Məhkəmə qərarları › İş №2(051)-231/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-231/2022

17.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-231/2022 17.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Məmmədova Şamaxı Məhyəddin qızının iştirak ilə, İddiaçı cavabdeh Bərdə Regional Mədəniyyət İdarəsinin C.Məmmədquluzadə adına 3№li kitabxana filialına qarşı qeyri-yaşayış sahəsinin boşaldılmaqla məcburi qaydada çıxarılma tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bərdə Regional Mədəniyyət İdarəsinin C.Məmmədquluzadə adına 3№li kitabxana filialına qarşı mülkiyyətində olan qeyri – yaşayış sahəsinin boşaldılmaqla məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Elnur Həsənov iddianı müdafiə edərəjk izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən qeyri- yaşayış binasının 146 kvadratmetri onun mülkiyyətindədir. O, həmin qeyri-yaşayış sahəsini 23.07.2021-ci ildə X6 alqı- satqı müqaviləsi əsasında almışdır. Həmin qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmşdir. Eyni zamanda mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasport da tərtib edilmişdir. Lakin o, mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə edə bilmir. Ona görə ki, mülkiyyətində olan qeyri- yaşayış sahəsi cavabdeh Bərdə Regional Mədəniyyət İdarəsinin C.Məmmədquluzadə adına 3 №li kitabxana filialı tərəfindən tutulmuşdur. O, kitabxananın müdiri X1 dəfələrlə onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin boşaldılmasını xahiş etmiş, lakin müdir və işçiləri qeyri-yaşayış sahəsini boşaltmaqdan, oradan çıxmaqdan imtina etmişlər. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, tutduqları qeyri-yaşayış sahəsi icarə müqaviləsi əsasında onların istifadəsinə verilmişdir. Lakin cavabdeh bunu təsdiq edən sənədi ona təqdim edə bilməmişdir. Eşitdiyinə görə cavabdehə onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qonşuluğunda yerləşən 52.8 kvadratmetr sahədən istifadəsinə verilmişdir. O, X7 İdarəsinə müraciət edərək filialın onun mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılıb, başqa yerdə yerləşdirilməsini xahiş etsə də bildirmişdir ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsini kim tutmuşdursa, onun da çıxarılmasını tələb etsin. Cavabdehin onun mülkiyyətində olan qeyri-yaşayış sahəsini boşaltmaması səbəbindən həmin qeyri-yaşayış sahəsində istifadə edə bilmir, mülkiyyətçi kimi hüquqları pozulur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdu. İddianın təmin olunmasını, X7 İdarəsinin nəzdində olan C.Məmmədquluzadə adına 3 №li kitabxana filialının onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 146 kvadratmetr qeyriyaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X7 İdarəsi Mingəçevir şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin C.Məmmədquluzadə adına 3 №li kitabxana filialın müdiri X3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, icarə müqaviləsi ilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 9 №li ünvanda yerləşən qeyriyaşayış sahəsinin 52 kvadratmetr sahəsi onlarım istifadəsinə verilmişdir. Hesab edir ki, filial icarə müqaviləsi ilə onların istifadəsinə verilmiş həmin sahəni tutmuşdur. Bundan əlavə dəfələrlə iddiaçıdan xahiş etmişdir ki, o, qeyri-yaşayış sahəsinin digər hissəsindən istifadə etsin, kitabxana yerləşdiyi yerdən çıxmasın. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarının araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 9 №li binanın 16 kvadratmetr sahəsi tam mülkiyyət hüququ ilə 29.06.2021-ci ildə X8 adına qeydə alınmışdır. İşə əlavə olunmuş satıcı X10 ilə alıcı İddiaçı arasında 23.07.2021-ci il tarixdə bağlanmış, Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Osman Əzizov Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 9 №li ünvanda yerləşən, tam mülkiyyət hüququ ilə ona məxsus olan 146 kvadratmetr qeyri-yaşayış sahəsini İddiaçı satmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 9 №li binanın 146 kvadratmetr qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə 04.08.2021-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. İşə ünvan 1 ünvanda hüquq subyekti kimi İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin DƏDRX-17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportu əlavə olunmuşdur. Məhkəmə tərəfindən mübahisələndirilən qeyri yaşayış sahəsinə yerində baxış keçirilmiş, müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan, texniki pasportda göstərilən qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materialları ilə müəyyən edildi ki, ünvan 1 qeyri-yaşayış sahəsinin 146 kvadratmetr İddiaçı mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsi cavabdeh tərəfindən tutulmaqla istifadə olunur. Cavabdeh tutduqları qeyri-yaşayış sahəsinin icarə müqaviləsi əsasında onların istifadəsinə verildiyini bildirsə də bunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddisinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddisinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddisinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin tutularaq istifadə olunması, iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur, nəticədə iddiaçı mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Ona görə də iddia təmin olunmalı, cavabdeh iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılmalı həmin sahə boşaldılmalıdır. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. Cavabdeh Bərdə Regional Mədəniyyət İdarəsinin C.Məmmədquluzadə adına 3 №li kitabxana filialı ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətində olan 146 kvadratmetr sahəsindən çıxarılsın, həmin sahə boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar