvlərimizin razılığı ilə əri (uşaqların atası) X7 adına özəlləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmışdır. X12 xx.xx.2020-ci il tarixdə “ağciyər-ürək çatışmazlığı” COVİD-19 xəstəliyindən vəfat etmişdir. İsayev Vaqif vəfat etdikdən sonra onun mülkiyyətində olan mənzil vəsiyyət və qanun üzrə vərəsəlik qaydasında 6/15 hissə qızı İlqarə Cəfərovanın, 6/15 hissə oğlu İddiaçı2, 1/15 hissə arvadı İddiaçı1, 1/15 hissə qızı İddiaçı3 və 1/15 hissə oğlu İddiaçı4 paylı mülkiyyətinə keçmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli **********07-05101- 093019 Reyestr nömrəli Çıxarışla rəsmiləşdirilmişdir. Sonra onlar paylı mülkiyyətçilər onlara məxsus payların paylı mülkiyyətçilərdən biri olan X3 adına bağışlanma müqaviləsi ilə notariat qaydada rəsmiləşdirmək üçün Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisin xüsusi notariusu Elxan Hüseynova ərizə ilə müraciət etdilər. Lakin, o, bağışlanma notariat əməliyyatını aparmaqdan imtina edərək göstərdi ki, mənzildə qeydiyyatda olan X5 razılığı olmadan mənzili özgəninkiləşdirə bilməzlər. Notariusun cavabı ilə razı olmadığınız təqdirdə məhkəməyə müraciət edə biləcəkələrini bildirdi. 22 mənzil 13-ün mülkiyyətçisi X12 olarkən həmin mənzilə gəlin köçmüş 2013-cü ildə isə mənzilə qeydiyyata düşmüşdür. Lakin, Ramilə İsayeva toylarından qısa müddət sonra (təxminən 5-6 ay sonra) əri ilə birgə Rusiya Federasiyasına valideynlərinin yanına getmiş və orada işləyib yaşamışdır. Mingəçevir şəhərinə qayıtdıqdan sonra o, başqa ünvanda, yəni atasına məxsus Mingəçevir şəhəri Koroğlu küçəsindəki həyət evində öz ailəsi ilə yaşamışdır. Həmin vaxt onun valideynləri Rusiyada idilər. Yəni, Ramilə İsayevanın 20 Yanvar küçəsi 22 saylı evin 13 saylı mənzilinə qeydiyyatı formal olmuş, bu mənzildə mənzilin mülkiyyətçisi Vaqif İsayevin ailə üzvü kimi yaşamamışdır, indi də yaşamır. xx.xx.2022-ci il tarixdə Ramilə İsayevanın əri İddiaçı2 baş-beyin cərrahi əməliyyatı olunmuş, əməliyyatdan sonra səhhəti çox narahat olmuş, yaddaşı itmiş və kənar şəxsin daimi qulluğuna ehtiyacı olmuşdur. Ramilə İsayeva isə ona qulluq etməkdən imtina edərək 2022-ci ilin iyul ayının 20-dən sonra onu evdən qovaraq İddiaçı2 hazırda yaşadığı 20 Yanvar küçəsi 22 saylı evin 13 saylı mənzilinə gətirmişdir. İddiaçı2 həmin vaxtdan bu mənzildə yaşayır və ona bacısı İlqarə Cəfərova qulluq göstərir. Ona görə də Mingəçevir şəhəri 20 Yanvar küçəsindəki 22 saylı evin 13 saylı paylı mülkiyyətdə olan mənzildəki paylarımızın mənzildə qeydiyyatda olan X5 razılığı alınmadan özgəninkiləşdirilməsi (bağışlanması) notariat hərəkətinin aparılmasının Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər İddiaçı3 və İddiaçı4 da İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçıların nümayəndəsi və vəkili X8 d iddianın təmin edilməsini xahiş etdi. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin 20 Yanvar küçəsi 22 saylı evin, 13 saylı mənzili 6/15 hissədə X3, 6/15 hissədə İddiaçı2, 1/15 hissədə İddiaçı1, 1/15 hissədə İddiaçı3 və 1/15 hissədə İddiaçı4 adına qeydə alınmışdır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2020-ci ildə ğlmüşdür. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki X12 1939-cu ildə anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı4 xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1978-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.1971-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 və X4 nikahı xx.xx.2001-ci il tarixdə tərtib edilmiş və 53 nömrə ilə qeydə alınmışdır. İşdə olan Mingəçevir şəhər 12 saylı MİS tərəfindən tərtib edilmiş aktdan görünür ki, X6 2000-ci il tarixdən Mingəçevir şəhəri 20 Yanvar küçəsi 22 saylı evin 13 saylı mənzilində yaşamır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, ünvan 3 ünvanda İddiaçı1, X16, X10, X13, İddiaçı2 və X11 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respuğlikası Ədliyyə Nazirliyi Mingəçevr Regional «Asan Xidmət» mərkəzində noltariat ofisinin 01 noyabr 2022-ci il tarixli 2191, 2189, 2188 və 2190 saylı məktublarından görünür ki, ünvan 4 ünvanda yerləşən mənzildə qeydiyyatda olan şəxslərin razılığı olmadan bağışla müqaviləsinin rəsmiləşdirilməsini xahiş etmişdir. Xüsusi norais evlərdə aə mənzillərdə yaşayış yeri üzrə daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığını aldıqdan sonra notariat əməliyyatının aparılması tələb olunduğu üçün onun müpraciətindən imtina etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan digər yazılı sübutları araşdırıb onlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaitinə gəlməyə əsas verməklə biri digərini tamamlayır. Sübutlar işə aid olmaqla iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlir. Onlar arasında heç bir ziddiyyət yoxdur. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, üçüncü şəxs X1 mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, orada yaşamırlar. Onların mənzilə qeydiyyatı formal xarakter daşıyır. Maraqlı şəxslərin mənzildən istifadə hüququnun davam etməsi mülkiyyətçisinin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. Bunlar da özünü müəyyən notariat hərəhətlərində məhdudiyyətlərin yaranmasında özünü göstərir. Mülkiyyət hüququ digər hüquqlarla müqayisədə daha üstün hüquq sayılmaqla iddiaçının tələbinin təmin olunmasına əsas verir. Bundan əlavə məhkəmə hesab edir ki, maraqlı şəxslərin razılığı olmadan mənzilin özgəninkiləşdirilməsinin (bağışlama) qadağan olunması iddiaçı olan mənzilin mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxarır. Bu hal isə həm beynəlxalq hüquq həm də Azərbaycan Konstitusiyası və qanunları ilə öz əksini tapmış və belə məhdudiyyətlərin yaranmasını bir mənalı şəkildə qadağan etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Mülkiyyətçi öz mülkiyyətində olan əmlakla bağlı azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öz əmlakı üzərində müstəqil surətdə sərəncam verməsi və özünə məxsus əmlakı özgəninkiləşdiriməsi qanunvericiliklə qadağan edilmir və heç bir şəkildə məhdudlaşdırılmır. Belə olan halda məhkəmə hesab edir ki, “notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimatla heç bir şəkildə mülkiyyətçiyə sağlığında öz əmlakına dair sərəncam verməsinə (özgəninkiləşdirməsinə və s.) məhdudiyyət qoyula bilməz. Həmin qaydalar Mülki Məcəllənin tələblərinə zidd ola bilməz. Zidd olduğu halda Mülki Məcəllə qanunvericilik sistemində “notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimata nisbətən üstün hüquqi qüvvəyə malik olduğu üçün hal-hazırki münasibət Mülki Məcəlləyə uyğun tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsız hesab edilməsi ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 1 4 8 - c i maddəsinin İ b ə n d i n ə ə s a s ə n Azərbaycan Respublikasının qanunvericilik Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 324.10-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarından görünür ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Mingəçevir şəhəri 20 Yanvar küçəsi 22 saylı evin 13 saylı mənzilinin X5 razılığı olmadan İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən özgəninkiləşdirilməsi (bağışlama) müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsinin təmin edilməsi öhdəliyi cavabdeh Mingəçevir regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. Mingəçevir şəhəri 20 Yanvar küçəsindəki 22 saylı evin 13 saylı paylı mülkiyyətdə olan mənzildəki paylarının mənzildə qeydiyyatda olan X5 razılığı alınmadan onlar tərəfindən özgəninkiləşdirilməsi (bağışlıma) müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə həvalə edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 və digər vərəsələrin miras açılanadək iki il müddətinə Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 22 saylı evin 13 saylı mənzilinə məcburi payı olması izah olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar